Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə43/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   39   40   41   42   43   44   45   46   ...   229

 

110


Müasir dövlətlər  dünyada təsir zonalarını genişləndirmək, öz siyasi mənafelərinə 

uyğun olaraq dövlətlərin idarəçilik rejimlərini dəyişmək məqsədi ilə dövlət terrorizmindən 

istifadə edirlər. BMT Təhlükəsizlik  Şurasının 28 sentyabr 2001-ci il tarixli 1373 saylı 

qətnaməsi ilə müasir terrorizm, yaxud hər hansı məqsədlər üçün həyata keçirilən belə 

aktlar  beynəlxalq cinayət kimi qiymətləndirilmiş  və onun qarşısının alınması üçün 

tədbirlər düşünülmüşdür. Belə  tədbirlər sırasında Böyük Britaniyaya məxsus sərnişin 

təyyarəsinin Liviya vətəndaşları  tərəfindən partladılmasına cavab olaraq qəbul edilmiş 

beynəlxalq sanksiyaları misal çəkmək olar. 

Hazırda dünyada ABŞ başda olmaqla anti-terror koalisiyası formalaşmışdır. Bu 

koalisiyaya daxil olan ölkələr bütün dünyada terrorizmlə mübarizə aparmaq məqsədilə  

öz səylərini birləşdirmiş, vahid anti-terror mübarizəsi mexanizmləri yaratmışdır. Düzdür, 

hələ  də anti-terror mübarizəsində tam ədalətli və obyektiv mühit formalaşmamışdır və 

bəzən terrora dəstək verən ölkə ilə terror qurbanı  hesab olunan ölkələrin 

qiymətləndirilməsi subyektiv faktorlarla müəyyənləşir. Bundan başqa, anti-terror 

koalisiyasının  başında duran ABŞ  bəzən bu prosesdə terrora qarşı  təsirli mübarizə 

təşkil etmək əvəzinə, özünə rəqib hesab etdiyi dövlətlərlə haqq-hesab çəkmək, onların 

suveren daxili siyasətinə  və dövlət idarəçiliyinə əsassız müdaxilə etmək kimi beynəlxalq 

hüquqa zidd hərəkətlər edir. Yaxud bütün fəaliyyəti dövründə Ermənistan dövləti 

tərəfindən himayə edilən, anti-türk-anti-azərbaycan qanlı terror aksiyaları həyata keçirən 

«ASALA» erməni  terror təşkilatına  və onu yaradan Ermənistana qarşı heç bir əməli iş 

görmək istəmir. Nəzərə alınsa ki, «ASALA» anti-türk-anti-azərbaycan  terror 

aksiyalarında dəfələrlə üçüncü dövlətlərin də ərazilərindən istifadə etmişdir, bu təşkilatın  

beynəlxalq terrorizmlə məşğul olması heç kimdə şübhə doğurmaz. 

Göründüyü kimi, terrorizm müasir dünyada  mövcud olan  digər münaqişələr kimi 

beynəlxalq hüquq normalarına, sivil birgəyaşayış qaydalarına  ən çox təhlükə törədən 

neqativ reallıqlardır. Müasir beynəlxalq münasibətlər və dünya siyasətində bu hallarla 

mübarizə  aparılsa da, müəyyən subyektiv səbəb və yanaşmalara görə hələ də effektiv 

nəticə əldə edilməmişdir. Odur ki, həm dövlət  terrorizmi, həm də fərdi terrorizm bu gün 

bu və ya digər vəzifələrin reallaşdırılması vasitəsi kimi geniş istifadə olunur və insanlara 

fəlakətlər gətirir. Belə terror aksiyalarının bir qismi, elə dünyada mövcud olan 

ədalətsizliklə mübarizə vasitəsi, anti-terror koalisiyası üzvü olan  dövlətlərin həyata 

keçirdiyi ədalətsiz daxili və xarici  siyasətə etiraz forması kimi meydana çıxır. 

Müasir beynəlxalq münasibətlər və dünya siyasəti çox mürəkkəb bir sistemdir. Bu 

sistemdə  iştirak edən aktorların (fəaliyyətdə olan subyektlərin) sayı getdikcə artır və 




 

111


genişlənir. Əgər Vestfal sistemindən başlanmış XXI əsrin başlanğıcına kimi beynəlxalq 

qarşılıqlı əlaqələrin iştirakçısı kimi əsasən dövlətlər və onların koalisiyası  çıxış edirdisə, 

müasir dövrdə bu əlaqələrin aktorlarının sayı getdikcə artır. Bunların sırasında 

beynəlxalq qurumlar, hökumətlərarası  və qeyri-hökumət təşkilatları, transmilli 

korporasiyalar və dövlətdaxili regionlar xüsusi fərqlənir. Bu aktorlar XX əsrin sonu -  XXI 

əsrin əvvəllərində dünya arenasında milli dövlətləri getdikcə sıxışdıraraq strateji rıçaqları 

öz əlinə alır. Bu qurumlar müasir dünyada həm pozitiv, həm də neqativ rol (beynəlxalq  

terror, narkobiznes, dini fanatizm və s.) oynayaraq milli dövlətlərlə birlikdə beynəlxalq 

münasibətlər, beynəlxalq hüquq və qloballaşmanın əsas aktorlarına  çevrilirlər. Beləliklə, 

beynəlxalq aləm  əvvəllər dövlətlərarası qarşılıqlı  fəaliyyətlə  məhdudlaşırdısa, indi 

beynəlxalq münasibətlər tərkibinə görə son dərəcə mürəkkəb bir aktorlar sistemindən 

ibarətdir.  

Müasir beynəlxalq münasibətlərin əsas aktorlarından biri beynəlxalq dövlətlər və 

hökumətlərarası    təşkilatlar (BHAT) hesab olunur. Bu təşkilatların yaranması dünyanı 

lərzəyə salmış İkinci dünya müharibəsindən sonra başlanmış və dövlətlərin qarşısında 

duran ümumi beynəlxalq  problemlərin həllinə yardım etmək vəzifəsi daşımışdır. Milli 

dövlətlər tərəfindən beynəlxalq müqavilə  əsasında yaradılan,  bütün üzv ölkələr üçün 

vahid beynəlxalq hüquq normalarının və qarşılıqlı  fəaliyyət prinsiplərinin 

formalaşmasında bilavasitə  iştirak etmiş  və beynəlxalq qaydaların mənbəyi hesab 

olunan ilk belə təşkilat Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab olunur.  

Hökumətlərarası  təşkilatların üzvləri milli dövlətlərdir. Hər bir dövlət könüllü 

şəkildə bu qurumlara qoşulmaqla dünyada gedən  proseslərdə    iştirak etmək, öz milli 

maraqlarını reallaşdırmaq və beynəlxalq haqlarını qorumaq məqsədi güdür. 

Dünya tarixinin son 50-55 ilində  bu təşkilatların sayı və çəkisi diqqətə çarpacaq 

dərəcədə artaraq,  beynəlxalq münasibətlərin  ən mühüm bir aktoruna çevrilmişdir. 

Tədqiqatçılar BHAT-ların inkişafını bir neçə amillə izah edirlər.  Əvvəla, müasir 

konfliktlərin və  müharibələrin bəşəriyyət üçün nə  qədər təhlükəli və insanlıq üçün nə 

qədər faciəli olduğunu dərk edərək,  dövlətlər onların qarşısını ala biləcək sistemin 

yaradılmasına hamılıqla ehtiyac duyurlar. Odur ki, beynəlxalq sülhün qorunması  və 

kollektiv təhlükəsizliyin təmin olunması ehtiyacı BHAT-ların yaranmasının  əsas 

səbəblərindən biri kimi qiymətləndirilir. Son illərdə beynəlxalq iqtisadi inkişaf,  əmək 

bölgüsü, qarşılıqlı  əlaqələrin və bazar iqtisadiyyatı münasibətlərinin getdikcə 

dərinləşməsi, qlobal və regional səviyyədə  BHAT-ların yaranmasını  şərtləndirən  əsas 

amillərdən ikincisi hesab olunur. Bir ölkə  çərçivəsində  həlli getdikcə  çətinləşən 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə