152
ağırlaşdırdı.
1737-ci ildə Astarada 6 min
kəndli zorla səfərbərliyə
alındı.
Ümumiyyətlə, Nadir şahın ölkədə həyata keçirdiyi siyasət
XVIII əsrin 30-40-cı illərində Azərbaycana fəlakət gətirmiş, təsər-
rüfat həyatı tənəzzülə uğramışdı. Dözülməz həyat şəraiti, səfalət
xalqı cana doydurmuşdu. Ona görə də mövcud hakimiyyətə qarşı
hiddət və nifrət gündən-günə artmaqda idi.
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda
İran əsarətinə qarşı mübarizə
Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin var-yox-
dan çıxmasına və onların kəndlərdən qaçmasına səbəb oldu.
1734-
cü ildə Astaranın ac-yalavac kəndliləri ayağa qalxdılar.
Az sonra
Şəkinin
Biləcik kəndi, sonra isə qonşu
Cənik, Tala və Car kənd-
ləri üsyan etdi. Üsyanı yatırmaq üçün
1735-ci ilin fevralında cəza
dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayət-
lənən Nadir şah
1737-ci ildə Hindistan və Mərkəzi Asiyaya yürüş
etdi. Onun ölkədə olmamasından istifadə edən əhali
1738-ci ildə
Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük
üsyan Dağıstandan
kömək alan Carda oldu. Üsyanı yatırmağa
gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü.
1739-cu ildə
Azərbaycanın şimal və şimal-şərq bölgələrində Nadir şaha qarşı
çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti
bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı illərində üsyan-
mılarin qüvvətlənməsi nəticəsində Cənubi Qafqazı itirməkdən
qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə və Azərbay-
canın şimal-şərq bölgələrinə özü yürüş etdi.
1743-cü_ildə'>1743-cü ildə üsyanların
genişləndiyi bir şəraitdə özlərini Səfəvi şahzadələri kimi qələmə
verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı.
I Sam Mir-
zə Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları
və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni Şamaxıya-
Ağsuya hücum etdilər.
1743-cü ildə Nadir şah
oğlu Nəsrullah
Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gən-
153
cə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20min nəfər
əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam
Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi.
1743-cü ilin son rübündən etibarən xalq hərəkatına Ərdəbil-
dən Şirvana gəlmiş
II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr
onu təhlükəli düşmən hesab etmədiklərindən yalnız
burnunu kəsib
buraxdılar, o isə tezliklə Şirvanda Surxay xanın oğlu Məhəmməd
xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəka-
tının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər
dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi.
1743-
cü ilin noyabrın 9-da Nadir şah oğlu
Nəsrullah Mirzəni böyük
qoşunla Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir
şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas
qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı qərara aldı. Nəs-
rullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı
Şahdağı adlı yerdə
üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı.
II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu
əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi.
1743-cü il
dekabrın 29-da Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir
neçə osmanlı əsiri ilə Qarsa “qardaşı”
Səfi Mirzə ilə görüşməyə
göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə
görə
Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi.
Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy
və Salmasda yeni üsyanlar başladı.
Şəkidə mübarizə daha kəskin
şəkil almışdı. Hələ
1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən
Nadir şaha şikayət etmişdi. Odur ki,
Nadir şah Hacı Çələbi Qurban
oğlunun Şəkidə
vəkil seçilməsinə razı olmuşdu. Lakin məlik
Nəcəfin şikayətindən sonra Hacı Çələbi Nadir şahın hüzuruna ça-
ğırıldı. Şahın hüzurunda özünü mərdliklə aparan Hacı Çələbi məlik
Nəcəfi öldürüb hakimiyyəti ələ aldı və
1743-cü ildə Şəkini müs-
təqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıq-
ların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdik-
də Hacı Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun
müddət mühasirə nəticəsində ərzaq ehtiyatı tükənən Hacı Çələbi
154
1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu.
1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan
elan etdi.
1747-ci ildə Nadir şah əleyhinə
Ərdəbil və Təbrizdə yeni
üsyanlar baş verdi. Üsyana
III Sam Mirzə başçılıq edirdi. O, üsyan
üçün Novruz bayramının birinci gününü seçərək, güclü silahlı dəstə
ilə inzibati idarə nümayəndələrini qılıncdan keçirdi və
Təbrizdə
hakimiyyəti ələ aldı. Sonra
İrəvana hücum etdi, lakin burada
müqavimətə rast gəldiyindən
Təbrizə qayıtdı və qətlə yetirildi.
Bu dövrün üsyanlarının
səciyyəvi cəhəti, onların çoxunun
eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına
və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Lakin üsyanların
əksəriyyətinin kortəbiiliyi, aydın məqsədinin olmaması və daxili
ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi.
Bununla belə,
həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və
əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi
üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziy-
yətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah
dövlətinin süqutuna doğru aparırdı.
1747-ci il iyunun 19-da sui-
qəsd nəticəsində Nadir şah
öldürüldü, onun silah gücünə yaratdığı
dövlət süqut etdi (3, s. 425). Ölkəni feodal ara müharibələri bürüdü.