146
IX FƏSİL
AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA
Plan:
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində.
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri.
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı
mübarizə.
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü
və süqutu şəraitində
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin
iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri fe-
odallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər.
Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və
onun əmlakının siyahıya alınması (
1699-1702)
nəticəsində ölkədə
toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın
var-yoxdan çıxmasına səbəb olmuşdu. Feodal istismarının güclən-
məsi geniş xalq kütlələrinin müqavimətinə səbəb oludu. Azərbay-
canda ilk kütləvi xalq çıxışı
1707-ci ildə Car-Balakən bölgəsində,
daha sonra
Təbrizdə və
Muganda kəndli çıxışları baş verdi.
1711-
ci ildə Car camaatı Şamaxı şəhərinə hücum edib Səfəvilər döv-
lətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəl-
dilər.
Şirvanlılar da silaha əl atdılar,
Muğan əhalisi birinci olaraq
mərkəzi hakimiyyətdən üz döndərdi.
Azərbaycanın cənubunda və
şimal-şərqində, habelə
Cənubi Dağıstanda Səfəvi hakimiyyətinə
qarşı ciddi çıxışlar oldu.
1709, 1711-ci illlərdə Təbrizdə, 1709-
1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı
çıxdı
(8, s. 501). Şirvan mübarizənin mərkəzinə çevrildi. Müşkür
mahalının
Dəbəli kəndindən olan
Hacı Davudun başçılıq
etdiyi
üsyançılar
Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin
1719-
147
cu ildə xalq hərəkatı yatırıldı və Hacı Davud həbs edildi.
1720-
1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə
yenidən qızışdı (8, s. 501). Həbsdən qaçan Hacı Davudun Şirvanda
və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya
etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalı-
Qazıqumuxlu
Surxay xanın köməyi ilə
1720-ci ildə Şabranı və
Xudat qalasını tutdu.
1721-ci il avqustun 10-da Şamaxını ələ
keçirdi. Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinə də zərər
dəydi, bəziləri öldürüldü.
1722-ci il martın 8-də əfqanlar İsfahan
yaxınlığında şah qoşununu əzərək şəhəri tutdular.
Sultan Hüseyn
başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu
Təhmasib Astarada qaçmağa imkan tapdı və özünü
II Təhmasib
adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda
hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular.
2. Azərbaycan uğrunda Rusiya, İran
və Osmanlı çəkişmələri
I Pyotrun Xəzəryanı bölgələrə yürüşü. XVIII əsrin əvvəl-
lərinə qədər
Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azər-
baycana qarşı yalnız
iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin
az əhəmiyyətli olduğunu başa düşən
I Pyotr (1689-1725) Xəzəryanı
bölgələri ələ keçirməyi qərara aldı. O,
Xəzər-Volqa yolu ilə Şərq-
Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı düşünürdü.
I Pyotrun
əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək,
Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də
1722-1723-cü
illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgə-
lərinə də yürüş nəzərdə tutulurdu.
1721-ci il avqustda Şirvan üs-
yanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın
adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi
(9, s. 173). I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi
düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III
Əhmədə müraciət etdi, sohra isə İstanbula
gəlib özünün Şirvan ha-
kimi təsdiq olunması üçün razılıq aldı. Lakin Rusiya işğalçılıq
148
niyatində idi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xam-
malına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqaz-
da, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa
çalışırdı.
1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan
Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və
iyunun 18-də
Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana
yürüşə başladı. I
Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə
məqsəd onları
müsəlman zülmündən xilas etməkdir.
1722-ci il
iyunun 15-də Azərbaycan
dilində “Bəyannamə” nəşr etdirib
Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini
öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının
qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək (8, s. 503; 10, s.
473)).
I Pyotrun bu bəyannaməsi əhalinin bir qisminin Rusiyaya
meylinə səbəb oldu.
1722-ci il avqustun 23-də Dərbənd şəhərinin
naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt:
1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlü-
kəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzərya-
nı bölgələrə soxulmasına
kəskin etiraz etməsi; 3) dağlarda qoşun
toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa
hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq
Peterburqa qayıtmağa məcbur oldu (3, s. 394-395).
1722-ci ilin de-
kabrında ruslar
Rəşt şəhərini,
1723-cü ilin iyulunda Bakını işğal
etdilər. Knyaz İ.Bayratinski Bakının kamendantı təyin edildi. Sonra
Salyan işğal olundu.
1723-cü il sentyabrın 12-də II Təhmasibin
elçisi İsmayıl bəy şahdan
icazəsiz Dərbənddən Gilana qədər olan
Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq
müqaviləsini imzaladı.
Rusiya bunun əvəzində
əfqanlarla müha-
ribədə Səfəvi şahına yardım edəcəyini vəd etdi. Beləliklə,
1722-
1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I
mərhələsi oldu (8, s. 504).
İstanbul müqaviləsi. Cənubi Qafqaz
Rusiya, Səfəvi, Os-
manlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi.
İngiltərə və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənmə-