162
edirdi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə
olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala
əvvəllər öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlan-
dırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hü-
cumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Qala tezliklə bütün
Azərbaycanın mühüm ticarət, sənətkarlıq və mədəni mərkəzlərindən
birinə çevrildi. Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlə-
rindən birini onun hakimiyyətini qəbul etmək istəməyən xristian
məliklərinə qarşı mübarizə təşkil edirdi. Onu da göstərmək lazımdır
ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində formalaşmış bu məliklər
Nadir şahın hakimiyyəti dövründə xeyli imtiyazlara malik idilər.
Müstəqil Qarabağ xanlığının yaranmasından sonra da onlar özlərini
müstəqil aparmağa çalışırdılar. Pənahəli xan müxtəlif yollarla
məlikləri özünə tabe etməyə çalışırdı. Onun hakimiyyətini birnci
olaraq Vərəndə məliyi Şahnəzər qəbul etdi. Pənahəli xan yerdə
qalan məliklər arasındakı ziddiyyətdən istifadə edərək onların
hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin bu asılılıq əksər
hallarda formal xarakter daşıyırdı. Rusiyanın yardımından istifadə
edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və hətta
Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar.
İranda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən
Pənahəli xan Qarabağ xanlığının ərazisini xeyli genişləndirməyə
nail oldu. Əvvəllər Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına tabe
olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qara-
bağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə və Qaradağ
xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı vəziyyətdə
olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoru-
yub saxlayırdı. 1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan
Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qal-
masına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi
və geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Urmiya hakimi Fətəli
xan Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxla-
masına baxmayaraq, düşmən onu ələ keçirə bilmədi. Lakin uzun
sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli
163
xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırıl-
masına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-
1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbay-
canın, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlət qurumla-
rından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də
Rusiya, İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesab-
laşırdılar (50, s. 85).
Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoy-
muşdu. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri
olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı
Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə
(1758-1789) Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli
xanı öz dövrünün «tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məm-
ləkəti idarə etmək işlərində mahir bir adam» kimi xarakterizə edirdi.
Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal
naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını
nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində
pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın
şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan
Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Bu dövrdə Dərbənd xanı
Məhəmmədhüseyn xanın yeritdiyi siyasət şəhər əhalisinin ciddi
narazılığına səbəb olurdu. Bundan məharətlə istifadə edən Fətəli
xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin
Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan
Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin
etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən
Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Görülən
bu tədbirlər öz nəticəsini verdi. 1759-cu ildə Dərbənd xanlığı Quba
xanlığına birləşdirildi (8, s. 544). Dərbənd xanlığından sonra Fətəli
xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə
Bakı Xəzər dənizində ən əlverişli liman şəhəri kimi şöhrət
qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə
zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlir-
lərin Quba xanlığının xəzinəsinə daxil olması Fətəli xana öz plan-
164
larını daha uğurla yerinə yetirmək imkanı verərdi. Bu dövrdə Bakı
xanlığı hərbi cəhətdən xeyli zəif idi. Bakı xanları onları qonşu
xanlıqların hücumlarından qoruya biləcək güclü bir müdafiəçiyə
ehtiyac hiss edirdilər. Yaranmış vəziyyəti düzgün qiymətləndirən
Fətəli xan «nigah diplomatiyasının» köməyilə öz məqsədinə çatdı.
O, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd
xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba
xanlığının təsiri altına düşdü. Fətəli xanın Azərbaycan torpaqlarını
vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer
tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə
keçmiş Şirvanşahlar dövlətini bərpa etmək, Şamaxı şəhərini isə
özünün paytaxtına çevirmək istəyirdi. Şamaxı xanlığının güclü
maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan
buraya hücumdan əvvəl ciddi hazırlıq tədbirləri gördü. O, birinci
növbədə Şamaxı xanlığı ilə hərbi xarakterli müqavilə bağlamağa
nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cə-
nubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində
Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni za-
manda Şamaxı xanlıqlarının siyasətindən narazı olan şamaxılılar
Quba xanlığı tərəfindən himayə edilməyə başlanıldı. Şamaxı
xanlarının tezliklə xərac verməkdən imtina etmələri hərbi əməliy-
yata başlamaq üçün Fətəli xanın əlində bəhanə oldu. 1768-ci ildə
onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı (8, s. 547). Bu
yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı
xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə
həmin il kiçik Cavad xanlığı da Quba xanlığma birləşdirildi.
Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz
hakimiyyəti altında birləşdirməyə nail oldu.
Quba xanlığının qüdrətinin artması bir sıra qonşu xanlıqları
ciddi narahat edirdi. 1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzə
və bəzi Azərbaycan xanlarının birləşmiş qüvvələri qəflətən Quba
xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan deyilən
yerdə baş verən döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi.
Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbən-
Dostları ilə paylaş: |