Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə61/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   57   58   59   60   61   62   63   64   ...   104

 
190
sında sülh danışıqları yenidən başlandı. Türkiyə ilə müharibə 
təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa 
tələsdi. Müqavilə  1828-ci il fevralın 10-da (22-də) imzalandı. 
Türkmənçay sülh müqaviləsinə görə, İran  Şimali Azərbaycana 
olan öz iddialarından  əl çəkir, onun üzərində Rusiya haki-
miyyətini tanıyırdı  (4, s. 50-51). Cənubi Azərbaycan isə  İranın 
himayəsində qaldı. Azərbaycan 2 yerə bölündü. Türkmənçay 
müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd 
xəttini 4-cü, İranın Qafqaz dağlarına qədər bütün Cənubi Qafqaz 
ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keç-
miş  ərazilərini və “Araz çayının bu və o biri tərəfindəki  İrəvan 
xanlığını və Naxçıvan xanlığını”…Rusiyaya “güzəştə” getdiyini 5-
ci maddələr müəyyən edirdi. 8-ci maddəyə görə,  İran Xəzər dəni-
zinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində 
hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu mad-
də Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin 
mənafeyinə güclü zərbə idi. 10-cu maddə ilə Rusiyaya İranın is-
tədiyi  şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və 
ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20 
milyon manat məbləğində  hərbi tənzimat ödəməli idi. Müqavilədə 
Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquq-
larını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsa-
sən,  əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və  əksinə 
sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox 
erməni ailələri Cənubi Qafqaz, Qarabağ  və  İrəvan xanlıqlarına 
köçdülər. 
Həm 1826-1828-ci_illər'>1804-1813-cü və 1826-1828-ci illər rus-İran müharibə-
lərinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin 
İran, Türkiyə və Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlə-
dən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil 
artırdı. Təkcə  1826-1828-ci  illər rus-İran müharibəsinin gedişində 
İrandan və Azərbaycanın cənub  ərazilərindən Cənubi Qafqaza, o 
cümlədən  Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur 
ki, 1826-1828-ci illər rus-İran müharibəsinin Rusiya üçün qalibiy-


 
191 
yətlə başa çatmasından sonra 2 vuruşan dövlət arasında bağlanmış 
Türkmənçay müqaviləsinə görə,  ermənilərin maneəsiz olaraq 
İran  ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. 
İki il ərzində,  1828-1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən 
çox  İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni 
əhalisinin cüzi olduğu Yelizavetpol və  İrəvan quberniyalarının  ən 
yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox 
xəzinə torpağı ayrıldı (4, s. 52). 
I Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə baş-
lamaq yolu ilə  “Şərq məsələsi”nin həll edilməsinə yönəldilmişdi. 
Sultan II Mahmud hələ  1826-cı ildə  hərbi islahat keçirmiş, ingilis 
və fransız təlimatçılarının yardımı ilə nizami ordu yaradılmışdı. 
1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus 
komandanlığı  Soğanlıq sıra dağları  və Ermənistan yaylasından 
sürətli yürüşlə Anadolu içərilərinə daxil olmağı,  Ahalkələki, 
Ahalsıx, Qars, Qanlı çay, Milli düz hüdudlarında türk qoşu-
nunun əsas qüvvələrini darmadağın etməyi, Anadolunun paytaxtı 
Ərzurumu  ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum 
etməyi və Osmanlı imperiyasının paytaxtı  İstanbul üçün təhlükə 
yaratmağı öz qarşısına başlıca vəzifə kimi qoymuşdu.  1828-ci il 
iyunun 19-da rus qoşunu Qars qalasına yaxınlaşdı və iyunun 22-
 qalanı hücumla ələ keçirdi. Avqustun 9-da Axalsıxı,  əvvəl isə 
Ahalkələkini və Xertsisi, avqustun sonuna Bəyazid qalası, Tor-
paqqala və Diadil sədləri ilə birlikdə  Bəyazid paşalığını 
tutmuşdu.  1828-ci il rus qoşunu  Ərzurumun 90 km-də yerləşirdi. 
Qara dəniz sahillərində türklər Anapa və Potidən sıxışdırılıb 
çıxarıldı.  Yazda 1829-cu ilin  hərbi  əməliyyatlarına hazırlıq baş-
landı. 1829-cu il mayın 1-də Ahalsıx altında Sursqab adlı kəndin 
yaxınlığında döyüşdə 5 minlik türk dəstəsi məğlub edildi. Bir 
aydan sonra Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il 
iyununda isə Soğanlıq rayonunda döyüş baş verdi (90, s. 239-
240). 1829-cu il rus qoşunu Ərzurumu ələ keçirdi və Trapezund 
üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi  əməliyyat 
meydanında isə rus qoşunu  Ədirnəni  ələ keçirdi və  İstanbula 


 
192
yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il sent-
yabrın 2-də (14-də)  Ədirnədə bağlanan sülh müqaviləsinə görə, 
Türkiyə  şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs 
Nikolay limanına qədər Qara dənizin bütün Şərq sahillərini və 
Ahalsıx paşalığının  ərazisinin bir hissəsini Rusiyaya güzəştə 
getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət 
gəmiləri üçün açıq saxlanılırdı.  Moldaviya və Valaxiya rus qo-
şunu tərəfindən müvəqqəti olaraq işğal edildi və s. (90, s. 230). 
Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya 
tərəfindən zəbt olunmasını  təsbit etdi, Rusiyanın Orta Şərqdə  və 
Balkanlarda mövqelərini möhkəmləndirdi. Qara dənizdə ticarətin 
genişlənməsi üçün şərait yarandı. Azərbaycanın şimal torpaqlarının 
Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət 
müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəti-
cəsində zorla 2 hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. 
 
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi 
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar 
 
Azərbaycan çar Rusiyası zadəganlarının və  sənaye sahiblə-
rinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azər-
baycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. O 
yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Şimali 
Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi. Azərbay-
canın çar Rusiyası  tərəfindən zəbt edilməsi ilə  Şimali Azərbaycan 
Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Bakı kimi 
neft mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin 
XIX  əsrdə inkişaf etməsinin  əsas amillərindən biri idi. Rusiyanın 
tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması 
prosesi də sürətləndi. Azərbaycan xanlıqlarında mövcud olan 
müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə  əvəz edildi. Bu 
tədbir ölkənin ayrı-ayrı rayonları arasında ticarətin və XIX əsrin 
birinci yarısında əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol 
oynadı. Azərbaycan Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə