181
və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiy-
yətsizliyə uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk
etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus
qoşunlarını təqib etməyə başladı. Qarababa kəndində döyüşdə
Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası
uğursuz başa çatdı və Qudoviç istefaya getdi. 1809-cu ilin
Rusiyanın vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz
cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min
nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində
idi (4, s. 33). Yeni baş komandan Tormosov İranla münasibətləri
danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin
iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və
qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə hərbi əməliy-
yatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana
gəldi. 1809-cu ilin hərbi əməliyyatları iyulda 2 İran qoşununun
Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü
qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun
əməliyyat meydanı Gəncə, Qazax və Şəmşəddil olmalı idi. Lakin
İran qoşunları öz planlarını həyata keçirə bilmədilər. Avqustda o,
Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə
yenidən döyüşə girmədən, bir neçə yaşayış məntəqəsini talan
edərək, Arazın o tayına çəkildi.
1809-cu ilin sentyabrında 10 minlik İran süvari qoşunu Talış
xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz
qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə
məcbur oldu. Həmin günlərdə Əsgəranda İran və Rusiya arasında
danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi
Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.
İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə
mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər
çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni
zamanda İngiltərə İran qoşunlarını silahla təchiz edirdi.
1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa
soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları
182
ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşularını mü-
hasirəyə aldılar və qələbə çaldılar. 1812-ci il martın 18-də
Kotlyarevski iranlıların geriyə çəkilərkən yolunu kəsmək və onları
darmadağın etmək üçün öz dəstəsi ilə Araza doğru hərəkət etdi.
Lakin Abbas Mirzəyə hələ Kotlyarevski yaxınlaşanadək mühasirə-
dən yaxa qurtarmaq və Arazın o tayına keçmək müyəssər oldu.
M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə Tür-
kiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxa-
restdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı.
Müqaviləyə görə, Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin
Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi (8, s. 576) . İndi
İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa
sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında
maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi.
General Rtişşev 1812-ci il aprelin 20-də İranla sülh bağlamaq
göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və
Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən
təkliflərdən imtina edir və sərhəddi işğaldan sonra necə varsa elə
qurmağa razılaşırdı. Lakin Abbas Mirzə ərazi güzəştləri tələb
etdiyinə görə danışıqlar uzandı (4, s. 36).
1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında
müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya ara-
sında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxma-
yaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından
istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun
əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən isti-
fadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma
hazırlamağa başladı.
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq
istəyirdi. Bunun üçün o, Mehrini tutmaq istəyirdi. İyulun 12-də
İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın
o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da
daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran qoşununun
digər hissəsi Ərçivanı tutub, Azərbaycanın içərilərinə doğru yol
183
açdılar. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40
günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı.
Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın
10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl
çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas
Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlı-
ğında Araz sahilində cəmləşdi. O, rus dəstələrinə zərbə endirərək
Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana
irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus
sərhəd məntəqələrinə hücum üçün həm də İrəvan xanının qüvvə-
lərindən istifadə etməyi qərara almışdı. Lakin Abbas Mirzə ilk
zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı.
İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxul-
dular. Rus qoşunları Dilican dərəsində erməni əhalisinin köməyi
ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas
Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını
Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski
Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keç-
mək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə dağlarla 70
km gecə yürüşü etdi. Abbas Mirzə əzilmiş hissələrinin qalıqlarını
toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara
aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun
qoşunlarını darmadağın etdi. Tezliklə, Kotlyarevski 1812-ci il
dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola
düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil
oldu. Xəzər donanması da buraya göndərilmişdi. İranlılar Lənkəran
qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər
piyadadan ibarət kömək gəldi (112).
Dekabrın 21-də İran qoşunlarının ön hissəsi Muğanda
darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan
iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik
bir qarnizon qoyaraq, Lənkərana tərəf irəlilədi. Rus qoşunları
qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə
tutdu. Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək
Dostları ilə paylaş: |