Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə43/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   39   40   41   42   43   44   45   46   ...   104

 
134
Mədəniyyət. XVI əsrin II-XVII əsrin I yarısında Azərbaycan 
bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. XVI 
əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa 
rəsədxanasını  bərpa etmək üçün məşhur riyaziyyatçı  və astronom 
Qiyasəddini Marağaya göndərmiş  və  bərpa işlərinə başlanmışdı. 
Məhəmməd Füzuli, filosof Həqiri Rəhməti, Həsən bəy Rumlu, 
tarixçi  İsgəndər bəy Münşi və b. XVI-XVII əsrlərin görkəmli elm 
xadimləri idilər. I Şah  İsmayılın sarayında “şairlər  şahı” Həbibi 
başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət  ədəbi 
məclis var idi. Şah  İsmayıl Xətai özü Azərbaycan dilində yazan 
görkəmli  şair idi. Məhəmməd Füzulinin (1498-1556) ulu babaları 
Teymurun yürüşləri zamanı Azərbaycandan  İraqa köçürülənlər 
olmuşlar. Sadıx bəy  Əfşar (1533-1612) naturalist rəssam və  təz-
kirəçi idi. Xalq şairlərinin ən görkəmli nümayəndəsi Aşıq Qurbani 
şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı. 
Azərbaycanda kitabxanaçılıq da inkişaf etmişdi. Şah İsmayıl 1522-
ci ildə görkəmli rəssam Kəmaləddin Behzadi Təbrizdəki saray 
kitabxanasına rəis təyin etmişdi. Bura “Çiçəklənən kitab evi” 
adlandırılırdı. Sultan Məhəmmədin miniatürləri Sankt-Peterburq, 
London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. 1544-
cü ildə Qusar rayonunun Həzrə  kədində tikilən  Şeyx Güneyd 
məqbərəsi, Naxçıvanda  Əlincə çayı üzərində tikilmiş  körpü
Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərindəki bir 
sıra abidələr memarlığın inkişafını göstərirdi. Hafiz Lələ bu dövrün 
ən məşhur xanəndəsi idi. 
Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu 
dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı 
xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi 
imzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından 
şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qa-
lalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair 
təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin II 
rübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII 
əsrin II yarısında Azərbaycan  ərazisi inzibati cəhətdən Təbriz


 
135 
Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil 
edilmişdi), Qarabağ  və  Şirvan bəylərbəyiliklərinə bölünmüşdü. 
Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahal-
ların hakimləri  qolbəyi adlanırdılar. Qolbəyilərə  sultanlar (kiçik 
inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan  rütbəsi 
ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da 
ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi 
Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili 
vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah 
sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər mü-
əyyən miqdarda silahlı  hərbi qulluqçular saxlayırdılar. Qoşun 
bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların 
başlıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzir-
lər yerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin 
etibarlı adamları idilər. Məhkəmə orqanları  şeyxülislamın, qazı-
ların  və  müftilərin başçılığı altında  şəriət normaları ilə  fəaliyyət 
göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək 
meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçəkləşdirilirdi. 
İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaşdırılmasına, təsər-
rüfatın inkişaf etdirilməsinə marağını  təmin edirdi. Mahal hakimi 
vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə 
yeni hakim mərkəzi hökumətin-şahın xüsusi fərmanı ilə  vəzi-
fəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik 
qaydasına  əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vila-
yətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olu-
nurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir gös-
tərirdi. 
Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi 
marağa və qarşılıqlı iqtisadi əlaqələrə  əsaslanırdı. Rusiya dövləti 
Azərbaycana  əlverişli satış bazarı kimi yanaşırdı  və digər dövlət-
lərin Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortala-
rında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu 
II  Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı.  Şah 
imperiyanın  şimalında rusların həyata keçirdikləri tədbirlərə mane 


 
136
olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə,  1653-cü ildə 
Şirvan hakimi Xosrov xanın başçlığı ilə  Səfəvi hərbi hissələri və 
ruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xos-
rov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli 
sürdülər. Münaqişə  1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı 
A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinə 
imkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə 
Moskvaya və  Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq 
üçün Səfəvi dövləti ilə  1667-ci ildə müqavilə imzaladı. Bu müqa-
vilə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində  və 
ticarət məntəqələrində imtiyazlar verirdi. Şah  Süleymanın (1667-
1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram 
göstərmək tapşırılmışdı. 
XVII  əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don 
kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiy-
yətli yer tuturdu. Rusiya dövləti də  nəyin bahasına olursa-olsun 
Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa 
çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən  Stepan Razin 
1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində 
Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər 
atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə 
Dərbənd sahilinə  çıxdı,  Niyazabad,  Şabran qarət edildi. Bakıya 
irəliləyərkən yolda müqavimətə rast gəlib,  Maştağaya döndü. 150 
nəfər  əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin 
cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər. Bütün bunlara 
baxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həm-
çinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası  əhəmiy-
yətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında 
yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və 
Avropa ölkələrinə daşınması, ticarət  əlaqələrinin güclənməsi hər 2 
tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları  İngiltə-
rənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanc-
lıqla yanaşır, Osmanlı imperiyası ilə  Səfəvilər dövləti arasında 
gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları  Xəzər 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə