Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə39/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   35   36   37   38   39   40   41   42   ...   229

 

100


Холодная война. 1945-1963 гг. Историческая ретроспектива. Москва, 2003. 

Черчилль У. Вторая мировая война. В 3-х книгах. Москва, 1991. 

Шацилло  К.Ф.  От  Портсмутского  мира  к  первой  мировой  войне.  Генералы  и 

политика. Москва, 2000. 

Эмир-Ильясова  Э.И.  Азербайджан  в  системе  международных  отношений.  Баку, 

2000. 


Якобсон Г.А., Тейлор А. Вторая мировая: два взгляда (пер. с немецкого). Москва, 

1975. 


 

İngilis dilində 

After the Soviet Union. From Empire Nations. N.Y.- L., 1992. 

Durch William J. (ed). Peacekeeping, American Politics and Uncivil Wars of the 1999 s., 

N.Y., 1996. 

Kazemzadeh F. The Struggle for TransCaucasus (1817-1921). N.Y., 1951. 

New States, New Politics: Building the Post-Soviet Nations. Cambridge. 1997. 

Swietochowski T. Russian Azerbaijan/ 1905-1920. Cambridge, 1985. 

Wolf, Stuart (ed). Nationalism in Europe 1815 to the Present London: Routledqe, 1996. 

 

İnternet resursları 

 

http//:www grid/let/rug/hi/ahc 

http//:www. chagala.com/usrolez.pdt 

http//:www.cis.by 

http//:www.csf.colorado.edu/case net/index.html 

http//:www.d-n-i.net 

http//:www.etown.edu/v1/ 

http//:www.lib.byu.edu/rdh/wwi/ 

http//:www.lib.muohio-edu/inter/subj/history/wwii/index.html 

http//:www.ukans.edu/histoty/vl 

 

Beynəlxalq  jurnallar 

Дипломатический вестник. Москва, 1992-2005. 

МЭИМО. Москва, 1992-2005. 

США. Экономика, политика, идеология. Москва, 1998-2005-08-23. 




 

101


III  FƏSİL 

 

 

MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNİN 

YARANMASI: XARAKTERİSTİKASI, TENDENSİYALARI VƏ ƏSAS 

AKTORLARI 

 

                                                   Mövzular: 

 

 1.  Müasir beynəlxalq münasibətlər sisteminin yaranması    və  əsas        

xarakterik xüsusiyyətləri 

           2.   Yeni dünya nizamı və onun mahiyyəti  

3.   Qloballaşma və dünya siyasətinin transmilliləşməsi 

4.   Beynəlxalq inteqrasiya və onun müasir dünya siyasətinə təsiri 

5.   Dünyanın demokratikləşməsi tendensiyası və milli dövlətlər 

6.   Müasir dünya siyasəti və beynəlxalq təşkilatlar 

 

 



1. MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNİN YARANMASI VƏ 

ƏSAS XARAKTERİK XÜSUSİYYƏTLƏRİ 

 

ATƏT-in ideoloji və sinfi qarşıdurma dövründə keçirilmiş son zirvə görüşü 1990-cı 

ildə Parisdə toplandı. Bu sammitdə müasir beynəlxalq münasibətlər sisteminin əsas 

prinsiplərini və beynəlxalq hüququn bəzi yeni normalarını müəyyən edən “Paris 

Xartiyası” adlı mühüm bir sənəd qəbul olundu. 

Sammit ərəfəsində artıq SSRİ və onun sosialist bloku ciddi böhran içərisində idi 

və günü-gündən öz müqavimət gücünü  itirirdi. 

Ümumiyyətlə, 1990-cı illərdə beynəlxalq münasibətlər sistemində çox ciddi 

dəyişikliklər müşahidə olunmaqda idi. O vaxta qədər sistemin daxili strukturunda və 

xarakterində  mühüm təsir gücünə malik olan ABŞ  və onun Qərb  müttəfiqlərinin 

güclənməsi fonunda SSRİ  və onun sosialist bloku çox gərgin böhranla üzləşmişdi. 

İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını 

tükətmiş  və    Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət 

idarəçiliyi, daxili siyasət, dövlət-vətəndaş münasibətləri iflasa uğrayırdı.  Ölkə 




 

102


vətəndaşları, milli, dini, ictimai və siyasi təşkilatları kütləvi hərəkatlara başlamışdılar ki, 

bu da Qərb ölkələri tərəfindən özlərinin antisovet fəaliyyətində  məharətlə istifadə 

olunurdu.  

ABŞ və onun Qərb müttəfiqləri SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən 

onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başlayırlar. 

1990-91-ci illərdə ABŞ sosializmin ərəb dünyasında  əsas müttəfiqlərindən biri 

olan  İraqı darmadağın edir,  Suriyadan, Əlcəzairdən, Misirdən, Tunis və Liviyadan isə 

SSRİ-ni tədricən sıxışdırır. 

1986-1989-cu illərdə ABŞ güclü diplomatik və siyasi təzyiqlərlə sovet 

qoşunlarının  Əfqanıstandan çıxarılmasına, bu ölkədə yaradılmış sosialist yönlü dövlət 

quruluşunun ləğv edilməsinə nail olur və beləliklə də,  bütün islam dünyasında SSRİ-nin 

nüfuzuna çox ciddi zərbə vurulur.  

Elə  həmin dövrdə ABŞ  və  Qərb dövlətləri SSRİ-nin  ənənəvi təsir dairəsi hesab 

olunan Xəzər regionuna daxil olmağa, bu hövzənin  əhəmiyyətli geostrateji nöqtələrini 

və zəngin karbohidrogen  sərvətlərini tədqiq etməyə başlayırlar. 

Bunun ardınca, Baltikyanı ölkələrdə,  Şərqi Avropada SSRİ-yə, sosializm 

quruluşuna qarşı  kütləvi çıxışlar başlanır və  dərhal  Qərbin  dəstəyini qazanır. Qısa 

zaman çərçivəsində SSRİ-nin  Şərqi Avropada əsas müttəfiqləri hesab olunan Polşa, 

Macarıstan, Çexoslovakiya, ADR, Rumıniya və başqa sosialist dövlətləri Qərbə  və 

demokratik dövlət quruculuğuna istiqamət götürürlər.  Bunun ardınca, ADR və AFR-in 

tarixi birləşməsi baş verir və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başlanır.  

Bütün bu proseslərə ABŞ və onun NATO üzrə müttəfiqləri rəhbərlik edirdi. 90-cı 

illərin əvvəlində qarşıdurmanın kəskinləşdiyi  və kim-kimi məsələsinin həll olunduğu bir 

zamanda, üçüncü qütb ölkələri də beynəlxalq münasibətlər sistemində öz varlığını 

nümayiş etdirməyə başlayırlar. Məsələ burasındadır ki, bəzi tədqiqatçılar və siyasi 

mərkəzlər «bitərəflər bloku»nu SSRİ-ABŞ qarşıdurmasının məhsulu hesab edərək, 90-

cı illərdə yeni birqütblü dünya siyasətinin formalaşması ilə bu qütbün də aradan 

çıxacağını proqnozlaşdırırdı. Lakin "bitərəflər» yaşadı  və sübut etdi ki,  «soyuq 

müharibə»nin məhsulu olaraq yaransalar da, onlar dünya siyasətində  və beynəlxalq 

münasibətlər sistemində möhkəm yer tutublar, öz mövqelərini heç kimə  təhvil vermək 

fikrində deyillər.  

«Bitərəflər» bloku bütün fəaliyyəti dövründə  hər iki qarşıduran blokdan müəyyən 

qədər məsafə saxladığı kimi, 90-cı illərdə ABŞ-ın tam birqütblü dünya siyasəti 

formalaşdırmaq cəhdinə də layiqli müqavimət göstərməyi bacardı. SSRİ-nin süqutundan 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə