Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə44/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   40   41   42   43   44   45   46   47   ...   104

 
137 
dənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar. 
Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can 
atırdılar. 
XVII  əsrdə aşağıdakı torpaq mülkiyyəti formaları var idi: 
1.Dövlət torpaqları (divan); 2.Şah və onun ailəsinin xüsusi 
torpaq mülkləri (xalisə); 3.Hərbi və mülki məmurlara məxsus 
şərti torpaq sahələri (tiyul); 4.Məscidlərə  məxsus torpaqlar 
(vəqf); 5. Xüsusi mülkiyyətdə olan torpaqlar (mülk); 6. İcma 
torpaqları (camaat). Divan və xalisə aparıcı mülkiyyət formaları 
idi. Divandan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödə-
nilməsinə  sərf olunurdu. Xalisdən  əldə edilmiş  gəlirlər isə  şaha 
mənsub olsa da xəzinəyə  əlavə edilirdi, yaxud şahın razılığı ilə 
xərclənirdi. Şah üzvlərinə mənsub olan torpaqların gəliri isə həmin 
torpaq sahiblərinin özlərinə  xərclənirdi. Hərbi və mülki şəxslərə 
xidmət müqabilində (soyurqal, tiyul) torpaqlar verilirdi. Dini idarə-
lərə-məscidlərə məxsus torpaqdan (vəqf) götürülən gəlir məscidlərə 
və xeyriyyə  işlərinə  xərclənirdi. Xüsusi torpaq mülkiyyəti olan 
mülk azad alış və satış obyekti idi. Camaat torpaqları bütün kənd 
sakinlərinə  mənsub idi. Feodallar camaata məxsus torpaqları  zəbt 
edirdilər. 
XVII əsrin 2-ci yarısında təsərrüfatın əsasını əkinçilik və mal-
darlıq təşkil edirdi. Azərbaycanda demək olar ki, bütün kənd 
təsərrüfatı bitkiləri yetişdirilirdi. Təbriz  ətrafında buğdanın 7 növü 
və arpa, Gəncə,  Şamaxı, Təbriz,  Ərdəbil, Marağa və Naxçıvanda 
çəltik və paxla, Şirvan, Xoy, Gəncə  və Naxçıvan da pambığın 7 
növü, Təbrizdə üzümün 60-a qədər növü, Şamaxıda 7 növü yetiş-
dirilirdi. Azərbaycan öz meyvələri ilə  məşhur idi. Bağçılıq yüksək 
inkişaf etmişdi. Tərəvəzçilik və bostançılıq geniş yayılmışdı. 
İpəkçilik ölkənin şimalında daha çox inkişaf etmişdi. Bakı ətrafında 
az miqdarda kətan yetişdirilirdi. Azərbaycan boyaqotu (qızılboya) 
becərilməsi ilə  məşhur idi. Boyaqotu Şirvanda, Arazın cənub 
sahillərində geniş yayılmışdı. Abşeron  ərazisində xeyli zəfəran 
əkib-becərilirdi. Yeni bitki növlərindən biri olan tütün Azərbay-
canın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada 


 
138
becərilirdi.  Əkinçilikdə süni suvarma mühüm rol oynayırdı. Süni 
suvarmada çay və bulaq sularından, eləcə də kəhriz sularından isti-
fadə edilirdi. Təbriz 900 kəhrizin və arxın, 6 dağ çayının suyu ilə 
təchiz olun muşdur.  Əhalinin xeyli hissəsi köçmə maldarlıqla 
məşğul idi. Səfəvi şahlarının Qarabağ, Mərənd və Marağada xüsusi 
ilxıları vardı. Dəvədən  əsas yük heyvanı kimi istifadə edilmişdi. 
Təbriz-İstanbul-Hindistan ticarət  əlaqələrində at və qatır  əsas nəq-
liyyat vasitəsi idi. Arıçılıq da inkişaf etdirilmişdi. Gəncə və Ərdəbil 
balı xüsusilə məşhur idi. 
XVII  əsrin II yarısında  feodal zümrəsini 4 qrupa bölmək 
olar: 1. Qızılbaş  əyanları  və digər tayfaların hərbi zadəganları, 
şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri 
olan  şiə  təriqətli ali ruhanilər; 3. Mülki əyanlar; 4. Yerli əhə-
miyyətli əyanlar. 
Qızılbaş hərbi-feodal əyanları I qrupda mühüm yer tuturdular. 
Hərbi-feodal  əyanların II təbəqəsi qızılbaş tayfasından olmayan 
yerli türklərdən ibarət idi. III təbəqəsini  şah qulamları içərisindən 
çıxmış  hərbi sərkərdələr təşkil edirdilər. II qrupa ali ruhani təbə-
qəsinin nümayəndələri daxil idilər və  vəqf torpaqlarını idarə 
edirdilər. Bundan əlavə, ali şiə ruhani nümayəndələri mülki hüquqla 
xeyli  əraziyə malik idilər. Ruhanilərə  sədr başçılıq edirdi. O, 
ölkənin baş ruhanisi hesab edilir, şahın nəvvabı-müavini sayılırdı. 
Sədrlər vəqf sistemində böyük torpaq sahələri cəmləşdirib, dövlət 
miqyasındı  şiəliyi daha da geniş yaymaqla ölkədə öz təsirini 
gücləndirir və ictimai-siyasi həyatın inkişafına kömək edirdilər. 
Mülki işlərə baxılması tamamilə ruhanilərin  əlində idi. Onlardan 
şəriət məhkəmələrini aparan şeyxülislam, qazı  təyin olunurdu. III 
qrupa mülki əyanlar daxil idilər. Onların içərisində yerli türklərin 
xüsusi yeri vardı. Çoxu sonralar Səfəvi dövlətinin mərkəzi bürok-
ratiyasının sıralarına daxil olmuşdu. IV qrupa yerli torpaq sahib-
karları daxil idilər. Qarabağda və Şirvanda əyanların güclü mövqeyi 
vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırdı. 
XVII  əsrdə Azərbaycanda cəmiyyətin  əsas istehsalçısı  və 
istismar olunan təbəqəsi kəndlilər idi. Vergi verən əhali ümumi adla 


 
139 
rəiyyət  adlanırdı  və ayrı-ayrı qruplara bölünürdü. İş heyvanı, 
istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən 
kəndli hampa adlanırdı. Bu kəndlilər cütlərin sayına görə ayrı-ayrı 
bölgələrdə daha kiçik dərəcələrə bölünürdülər.  İstehsal alətləri 
olmayan kəndlilər II qrupa aid idilər. Təsərrüfatsız və yardımçı 
kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və 
məşğuliyyəti olmayan yoxsul kəndlilər əkər adlanırdı və daha çox 
istismar olunurdu. Azərbaycanda  oturaq təsərrüfatla  yanaşı, 
yaylaq və qışlaqla bağlı olan köçmə təsərrüfatlar da vardı. Bunlar 
əsasən maldarlıqla məşğul olan elatlar idilər. Köçmə  təsərrüfatla 
məşğul olan əhali patriarxal formada istismar olunurdu. Elatlar 
orduda qulluq etməli, hərbi yürüş elan edilən vaxt hər tayfa məlum 
sayda ümumi süvari qoşun verməli idi. Hər tayfanın mövqeyi onun 
verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. Köçmə  təsər-
rüfatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verirdi. 
XVII əsrin ortalarından başlayan məhsuldar qüvvələrin inkişafı əs-
rin sonunda geriləmə ilə  əvəz olundu. Azərbaycan kəndlisindən 
alınan vergilərin sayı 35-ə çatırdı. Onlardan alınan torpaq və  gəlir 
vergisi-malcəhət, bəhrə, xərac verginin əsas hisəsi sayılır, natura 
ilə ümumi məhsulun 1/5, 1/3 hissəini təşkil edirdi. Bu vergidən 
1/10-i torpaq sahibkarlarına, 2/10 dövlətə çatırdı.  Bağbaşı-məh-
sulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanların 
otarılmasına görə alınırdı. Dəhyek (1/10)-bu vergi götürülən gəlirin 
10%-i miqdarında alınırdı. Cüftbaşı (cütpulu)-əkib-becərmək üçün 
1 cüt qoşqu vasitəsi olanlardan alınırdı.  Dəzgahbaşı-hər toxucu 
dəzgahın istehsal etdiyi məhsuldan alınan vergi idi. İxracat-ümumi 
və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi. 
Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və  əyanların 
tələbatını ödəmək üçün alınırdı. Ot-alafa-yük heyvanları, atlar üçün 
alınırdı.  Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün 
alınırdı. Bu 2 vergi bəzən pul ilə alınırdı. Sonralar alafa “at arpası” 
adlındırılırdı.  Künəlgə-əyanların kəndlinin evində qalmaq hüququ 
idi.  Əvrəz-daimi olmayan vergi idi, natura, yaxud mükəlləfiyyət 
icra etməklə ödənilirdi. Rüsum dövlət canişinləri və ruhanilər üçün 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə