134
Mədəniyyət. XVI əsrin II-XVII əsrin I yarısında Azərbaycan
bir sıra şəhərlərində geniş məktəb və mədrəsə şəbəkəsi var idi. XVI
əsrdə Təbrizdə böyük bir kitabxana açılmışdı. I Şah İsmayıl Marağa
rəsədxanasını bərpa etmək üçün məşhur riyaziyyatçı və astronom
Qiyasəddini Marağaya göndərmiş və bərpa işlərinə başlanmışdı.
Məhəmməd Füzuli, filosof Həqiri Rəhməti, Həsən bəy Rumlu,
tarixçi İsgəndər bəy Münşi və b. XVI-XVII əsrlərin görkəmli elm
xadimləri idilər. I Şah İsmayılın sarayında “şairlər şahı” Həbibi
başda olmaqla Süruri, Matəmi, Tüfeyli, Qasimidən ibarət ədəbi
məclis var idi. Şah İsmayıl Xətai özü Azərbaycan dilində yazan
görkəmli şair idi. Məhəmməd Füzulinin (1498-1556) ulu babaları
Teymurun yürüşləri zamanı Azərbaycandan İraqa köçürülənlər
olmuşlar. Sadıx bəy Əfşar (1533-1612) naturalist rəssam və təz-
kirəçi idi. Xalq şairlərinin ən görkəmli nümayəndəsi Aşıq Qurbani
şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaradırdı.
Azərbaycanda kitabxanaçılıq da inkişaf etmişdi. Şah İsmayıl 1522-
ci ildə görkəmli rəssam Kəmaləddin Behzadi Təbrizdəki saray
kitabxanasına rəis təyin etmişdi. Bura “ Çiçəklənən kitab evi”
adlandırılırdı. Sultan Məhəmmədin miniatürləri Sankt-Peterburq,
London, Leypsiq, Venesiya muzeylərində mühafizə olunur. 1544-
cü ildə Qusar rayonunun Həzrə kədində tikilən Şeyx Güneyd
məqbərəsi, Naxçıvanda Əlincə çayı üzərində tikilmiş körpü,
Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərindəki bir
sıra abidələr memarlığın inkişafını göstərirdi. Hafiz Lələ bu dövrün
ən məşhur xanəndəsi idi.
Azərbaycan XVII əsrin II yarısı-Səfəvi dövlətinin süqutu
dövründə. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı
xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi
imzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından
şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qa-
lalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair
təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin II
rübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII
əsrin II yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Təbriz,
135
Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil
edilmişdi), Qarabağ və Şirvan bəylərbəyiliklərinə bölünmüşdü.
Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahal-
ların hakimləri qolbəyi adlanırdılar. Qolbəyilərə sultanlar (kiçik
inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan rütbəsi
ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da
ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi
Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili
vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah
sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər mü-
əyyən miqdarda silahlı hərbi qulluqçular saxlayırdılar. Qoşun
bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların
başlıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzir-
lər yerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin
etibarlı adamları idilər. Məhkəmə orqanları şeyxülislamın, qazı-
ların və müftilərin başçılığı altında şəriət normaları ilə fəaliyyət
göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək
meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçəkləşdirilirdi.
İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaşdırılmasına, təsər-
rüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimi
vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə
yeni hakim mərkəzi hökumətin- şahın xüsusi fərmanı ilə vəzi-
fəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik
qaydasına əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vila-
yətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olu-
nurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir gös-
tərirdi.
Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi
marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti
Azərbaycana əlverişli satış bazarı kimi yanaşırdı və digər dövlət-
lərin Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortala-
rında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu
II Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı. Şah
imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane
136
olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə, 1653-cü ildə
Şirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri və
ruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xos-
rov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəli
sürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı
A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinə
imkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsilə
Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq
üçün Səfəvi dövləti ilə 1667-ci ildə müqavilə imzaladı. Bu müqa-
vilə ruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində və
ticarət məntəqələrində imtiyazlar verirdi. Şah Süleymanın (1667-
1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram
göstərmək tapşırılmışdı.
XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don
kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiy-
yətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun
Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa
çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən Stepan Razin
1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərində
Xəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər
atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərlə
Dərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya
irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150
nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin
cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər. Bütün bunlara
baxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həm-
çinin Azərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiy-
yətini saxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasında
yaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya və
Avropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər 2
tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları İngiltə-
rənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanc-
lıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında
gərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzər
Dostları ilə paylaş: |