172
XI FƏSİL
AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA
BÖLÜŞDÜRÜLMƏSİ VƏ ONUN NƏTİCƏLƏRİ
Plan:
1. Azərbaycanda Rusiya işğallarının başlanması.
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında
bölüşdürülməsi.
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar.
4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti.
1. Azərbaycanda Rusiya işğallarının başlanması
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və bey-
nəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal
dövlətlərinə parçalanmışdı. Xanlar arasında ardı-arası kəsilməyən
ara müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyyətlərin
güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın
daxili vəziyyəti üçün
səciyyəvi hal idi.
Bu gövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən
biri
Cənubi Qafqazın istilasından ibarət idi. Çar Rusiyası
Cənubi
Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi
üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili
dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın siyasi və hərbi-
strateji əhəmiyyəti böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk
rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsi-
rinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Qərbi
Avropa dövlətlərinin də, xüsusilə
İngiltərə və Fran-
sanın Cənubi Qafqaz barədə işğalçı planları var idi.
1801-ci ilin
əvvəlində İngiltərə ilə İran arasında müqavilə bağladı. İngiltərə hər
hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə ona lazımi qədər
173
xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda
hərbi xərc verməyi
öz üzərinə götürürdü. İngiltərə İranı öz müstəmləkə mülklərini
genişdəndirmək uğrunda mübarizədə antirus siyasətinin alətinə, öz
müstəmləkəsini-Hindistanı kənar təcavüzlərdən qorumaq,
Cənubi
Qafqaz barəsində özünün uzağa gedən planlarını həyata keçirmək
üçün meydana çevirirdi.
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusi-
yaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Azərbay-
can ərazisinin də bir hissəsi-Kartli-Kaxetiya çarlığının asılılığında
olan
Qazax, Borçalı, Şəmşəddil onunla birlikdə Rusiyaya birləş-
dirildi. Beləliklə, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbay-
can torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu
(4, s. 15).
Rusiya ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ
keçirməyə çalışırdı.
Bu məqsədlə general Knorrinq 1802-ci ilin
sentyabr-dekabr aylarında Şimali Qafqazda,
Georgiyevsk şəhə-
rində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar koman-
danlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakim-
lərinin nümayəndələri ilə görüşünü keçirdi (70, s. 485). Georgiyev-
skidə
1802-ci il dekabrın 26-da müqavilə imzalandı.
Müqaviləyə
görə, onu imzalayanlar
İrana hücum edəcəyi təqdirdə ona qarşı
çıxmağı öz öhdələrinə götürürdülər (4, s. 16).
Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına
müqavimət gösətərə biləcəklərindən ehtiyat edən Rusiya
1802-ci
ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general
P.D.Sisianovu Cənubi Qafqazda müstəmləkə siyasətinin
icraçısı
təyin etdi. General Sisianov
Car-Balakən camaatının ələ keçirilmə-
sinə böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının
Gürcüstandan Azərbaycanın içərilərinə doğru
uzanan yolun üstündə
idi.
1803-cü ilin martında ruslar Car-Balakənə hücum etdilər.
Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qır-
dıqdan sonra general Qulyakov
Balakəni yandırdı.
Martın 29-da
Car fəth olundu.
1803-cü il aprelin 12-də Car-Balakənin 9 nə-
fərdən ibarət səlahiyyətli nümayəndə heyyəti
Tiflisə general
Sisia-
174
novun yanına getdi və burada Car-Balakən camaatının Rusiyanın
hakimiyyəti altına alınması barədə
saziş-“Andlı öhdəlik”bağlandı.
Sazişin şərtlərinə görə,
carlılar Rusiya xəzinəsinə ipəklə xərac
ödəməli, sədaqət əlaməti olaraq əmanətlər (girovlar) verməli, öz
ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın
daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət
şərtlərini yerinə yetirmədiyini görən general
Qulyakov 1804-cü ilin
yanvarında yenidən
Cara soxuldu. Car yenidən fəth olundu və
yandırıldı. Sonra rus qoşunları Zaqatalaya
doğru yeridilər və
Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz
qaldılar. Carlılar qələbə çaldılar. Rus qoşunlarının sağ qalan hissəsi
Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstər-
məyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını
görərək təslim oldular (4, s. 17-18).
Car-Balakən camaatının fəthindən sonra qonşu
İlisu sultan-
lığı da Rusiya təbəəliyini qəbul etməli oldu. General Sisianov Gən-
cə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. “
Gəncə
qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır.
Bax buna görə də bu istila Rusiya üçün
birinci dərəcəli əhəmiyyətə
malikdir” (110, s. 589-590).
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə sə-
mimi diplomatik münasibətlər saxlayırdı. Cavad xan Sisianovun
Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. Lakin
general Sisianovun məktublarındakı yekəxanalıq və etinasızlıq,
Gəncə xanından Şəki, Şirvan və Qarabağ xanlıqlarından 3 dəfə çox
ödənc tələb etməsi qanlı döyüşlərə gətirib çıxardı.
Gəncə şəhərinin
2 verstliyindəki
Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər
arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən
sonra qalaya qayıtdı. Rus qoşunları Gəncəni mühasirəyə aldılar.
Mühasirədən
bir ay sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən
gecə rus qoşunları qalaya hücuma başladılar. Onların 2 cəhdi dəf
olundu.
Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəman-
casına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi,