178
irəlilədi. Abbas Mirzə İdrahimxəlil xanı öz
tərəfinə çəkmək üçün
elçilərini onun yanına göndərdi.
İbrahimxəlil xan xanlığın var-
yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə
razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar
etməyi qərara aldı. Rus qoşunlarının gecikməsi İran qoşunlarının
lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin
təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı
Xankəndinə köçürdü. Bədniyyətlilərin xanı mayora şərləmələrinə
görə, mayor bir dəstə döyüşçü ilə xanın məskəninə yollandı və
İbrahimxəlil xan bəzi ailə üzvləri və yaxın adamları ilə
öldürüldü.
Bu hadisələrdən dərhal sonra
şəkili Səlim xan Rusiya
ilə əlaqələri
kəsdi, “əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan
getməyə məcbur etdi” (52, s. 96).
1806-cı ilin yayında Abbas Mirzənin qoşunları
Qarabağ və
Şirvanda idi. Atasının xaincəsinə öldürülməsinə baxmayaraq,
Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus
qoşunları yaxınlaşarkən öz süvari dəstəsi ilə qaladan çıxmağa, onun
qoşunları ilə birləşməyə məcbur oldu və Əsgəran qalasının
yaxınlığında düşərgə saldı. Tezliklə ruslar
Xanaşır aşırımında İran
qoşunlarını əzdilər və İran qoşunlarının qalıqları Arazın o tayına
çəkildi.
1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş ge-
neral
Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı
Mehdiqulu xana təqdim etdi.
Rus komandanlığı
Bakı və Dərbənd qalalarının ələ keçiril-
məsinə böyük əhəmiyyət verirdi. İran hökuməti Rusiya və onun
planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və
Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin
qarşısını almaq məqsədi ilə hərbi əməliyyatları
Şamaxı xanlığı
istiqamətinə keçirdi. Rus qoşunlarının yaxınlaşmasını eşidən Abbas
Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı
və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı
Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi.
1806-cı
ilin iyununda rus qoşunları Quba xanına
tabe olan Dərbəndə
yaxınlaşdılar və
iyunun 22-də onu tutdular. Sonra onlar general
179
Bulqakovun komandanlığı altında
Bakıya doğru yönəldilər. Gene-
ral şəhər sakinlərinə müraciət göndərdi.
Hüseynqulu xan öz nüma-
yəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqa-
kovun yanına göndərdi. Lakin
Hüseynqulu xan qisasdan qorxaraq,
ailəsi ilə birlikdə
Qubaya, oradan da
İrana qaçdı (88, s. 258).
Beləliklə,
1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe
edildi. Tezliktə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe
olundu. Beləliklə,
1806-cı ilin sonunda, Talış, İrəvan və Naxçıvan
xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın
hakimiyyəti altına keçdi.
1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici
döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı.
Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Nuxalıların müqa-
viməti qırıldı və rus qoşunları hücum edib,
Nuxanı ələ keçirtdilər.
Səlim xan İrana qaçdı. Sonra rus qoşunları
Car-Balakənə yola düş-
dü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə Dağıstan
feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə
bu üsyan da yatırıldı.
Çar hökuməti
Quba və Bakı xanlıqlarını ələ keçirdikdən
sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı
Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna
görə də əl-qolunu azad etmək, mümkün olarsa, hətta İranı Tür-
kiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran
hökuməti də gü-
zəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi.
1806-cı il sent-
yabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq
təklifi ilə rus qoşunlarının baş komandanı
Qudoviçin yanına
göndərdi. Çar hökuməti güzəştə getmək fikrində deyildi, əksinə, o,
İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Lakin danışıqlar
uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə açıq-
aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə
müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkiyədə
Napoleon diplomatiyası daha da fəallaşdı.
Napoleon 1806-cı ildə
öz
nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə
danışıqları İngiltərəni təşvişə saldı.
Bağdaddakı ingilis səfiri
Xar-
180
ford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, İngiltərə
1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır (4, s. 29
).
1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə
başladı. Türkiyənin müharibəyə başlaması rus qoşunlarının Qaf-
qazdakı vəziyyətini ağırlaşdırdı. İndi İranla yanaşı, Türkiyə ilə də
müharibə aparmaq lazım idi. Rusiya buna görə də İranla sülh bağ-
lamağa cəhd göstərirdi. Lakin İranla danışıqlar müvəffəqiyyətlə
nəticələnmədi.
Rus-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus
qoşunlarının komandanlığı
Tərtər çayında istehkam yaratmağı
qərara aldı. Baş komandan general Qudoviç rus ordusunun başında
Gümrüyə yönəldi. Burada
1807-ci il iyunun 18-də rus və türk
qoşunları arasında qanlı döyüş baş verdi. “Qaş qaralana yaxın os-
manlılar məğlub edildilər. Ruslar osmanlılardan
qənimətlər və çoxlu
top ələ keçirdilər” (53, s. 103-110). Napoleon
1807-ci ilin əvvəl-
lərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı,
Fransa, İran və Türkiyədən ibarət antirusiya blokunu yaratmağı
təklif edirdi. Şah hökuməti bu təklifi qəbul etdi.
1807-ci il mayın 4-
də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Müqaviləyə
görə
İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu. İrana
general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə
heyətinin gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq
olundu.
1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Müqaviləyə
görə,
İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala
bilərdi. Fransızlar İran ordusunu yenidən qurmağa başladılar.
1808-ci ilin mayında İran qoşunu
İrəvana doğru çəkilirdi.
Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları
Pəmbəkə
döğru yeridi. Ruslar oradan İran qoşunlarına
hücum etmək niyyə-
tində idi. Qudoviç Naxçıvanı ələ keçirməyi general Nebolsinə əmr
etdi.
Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qə-
ləbə çaldı. Rus qoşunları yolüstü
Eçmiədzini ələ keçirtdi. General
Nebolsin
Naxçıvana doğru irəliləyərək,
oktyabrın sonunda Qa-
rababa kəndi yanında İran qoşunlarını dağıtdı və
Naxçıvanı tutdu.
Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı