143
nılanda ticarət qarət hesabına varlanır, məğlub olanda isə mallarını
itirirdilər. Karvansaralar xarici ticarətin mərkəzləri hesab olunurdu.
Burada topdansatış ticarət əməliyyatları aparılırdı.
Bu karvansaray-
darın icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyd olunurdu. Karvan-
saraydar ticarətin qayda-qanunla aparılmasına, əmtəənin keyfiyyə-
tinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış
qiymətlə rə nəzarət edirdi. Hər ticarət əməliyyatının ümumi məb-
ləğinin 2%-i onun zəhmət haqqını təşkil edirdi. Böyük karvansarada
hər
bir tacir hücrə adlanan yer və
anbar icarəyə götürürdü. Burada
qonaq evləri də mövcud idi. İri şəhərlərdə karvansara və qonaq
evləri birləşdirilirdi. Xarici tacir öz hücrəsi və anbarla yanaşı yaşaya
bilərdi. Osmanlılar Azərbaycandan cins atlar və dəvələr almağa çox
maraq göstərirdilər: Marağa, Mərənd, Qarabağ və Muğanda ye-
tişdirilən minik və yük atları. Osmanlılar Azərbaycan ipəyini, boyaq
maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli
gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya və b.
Avropa ölkələri
iqtisadi əlaqələr yaratmaq üçün Osmanlı tranzit ticarət yolundan
istifadə edirdilər. Məhsullar İstanbul, İzmir, Hələb şəhərlərinə da-
şınır, oradan isə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər
Avropanın Şərq ölkələri ilə tranzit ticarətində “
göndərmə mən-
təqələri” idi. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri
yaradığına görə
multanı-hind tacirləri ticarət həyatında
xüsusi
mövqe tuturdular. Abşeronun
Suraxanı kəndində hindlilərin xüsusi
atəşpərəstlik məbədi vardı. Hind malları Volqa-Xəzər yolu ilə
Rusiya və Avropaya aparılırdı. Bakı, Şamaxı, Təbriz, Ərdəbil ticarət
daşımalarında mühüm rol oynayırdılar. Həştərxan vasitəsilə
Azərbaycanla Şərqi Avropa şəhərləri arasında daimi
ticarət əlaqələri
yaranmışdı. Şərqi Avropa ölkələrindən tacirlər dəniz yolu ilə
Dərbəndə, sonra duz və neft satışında liman şəhəri olan Bakıya
yollanırdılar. Sonra İrandan keçib cənuba, oradan da Hindistana
gedirdilər. Səfəvi dövlətində 15-20 min hind taciri fəaliyyət
göstərirdi. 80-cı illərdə Şamaxıda 200-ə yaxın hind taciri yaşayırdı.
Şamaxıdan Hindistana çoxlu xam ipək,
ipək parça, Bakıdan qara və
ağ neft, Abşeronda yetişdirilən zəfəran aparılırdı.
144
XVII əsrin 2-ci yarısında nominal pul vahidi
dinar (tər-
kib.~2,4 q qızıl) idi. I Şah Abbas dövründə buraxılan və
“abbasi”
adlandırılan pul vahidi (
çəkisi 2 misqal-4,64 q təmiz qızıl, dəyəri
200 dinar-2 misqal təmiz gümüş) dövriyyədə qalmaqda idi. XVII
əsrin 2-ci yarısında Azərbaycanda aşağıdakı sikkələr işlənmişdir:1.
Abbasi-200 dinar dəyər.; 2.
Mahmudi-100 dinar; 3.
Şahı-50
dinar; 4.
Bisti (fars. “20”, 20 dinara = gümüş sikkə); 5.
Qazıbəyi-
Şirvanşah Sultan
Məhəmməd Qazinin şərəfinə-mis pul-5 dinar.1-ci
4 sikkə qızıl və gümüşdən, qazıbəyi isə misdən hazırlanırdı. Gümüş
pulların üzündə ortada “Allahdan başqa Allah yoxdur. Məhəmməd
onun elçisi, Əli isə nümayən dəsidir”sözləri yazılırdı. Bu sözlərin
ətrafında 12 imamın adları həkk edilirdi. Pulun arxa üzündə haki-
miyyətdə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi.
Xırda mis sikkə lərin üzündə doğan günəş əks olunur,
arxa üzündə
isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. XVII əsrin son onil-
liyində ölkəyə gətirilən xarici ticarət də tənəzzülə uğramışdı.
Pul
böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. Dövriyyəyə
çoxlu
qəlp pul daxil olmuş, ölkədə əmtəə mübadiləsi acınacaqlı
vəziyyətə düşmüşdü. XVII əsrin sonunda Azərbaycan iqtisadiy-
yatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Fırıldaqçılıq və
dövlət aparatındakı vəzifəli şəxslərin pul hərisliyi, satqınlığı kütləvi
hal almışdı. Bu durğunluq və tənəzzül
çox uzun çəkmiş və ictimai
həyatın bütün sahələrinə mənfi təsir etmişdi. Azərbaycanın cənub
torpaqlarında suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar
şəbəkəsi-kəhrizlər 400 dəfə azalmışdı. Ticarət və sənətkarlıqla
məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın
həcminin azalmasına gətirib çıxarmışdı.
Sikkələrin xarab olması,
qızıl və gümüş pulların dövriyyədən çıxması Səfəvilər dövləti
hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün
əngələ
çevrilmişdi. Şəhər iqtisadiyyatındakı tənəzzül Azərbaycan ictimai,
siyasi həyatında dərin böhrana səbəb olmuş xəzinənin, ayrı-ayrı
feodal əyanların gəliri azalmışdı. Hökumət əhalidən yığılan
vergiləri 3 qat artırmışdı. XVII əsrdən etibarən
Avropanı Asiya ilə
birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə