159
riyyəti
ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər.
Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənət-
karlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq
şəkildə işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş
səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə
onu bir başdan o biri başa qədər kəsən əsas küçələri yaradırlar».
Xanlıqlar dövründə Azərbaycan şəhərlərində yaşayan əhalinin
sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa
da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında
bu məsələ
haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə-
rildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə
və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər,
məliklər, ağalar, axundlar, mollalar, seyidlər,
mirzələr və xan nökər-
ləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları
və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə
imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir
və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu.
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı
XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş
Azərbaycan xanlıqlarında daxili siyasi
həyat olduqca mürəkkəb və
gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz
torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar.
Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan tor-
paqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoy-
muşdular.
Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə
İranda mərkəzi hakimiyyəti ələ keçirmək
uğrunda mübarizə ilə çul-
ğalanmışdır. Burada gedən mübarizədə əfqan tayfasından olan Azad
xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazan-
daranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və
zəndlər tayfasının başçısı Kərim xan Zənd fəal iştirak edirdi. İlk
dövrlərdə Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın
160
köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ və Mərənd xanlıqlarını
özündən asılı vəziyyətə sala bilmişdi.
Lakin Fətəli xan bununla
kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində
idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və Kərim xan Zəndin
ciddi müqaviməti ilə rastlaşdı.
Bu dövrdə İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd
Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə və
Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş
verən döyüşdə zəndlər məğlub olsalar
da sonralar bunun əvəzini
çıxdılar. Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məha-
rətlə istifadə edən Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasi-
rədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını
ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları Kərim xan
Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda,
formal xarakter daşıyırdı. Nadir şahın ölümündən sonra Azərbay-
canın şimal xanlıqları arasında
Şəki xanlığı xüsusilə fərqlənirdi.
Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini
bütün Azərbaycan
torpaqlarına yaymağa çalışıdı. Lakin onun 1748-ildə Təbrizə və
Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların
əvəzini Ərəş və Qəbələ sultanlıqlarını özünə birləşdirməklə çıxa
bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıq-
larını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü
çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında
ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ
xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər.
1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin
ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü
çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar
bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq
qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrə-
van, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq
yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə
müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların
hamısını əsir götürtü (8, s. 524). Bu hadisə tarixə “Qızılqaya xəya-
161
nəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi
öz ordusu ilə
düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir
götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib
edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü
çarlarının bu məğlubiyyətin əvəzini Car-Balakəni ələ keçirməklə
çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi. 1755-
ci ildə Hacı Çələbi böyük qüvvə ilə Şirvana yürüş etdi. Lakin
Şamaxı və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada
məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun
ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda
mübarizə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və Mə-
həmmədhəsən xanın hakimiyyətləri dövründə Şəki xanlığı özünün
əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan
1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı.
Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş tor-
paqları əhatə edirdi. Xanlığın banisi
Pənahəli xan Qarabağda yaşa-
yan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xid-
mət etmiş geninah