Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə35/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   31   32   33   34   35   36   37   38   ...   229

 

89

məmnuniyyətlə yardım edirdilər. Bu yardımlar bir qayda olaraq, həmin ölkələrin 



rəhbərlərinin və geniş ictimaiyyətinin rəğbətini qazanmaq, onların  əks düşərgəyə 

meyllənməsinin qaşısını almaq məqsədi ilə göstərilirdi.  

“Bitərəflər” bloku 50-ci illərdən tədricən inkişaf edərək və genişlənərək öz 

tərkibinə Asiya və Afrikanın müstəmləkələrdən azad olmuş dövlətlərini qatır və 70-80-ci 

illərdə beynəlxalq münasibətlər sisteminin mühüm institutlarından, öz sözü, mövqeyi 

olan aktorlarından birinə çevrilirdi. Hərəkatın yaradıcıları olan  C. Neru (Hindistan), İosif 

Broz Tito (Yuqoslaviya), Abdel Naser (Misir), Əhməd Sukarno (İndoneziya) və başqaları  

milli-azadlıq və “bitərəflik” hərəkatının elə bir möhkəm ideologiyasını yaradırlar ki, bu 

hərəkat dünya siyasətinin aparıcı bir cərəyanına çevrilmişdir. 70-80-ci illərdə 

“bitərəflər”in sırasında artıq 80 ölkə mövcud idi və bu institut beynəlxalq aləmdə sülhün 

təmin olunması, beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulması, müstəmləkəçiliyə 

və irqçiliyə birdəfəlik son qoyulması, beynəlxalq münasibətlərin demokratikləşdirilməsi, 

ticarət-iqtisadi sərhədlərin  şəffaflaşdırılması  və sivil birgəyaşayış normalarının 

təkmilləşdirilməsi kimi qlobal məsələlərin həlli uğrunda mübarizə aparırdı.  

“Bitərəflər” hərəkatına bəslənən qarşılıqlı  rəğbət SSRİ-ABŞ qarşıdurmasını, 

xüsusən  hələ  də öz mövqeyini tam müəyyən edə bilməyən ölkələrin öz tərəfinə 

çəkilməsi uğrunda apardıqları mübarizəni bir an belə dayandıra bilmədi. Tərəfdarlar 

uğrunda SSRİ-ABŞ mübarizəsinin ilk toqquşması 40-50-ci illərdə əvvəl Çində, sonra isə 

Uzaq Şərq və Hind-Çin yarımadasında baş verdi. 

Yaponiya İkinci dünya müharibəsində məğlub olandan sonra Çində milli-azadlıq 

hərəkatı başlayır və yapon qoşunları bu ölkəni tərk edir. Çin faktiki olaraq, SSRİ-yə 

yaxın olan Mao Tszedunun və ABŞ-ın dəstəklədiyi Çan Kayşinin nəzarət etdiyi iki 

hissəyə parçalanır.  1949-cu ildə Mao qalib gəlir və Çini Xalq Respublikası  elan edir, 

Çan Kayşi isə Tayvana qaçır. Çin anti-imperialist mübarizəsində    SSRİ-ni 

dəstəkləyəcəyini bəyan edir.  Çinin ardınca vyetnamlılar fransız müstəmləkəçiliyinə 

qarşı  mübarizəyə başlayır,  dərhal SSRİ və Çindən kömək alır. 1950-ci ildə Moskvada 

SSRİ  və Çin arasında dostluq və Yaponiyaya qarşı birgə mübarizə haqqında saziş 

imzalanır.  

Koreya yarımadasında qarşıdurmanın dərinləşməsi bu yarımadanı 38-ci paralel 

üzrə iki yerə bölən və müvafiq olaraq öz nəzarətlərində saxlanan SSRİ  və ABŞ 

arasındakı münasibətləri kəskinləşdirir. 1948-ci ildə ABŞ  Cənubi Koreyada hökumət 

yaradır. SSRİ  dərhal  Şimali Koreyada eyni addım atır. Hər iki hökumət özünü bütün 




 

90

Koreyada hakimiyyət səlahiyyətlisi elan edir və bununla da  SSRİ-Çin birliyi ilə ABŞ 



arasında Koreya müharibəsi başlanır.  

Beləliklə, Uzaq Şərqdə Üçüncü dünya müharibəsinin başlanması  təhlükəsi 

yaranır. Dərhal BMT-nin Təhlükəsizlik  Şurası, ardınca isə sessiyası çağrılır.  Koreya 

münaqişəsinə 1953-cü ildə müzakirələr yolu ilə son qoyulur və bundan sonra 38-ci 

paralel üzrə Şimali və Cənubi Koreyanın iki dövlət halında mövcudluğu razılaşdırılır. Bu 

müharibə göstərdi ki, SSRİ-ABŞ qarşıdurması, silahlı münaqişə yolu ilə öz təsir 

dairələrini başqa  ərazilərə yaymaq indiki şəraitdə heç bir perspektivə malik deyil. 

Əslində Koreya müharibəsi başa çatandan sonra Çin də SSRİ ilə münasibətlərinə 

yenidən baxır və Mao özünün məşhur “Çin öz gücü və  öz  yolu  ilə inkişaf etməli, öz 

yolunu müstəqil müəyyən etməlidir” tezisini irəli sürür. Bu isə ölkəyə həm SSRİ, həm də 

ABŞ-la münasibətlərini öz maraqlarına uyğun qurmağa, onların qarşdurmasında 

vasitəyə çevrilməməyə imkan verir.  

Bütün bunlara baxmayaraq, öz qütbünü müstəqillik  əldə etmiş yeni dövlətlərin 

hesabına genişləndirmək,  onları dünya siyasətinə öz tərəfindən qatmaq və idarə etmək  

istəyi SSRİ-ABŞ qarşıdurmasını getdikcə gücləndirirdi.  İki ideoloji qütb arasındakı 

“soyuq müharibənin” növbəti hərbi toqquşması 1962-ci ildə Karib hövzəsində baş verir. 

Kubanın sosialist inkişafı istiqamətində  qəbul etdiyi qəti qərar və SSRİ-nin “qütbünə” 

keçməsi ABŞ-ı bu ölkəyə qarşı açıq hərəkətə sövq edir. Qısa müddətdə Amerikanın 

hərbi dəniz qüvvələri Karib hövzəsini işğal edir və Kubanı blokadaya alır. Kubanın 

köməyinə gələn SSRİ silahlı qüvvələrinin hissələri Karib ətrafında Amerika qoşunları ilə 

toqquşur. Yenə də BMT-nin səyi və beynəlxalq münasibətlər sisteminin ümumi gücü ilə 

bu konfliktin açıq müharibəyə keçməsinin qarşısı alınır. Qarşılıqlı güzəştlərə gedən hər 

iki tərəf bu konflikti dayandırır. 

1950-ci ildən başlayaraq SSRİ-ABŞ qarşıdurması həm də Yaxın Şərqdə və ərəb 

dünyasında kəskinləşir. Müharibədən sonra müstəqillik qazanmış  bəzi  ərəb 

dövlətlərində  hər iki düşərgə öz təsirini gücləndirmək, onların gələcək daxili və xarici 

siyasətinə istiqamət vermək üçün ardıcıl iş aparırdı. Hər iki blok o zaman üçün artıq 

müstəqillik qazanmış Liviya, Suriya, Misir, Livan, İraq uğrunda ciddi fəaliyyətə keçirdi. 

Həmin dövrdə  ərəb dünyası müstəmləkə rejimlərindən azad olmaq, suverenlik 

qazanmaq və milli dövlətlər yaratmaq mərhələsini yaşayırdı.  SSRİ və ABŞ tezliklə bu 

ölkələri və xalqları  ideoloji və sinfi qarşıdurmaya cəlb edərək, onları qlobal 

qarşıdurmanın mərkəzinə çevirirdi.  O dövrə  qədər Avropanın aparıcı dövlətlərinin – 

İngiltərə, Fransa, İtaliya və Almaniyanın müstəmləkəsi olan  bu regionda, tezliklə Şərq-



 

91

Qərb çəkişmələri meydana gəlir. Əlbəttə, bu qarşıdurma ərəblərə tam birləşməyə və öz 



inkişaflarını müstəqil müəyyən etməyə  mane olsa da,  müstəqil dövlətlərini yaratmaq və 

beynəlxalq aləmdə tanınmaq şəraiti qazandırdı.  

1945-ci ildə İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Misir və Yəmən 

Ərəb Dövlətləri Liqasını yaradır, SSRİ-nin dəstəyi ilə müstəqil dövlət quruculuğuna 

başlayırlar.  60-70-ci illərdə Liqaya o dövr üçün müstəqillik qazanmış, lakin müvafiq 

olaraq ABŞ, Fransa və  İngiltərənin köməyi ilə dövlət quruculuğuna başlayan  Əlcəzair, 

Bəhreyn, Qətər, Küveyt, Mavritaniya, Mərakeş, Tunis, Somali, Sudan, Ərəb  Əmirlikləri 

və s. dövlətlər də daxil olurlar. 

Həmin dövrdə  Fələstini birləşdirmək və müstəqil dövlətə çevirmək mümkün 

olmur. SSRİ və ABŞ-ın mövqeləri bu ərazidə ciddi toqquşur. 1947-ci ildə BMT işə qarışır 

və Fələstin iki yerə - ərəb və yəhudi hissələrinə bölünür. Beləliklə, Yaxın Şərq problemi  

- İsrail və Fələstin çəkişməsinin əsası qoyulur.  1967-ci ildə İsrail Fələstin torpaqlarının  

digər qismini işğal edir və Misir, Suriya, İordaniya ilə müharibəyə başlayır.  Əlbəttə, 

bütün bu qarşıdurmaların arxasında Qərb və  Şərqin kəsişən, toqquşan maraqları 

dayanırdı. Ərəblər və yəhudilər isə bu münaqişələrdə vasitə kimi istifadə edilirdi.  

Ərəb dünyası    həm SSRİ, həm də ABŞ üçün çox böyük iqtisadi, siyasi və 

geosiyasi  əhəmiyyət kəsb edirdi. Yaxın  Şərq isə  İslam infrastrukturunun və 

sivilizasiyasının mərkəzi kimi regional və qlobal siyasətdə   mühüm faktor kimi çıxış 

edirdi. Bu ölkələrlə yaxınlıq, onların üzərində təsirə malik olmaq dəstəyini qazanmaqla 

bloklararası mübarizədə böyük əhəmiyyət kəsb edirdi. Bundan başqa, regionun zəngin 

neft yataqları, okeanlara və dənizlərə çıxışı, əhəmiyyətli geosiyasi mövqeyi və mühüm 

insan resurslarına malik olması da nə Qərbi, nə də ki, Şərqi biganə qoya bilməzdi. 

SSRİ bu bölgədə, ümumən müstəmləkə rejimlərindən xilas olmuş Yaxın və Orta 

Şərqdə sosialist yönümlü  hökumətlər yaratmağa və bu yolla onları öz təsirində 

saxlamağa çalışırdısa, ABŞ bu ölkələrdə monarxiya və nüfuzlu tayfa-nəsil 

hakimiyyətlərini dəstəkləyirdi. ABŞ öz siyasətini bu bölgədə  əsasən  İsrail, Səudiyyə 

Ərəbistanı, Misir, Küveyt və İran vasitəsilə reallaşdırırdı. SSRİ-nin əsas müttəfiqləri isə 

İraq, Suriya, İordaniya, Livan və Liviya idi.  

Şərq-Qərb qarşıdurmasının və beynəlxalq münasibətlər sisteminin mühüm 

faktoru bu illərdə bloklararası silahlanma yarışı, kütləvi qırğın silahlarının yeni-yeni 

növlərinin istehsalı, raket və atom texnologiyalarının hərbi sahəyə  tətbiqi hesab oluna 

bilər. Bu faktor 60-80-ci illərdə  bəşəriyyəti daha çox narahat edirdi.  Odur ki, ayrı-ayrı 

regional münaqişələr, hansısa kiçik dövlətlərin bir-biri ilə müharibə aparması ilə 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə