Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə53/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   49   50   51   52   53   54   55   56   ...   104

 
165 
də qayıdan Fətəli xan 1775-ci ildə rusların köməyilə öz düşmənini 
məğlubiyyətə  uğratdı. Fətəli xan Azərbaycan torpaqlarını vahid 
dövlətdə birləşdirmək siyasətini davam etdirirdi. O, 1780-1781-ci 
illərdə Qarabağı ələ keçirməyə çalışsa da buna nail olmadı. 1784-cü 
ildə Quba xanı  Cənubi Azərbaycana hücum edib Ərdəbil və 
Meşkini  ələ keçirdi. Lakin bir tərəfdən Azərbaycan və Dağıstan 
feodallarının arxadan onu hədələmələri, digər tərəfdən isə Rusi-
yanın narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi. 1785-ci ildə 
Şəki və  Lənkəran xanlıqları Quba xanlığından asılı  vəziyyətə 
salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa 
başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın 
oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya 
bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da 
xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə  Şəki, Bakı,  Şamaxı 
xanlıqları Quba xanlığının asılılığından çıxdılar. 
 
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri.  
Yadelli işğalçılara qarşı mübarizə  
 
Azərbaycan xanlıqlarının xarici siyasət  əlaqələri bir tərəfdən 
ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Tür-
kiyə  və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri 
siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici 
siyasi  əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xan-
lıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq 
istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrı-
ayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə 
müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün 
istifadə edirdilər. Lakin bu zaman göstərilən dövlətlərdən hər biri 
özlərinin hərbi və iqtisadi potensialından çıxış edirdi.  Feodal 
pərakəndəliyi dövrü keçirən  İran uzun müddət Azərbaycana təsir 
göstərmək imkanlarını itirmişdi. Kərim xan Zəndin diplomatik yolla 
Azərbaycan xanlıqlarını, ilk növbədə Quba xanlığını öz təsiri altına 
almaq cəhdləri uğursuzluqla nəticələnmişdi.  XVIII  ə


 
166
yarısında Rusiya ilə aparılan iki müharibədə ( 1768-1774 və 1781-
1791 illər) ağır məğlubiyyətə  uğrayan Türkiyə Azərbaycanda fəal 
xarici siyasət yeridə bilmirdi. Elə bunun nəticəsi idi ki, sultan 
höküməti ayrı-ayrı Azərbaycan xanlarının gürcü-rus blokunun təca-
vüzünə qarşı kömək xahişlərini ya cavabsız qoyur, ya da boş vədlər 
verməklə kifayətlənirdi. 
İran və Türkiyədən fərqli olaraq Rusiya Cənubi Qafqazda 
daha fəal siyasət yeridirdi. XVIII əsrin 70-ci illərində Krımı ilhaq 
etməyə hazırlaşan Rusiya Cənubi Qafqaza dair geniş işğalçılıq planı 
hazırlamışdı. Bu planın  əsas mahiyyətini Gürcüstanı  Cənubi Qaf-
qazda hegemon dövlətə çevirmək və Azərbaycanın Qarabağ, Qara-
dağ, İrəvan və Naxçıvan xanlıqları hesabına erməni çarlığı yaratmaq 
təşkil edirdi. Lakin bu planlar olduqca gizli saxlanılırdı. Rusiyanın 
bu məkrli siyasatindən xəbərsiz olan bir çox Azərbaycan xanları ilk 
növbədə qubalı  Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağa 
çalışırdı. Hələ 1775-ci ildə Quba xanı öz elçisi Mirzə bəy Fərhad-
bəylini Peterburqa göndərmişdi. Quba xanı  Əmir Həmzəyə qarşı 
mübarizədə göstərdiyi köməyə görə rus çarı II Yekaterinaya 
minnətdarlıq edir və Dərbəndin açarlarını ona göndərirdi. Fətəli xan 
həm də Quba xanlığının Rusiyanın himayəsinə  qəbul edilməsini 
xahiş edirdi. Lakin Türkiyəni qıcıqlandırmaqdan ehtiyat edən II 
Yekaterina onun bu xahişini yerinə yetirməkdən imtina etdi və Dər-
bəndin açarlarını qaytardı. 
XVIII  əsrin 80-ci illərində Rusiya Krımı birləşdirmək üçün 
hazırlıq işlərini gücləndirdi. Bu məqsədlə Cənubi Qafqaza da ordu 
göndərmək planlaşdırırdı. Lakin 1783-cü ildə Krımın dinc yolla 
birləşdirilməsi nəticəsində Cənubi Qafqaza ordu göndərmək zərurəti 
aradan qalxdı. Bununla belə, Rusiya Azərbaycan ərazisində erməni 
çarlığı yaratmaq planından imtina etməmişdi. Bu məqsədlə Qara-
bağın erməni məliklərinə  hər cür yardım göstərilir,  İbrahimxəlil 
xanı devirmək üçün planlar işlənilib hazırlanırdı. Rusiya özünün 
işğallarına hüquqi əsas qazanmaq üçün İrəvan, Qarabağ və Qaradağ 
xanlıqlarının ona güzəştə gedilməsi barədə  İran hakimi Əlimurad 
xanla danışıqlar aparırdı. Öz hakimiyyəti üçün real təhlükə yaran-


 
167 
dığını görən qarabağlı İbrahimxəlil xan bunun qarşısını diplomatik 
yolla almaq qərarına gəldi. O, 1784-cü ildə öz nümayəndəsi Musa 
sultanı Peterburqa göndərdi və Rusiyanın himayəsi altına keçməyə 
hazır olduğunu bildirdi. II Yekaterina onun bu təklifıni qəbul 
etməsə  də Qarabağda hakimiyyət dəyişikliyi etmək planını  təxirə 
saldı. 
1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə 
keçməsi bir çox Azərbaycan xanlarını da belə addım atmağa həvəs-
ləndirirdi. Qubalı Fətəli xan bu yolla öz hakimiyyətini bütün Azər-
baycana yaymağı planlaşdırırdı. O, Rusiya höküməti ilə apardığı 
diplomatik yazışmalarda özünün bütün Azərbaycanın hökmdarı 
kimi tanınmasına çalışırdı. Lakin erməni və gürcüləri özünün 
Cənubi Qafqazda əsas dayağı hesab edən Rusiya Fətəli xanın güc-
lənməsinin qarşısını  hər vəchlə alırdı. Elə bunun nəticəsi idi ki, 
Fətəli xanın 1787-ci ildə Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı 
ilə Rusiyaya göndərdiyi nümayəndə heyəti uğursuzluğa düçar oldu. 
Rusiya bu dəfə  də Quba xanlığını öz himayəsinə götürməkdən 
imtina etdi. 
XVIII əsrin 80-ci illərində İranda daxili siyasi vəziyyət müəy-
yən dərəcə sabitləşməyə başladı. Burada uzun müddət davam etmiş 
daxili siyasi mübarizədə  Ağa Məhəmməd xan Qacar üstünlük qa-
zandı. O, 1785-ci ildə Tehranın özünün iqamətgahı seçdi və keçmiş 
Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyi öz qarşısına məqsəd 
qoydu. Ağa Məhəmməd xan Qacar 90-cı illərin əvvəllərində özünün 
əsas rəqibləri olan Zəndləri tamamilə  sıradan çıxardı  və  Cənubi 
Azərbaycan xanlıqlarının əksəriyyətini asılı vəziyyətə saldı. Bundan 
sonra o, Cənubi Qafqazı tabe etmək uğrunda mübarizəyə başladı. 
Ağa Məhəmməd xanın güclənməsi Azərbaycanın  şimal torpaqla-
rının müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan 
xanlarının  əksəriyyəti, o cümlədən, Qarabağ,  İrəvan, Naxçıvan və 
Xoy xanları kömək üçün Türkiyəyə müraciət etdilər. Qubalı Şeyxəli 
xan isə bu məqsədlə  həm Türkiyəyə, həm də Rusiyaya müraciət 
etmişdi. Qarabağlı  İbrahimxəlil xan isə Türkiyədən kömək 
istəməklə yanaşı özü də müəyyən müdafiə  tədbirləri gördü. Onun 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə