187
və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə
də Abbas Mirzə tələsik Hüseynqulu
xana köməyə yeni qüvvələr
göndərdi. Lakin bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı.
Mus-
tafa xan Yeni Şamaxını ələ keçirə bildi, Köhnə Şamaxını isə ələ
keçirə bilmədi. Bu vaxt Səlim xanın oğlu Hüseyn xan İran
sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu (115, v. 5).
General
Yermolov Dağıstanda yerləşən qoşunu
Qubaya
göndərdi, oradan
iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin
Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında
peyda olması və ərzağın tükənməsi rus qoşunlarını geri çəkilməyə
və Qubaya daxil olmağa məcbur etdi. Şəhər mühasirəyə alındı (116,
v. 15). İran ordusunun digər dəstələri
Gəncəni ələ keçirdikdən sonra
Tiflisə tərəf hərəkət etdilər. Gəncəyə gedən yolun üstündə, Şam-
xorda İranın böyük hərbi qüvvələri yerləşmişdi.
1826-cı il
sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının düşər-
gəsinə doğru hərəkət etdi. Bütün rus qoşunu hücuma keçdi və
düşmən geri çəkilməyə məcbur oldu. İran ordusu
Şamxorçay
yanında möhkəmlənməyi, sonra
isə rus qoşunu üzərinə hücum
etməyi qərara aldı. Lakin şah qvardiyası qılıncdan keçirildi, sağ
qalanlar isə qaçmağa başladılar. Bu süvari qoşun “İran ordularına
xeyli zərbə vurdu və çoxlu qənimət ələ keçirdi” (113, s. 373-374).
Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri
çəkildi.
Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasi-
rəsindən əl çəkdi və köməyə getməyə məcbur oldu.
Şuşa qalasının
rəisi özünün azsaylı qarnizon qüvvələri ilə düşmənə hücum etdi və
“qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün düşərgə qaliblərin
əlinə keçdi” (117, v. 2-3).
Sentyabrın 10-da Paskeviç də əlavə
qoşunla buraya gəldi.
1826-cı il sentyabrın 13-də İran qoşunları
hücuma başladı. Seçmə şah qoşunu darmadağın edildi. Abbas
Mirzənin qoşununun qalıqları tələsik
Qarabağdan keçərək cənuba,
Xudafərin körpüsünə tərəf qaçdı.
Sentyabrın 18-də Abbas Mirzə
Şuşa altındakı dəstəsini götürərək,
Arazın sağ sahilinə keçdi.
Gəncə döyüşünün rus-İran müharibəsinin sonrakı gedişində çar
188
Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq, onun
müqəddəratını təyin etdi.
1826-cı ilin dekabrında Abbas Mirzə və
şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinin kö-
məyi ilə
Dağıstan əhalisinin
üsyanını təşkil
etdi və Nuxaya böyük
dəstə yeritdilər.
Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstə-
ləri
Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa
imkanı olmayan
Hüseyn xan qaçdı və Araz çayını keçərək
İrana
getdi (53. s. 122).
Sentyabrın 24-də Sultan Əhməd özünün 6
minlik dəstəsi ilə
Qubadan geri çəkildi,
şirvanlı Mustafa xan isə
Şamaxıdan qaçdı. Qubadan rus dəstəsi geri çəkilən İran qoşununu
təqib etdi. Başqa xanlar da qaçdılar.
1827-ci ilin əvvəllərində İran
sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər. Yalnız
Talışda hələlik Mirhəsən xan qalırdı.
İran feodalları Arazın o tayına keçdikdən sonra da Azərbay-
can torpaqlarına basqınlar edirdilər. Lakin
düşmən itki verərək geri
çəkilirdi (118, v. 93). Belə hücumların qarşısını almaq məqsədilə
dekabrın 26-da rus qoşunu Araz çayını keçərək
Cənubi Azərbay-
can ərazisinə,
1827-ci ilin yanvarında isə
Meşkin dairəsinə daxil
oldu. Lakin rus komandanlığı qarşısına Cənubi Azərbaycanın
içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı. Hərbi əməliy-
yatlar
1827-ci ilin yazında yenidən başlandı.
Apreldə rus qoşunu 2
istiqamətdə: dəstələrin biri
1827-ci il aprelin 20-də Xudafərin
körpüsünü ələ keçirdi. Lakin rus komandanlığı ilk növbədə
İrəvan
xanlığını ələ keçirməyi qərara aldı.
Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İran qoşunları
tərəfindən
viran edilmiş Eçmiədzinə daxil oldu və
aprelin 23-də
İrəvan üzərinə hərəkət etdi və səhərisi gün qalanı mühasirəyə aldı.
Mühasirə 2 ay davam etdi. Bu müddətdə düşmən bir neçə dəfə
həmlə etdi və dəf edilərək geri çəkildi. Ən böyük həmlə
mayın 8-də
baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur
oldu. Lakin sayca az olan rus qoşunu qalanın mühasirəsinə vaxt
itirməməyi
qərara alaraq Naxçıvan üzərinə yeridi.
1827-ci il mayın
26-da rus qoşunu
Naxçıvanı döyüşsüz əldə etdi və
Abbasabad
qalasına yaxınlaşdı. Qala strateji əhəmiyyətə malik idi. Belə ki, o,
189
şah hakimiyyətinin
Naxçıvan xanlığında dayağı idi və Araz çayı
üzərində keçidi təmin edirdi. Abbas Mirzə 16 minlik qoşunla Ab-
basabad üzərinə hərəkət etdi.
1827-ci il iyunun 5-də Cavanbulaq
deyilən yerdə döyüşdə İran qoşununun məğlubiyyəti
iyulun 7-də
təslim olan
Abbasabad qalasının taleyini həll etmiş oldu (114,
sənəd 515).
Avqustun 13-də Alagöz dağının ətəklərində, av-
qustun 17-də Uşağanda və b. yerlərdə döyüşlər baş verdi. Rus
qoşunu
avqustun sonlarında İrəvana yaxınlaşdı.
Sentyabrın 20-
də Sərdarabad qalası süqut etdi.
Sentyabrın 26-da İrəvan
qalasının mühasirəsi başlandı. Paskeviçin yazdığı kimi, “İrəvan
vilayətində
10 min müsəlman və ancaq 3 min erməni ailəsi var
idi” (121, v. 280). Ermənilər qalanın şimal darvazalarını açdılar və
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar.
Cənubi Azərbaycanın içərilərinə doğru
irəliləyən rus qoşunu
oktyabrın 2-də Mərəndi ələ keçirdi.
1827-ci il oktyabrın 13-də
rus qoşunu
Təbrizə daxil oldu. Təbrizin ələ keçirilməsi ilə
Tehrana
yol açıldı. Şah sülh xahiş etdi. Cənubi Azərbaycanın feodal ha-
kimləri Paskeviçə cünuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə
müraciət etdilər. Lakin daxili və beynəlxalq vəziyyət Rusiyanı İran-
la müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq
hərəkatı geniş vüsət almışdı və Rusiya
Türkiyə ilə müharibənin
yaxınlaşdığını hiss edirdi.
1827-ci il noyabrın 7-də danışıqlar
başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə ge-
dilməsini, İran qoşununun Talış xanlığını tərk etməsini və gümüş
pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı
isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb
edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi
ilə danışıqlar kəsildi.
1828-ci il yanvarın 24-də Paskeviç rus qo-
şununa
Ərdəbil və
Tehran istiqamətində hərəkət etməyi əmr etdi.
Rus qoşunları
yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ər-
dəbili tutdular. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyat
edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında
vasitəçi
kimi çıxış etdi.
1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxın-
lığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə
Paskeviç ara-