175
şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə
Yelizavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu.
Bu qaydanı pozanlar cərimə edilirdilər (8, s. 572).
Gəncənin
alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi
üçün böyük əhəmiyyət kəsb etdi: 1) digər Azərbaycan xanlıqlarının
da taleyi həll olundu; 2) Azərbaycanın cənub bölgələrinə yol açıldı;
3) Gürcüstanın Şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu; 4)
rus qoşunlarının Xəzər sahillərinə çıxıb, Həştərxanla əlaqə yarat-
masına imkan yarandı. Gəncə xanının vassal asılılığında olan Sa-
mux hakimi Şirin bəy də Rusiyanın təbəəliyini qəbul etməyə məc-
bur oldu.
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında
bölüşdürülməsi
Gürcüstanın, Şimali Azərbaycanın
bir hissəsinin Rusiya tərə-
findən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran
İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Azərbaycan tarix-
çisi A.Bakıxanovun yazdığına görə, “İran şahı 70 minlik qoşununu
Cənubi Qafqazın sərhədlərində cəmləşdirdi” (23, s. 158). Şah sarayı
Rusiya ilə müharibəyə hələ
1801-ci ilin yazından-
İngiltərə ilə
müqavilə bağladıqdan sonra hazırlaşırdı.
1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı
feodal təbəqədəri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını
tələb etdi. Tələb rədd olundu və
1804-cü il iyulun 10-da Rusiya ilə
İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran
müharibəsi başlandı.
İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazi-
sində, Eçmiədzin divarları yanında baş verdi. Rus qoşunları gürcü
süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar (4, s. 20-21).
İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanın-
da baş verdi.
1804-cü il iyulun 29-dan 30-a keçən gecə rus qo-
şunları ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş
oldu. Azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunla-
176
rının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən
sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.
General Sisianov hələ
1804-cü ilin əvvəlində mayor Lisa-
neviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan
“Ru-
siya təbəəliyinə” keçməyi tələb etdi.
1805-ci il mayın 14-də Gəncə
yaxınlığında
Kürək çayının sahilindəki görüşdə
İbrahimxəlil
xanla Sisianov arasında
imzalanan müqaviləyə (8, s. 572)
əsasən
xan, onun varisləri və xanlığın bütün əhalisi
Rusiya təbəəliyinə
qəbul olunur,
çar isə, öz növbəsində,
bu xan sülaləsinin hü-
quqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə
xan varisləri çar tərəfindən təsdiq olunmalı idi.
Xanlığın daxili
idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşa-
ya buraxmağı və onun zəruri şeylərlə təmin etməyi öz üzərinə
götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min
çervon ayırmağı öhdəsinə götürdü (10, s. 590)
. 1805-ci il mayin
21-dэ eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi
(25, s. 129-130).
1805-ci il yay kompaniyasının gedişində İran qoşunları
iyu-
nun ortalarında Qarabağa soxuldular. Pirqulu xan
Əsgəranı tut-
du.
1805-ci il iyunun 26-da şah qoşunları rus qarnizonunun yer-
ləşdiyi
Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim
olmasını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görüb,
qalanı
iyulun 8-də təslim etməyə razılaşdı,
özü isə iyulun 7-ə ke-
çən gecə dəstəsi ilə qalanı tərk etdi.
İyulda İran qoşunları Qazaxa soxuldular. Koryagin 570
nəfərlik dəstəsi ilə
iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşər-
gəsinə hücum etdi. İran qoşunlarının
1805-ci ilin yay hərbi kom-
paniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Ru-
siya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəm-
ləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi
(4, s. 23).
General Sisianovun
Şirvana doğru hərəkət etdiyini eşidən
Mustafa xan Sisiaonovun tələbini qəbul etmək qərarına gəldi, xan-
lığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min
177
çervon
bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlü-
kəsizliyini təmin etməyə və s. razılaşdı.
Mustafa xan və Sisianov
1805-ci il dekabrın 27-də müqavilə imzaladılar. Azərbaycanın ən
iri xanlığı Şamaxı xanlığının tabe edilməsindən sonra
Bakıya yol
açıq idi.
1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş
komandanı
Gilanı tutmaq, geri qayıdarkən isə
Bakını ələ keçirmək
üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı.
İyunun 23-
də donanma
Ənzəli limanına çatdı. Desant çıxarmaq və
Rəşti
tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus eskadrası
avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edil-
məsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq,
av-
qustun 15-də qalanı atəşə tutmağa,
avqustun 22-də isə şəhəri mü-
hasirəyə almağa başladı.
Avqustun 29-dək xanlığın mühüm strateji
məntəqələri tutuldu.
İranla əlaqə saxlayan
Bakı hakimi Hüseynqulu xan kömək
üçün şah sarayına müraciət etdi. Abbas Mirzə urmiyalı Əsgər xana
Bakı xanına kömək qoşunlarla birlikdə dərhal
yola düşməyi əmr
etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana kömək etməyə
hazırlaşırdı (88, s. 232).
General Zavalişin Bakıya Urmiya və
Qubadan köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçir-
mədən
Lənkəran yaxınlığındakı
Sara adasına çəkildi.
1806-cı il
fevralın əvvəllərində Sisianovun artilleriyası Bakının 2 km-də
general
Zavalişinin desant təstəsi ilə birləşdi və
Naxır bulaqda
düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi.
Fev-
ralın 8-də Sisianov polkovnik Eristavinin müşaiyəti ilə mühafisəsiz
şəkildə xanla görüşmək üçün yola düşdü.
Görüşdə o,
Hüseynqulu
xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bakıda
Sisianovun öldürülməsindən sonra rus qoşunlarının vəziyyəti ağır-
laşdı. Xanların çoxu tərəddüd etməyə başladı
(4, s. 25-26).
1806-cı ilin yazında İran qoşunları Arazı keçərək Qarabağa
yeridi.
İyunun 8-də rus və İran qoşunları arasında
1806-cı ilin ilk
silahlı toqquşması baş verdi.
Şahbulaq və Əsgəran arasında,
Ağdamda rus dəstəsi 4000 İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi
İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq,
Şuşaya doğru