Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə44/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   40   41   42   43   44   45   46   47   ...   229

 

112


problemlərin (ekoloji, informasiya texnologiyaları, atom enerjisi və ondan istifadə 

problemləri, ümumsağlamlıq məsələləri və s.) meydana çıxması  və bu istiqamətdə 

fəaliyyətlərin koordinasiyaya ehtiyacı, müstəmləkə sistemlərinin dağılmasından sonra 

yaranmış yeni dövlətlərin dünya siyasətinə qatılması  və onların gələcək fəaliyyətinin 

istiqamətləndirilməsi və s. səbəblər də BHAT-ların yaranması və inkişafını şərtləndirən 

amillər kimi qiymətləndirilir. 

BHAT-lar müasir beynəlxalq münasibətlərin mühüm amili kimi dövlətlərarası 

əlaqələrin müxtəlif istiqamətlərini  əhatə edən – siyasi, iqtisadi, hərbi, sosial, mədəni, 

informasiya, ekoloji və s. problemlər ilə  məşğul olurlar. Bunların  sırasında da BMT, 

ATƏT kimi universal təşkilatlarla yanaşı, Beynəlxalq Səhiyyə  Təşkilatı (BST), 

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), YUNESKO (Mədəni  İrsin Qorunması üzrə 

Beynəlxalq Təşkilat) və s. kimi konkret sahələrlə  məşğul olan funksional BHAT-lar  

mövcuddur. Bu təşkilatlar getdikcə milli dövlətlərdən öz asılılıqlarını azaldaraq, müstəqil 

şəkildə fəaliyyət göstərir və beynəlxalq aləmdə əhəmiyyətli təsir gücü olan mərkəzlərə 

çevrilirlər. Hətta  BHAT-ları təsis edən milli dövlətlərlə bu təşkilatların maraqları üst-üstə 

düşməyə bilir və bu halda BHAT-ların çıxardığı qərarlar dövlətlər tərəfindən qəbul edilir. 

Bundan başqa, ərazi prinsipi ilə yaradılmış regional BHAT-lar da mövcuddur ki, bunlar 

da həm universal (Afrika Birliyi Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, İslam 

Konfransı Təşkilatı və s.), həm də funksional (məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq 

Təşkilatı, NATO, Avropa Şurası və s.) xarakter daşıyırlar. 

Hazırda BHAT-lar dövlətlərin beynəlxalq proseslərdə  iştirakını  təmin etməklə 

yanaşı, danışıqlar yolu ilə müxtəlif ölkələrin mövqelərinin uzlaşdırılması, üzv dövlətlərin 

daxili və xarici siyasətində əsas prinsiplərin müəyyən edilməsi, onlara əməl olunmasına 

nəzarət, qlobal proseslərin qarşısının alınması  məqsədilə üzvlərin səylərinin 

birləşdirilməsi və s. məsələlərlə yaxından məşğul olurlar. 

BHAT-lar beynəlxalq münasibətlərin vəziyyəti, tendensiyası  və  əsas 

problemlərinə müvafiq olaraq yeniləşir və  dərinləşir.  Əgər soyuq müharibə  və ideoloji 

qarşıdurma dövründə bu qurumlar o dövrün reallıqları  çərçivəsində öz fəaliyyətini 

planlaşdırırdısa, ikiqütblü sistemin dağılmasından sonra öz iş istiqamətini dəyişmək 

məcburiyyəti qarşısında qaldılar. Yeni dünya nizamının  əsas problemi hesab olunan 

beynəlxalq terrorizm, etnik separatçılıq hərəkatlarının güclənməsi, iqtisadi və sosial 

bərabərsizliyin artması, demokratiya, demoqrafiya və miqrasiya məsələləri, insan 

hüquqları kimi dəyərlərin aparıcı tendensiyaya çevrilməsi və s. kimi müasir proseslər  

BHAT-ları da öz fəaliyyətlərinə yenidən baxmağa sövq edib.  




 

113


Hazırda dünya ictimai rəyində BHAT-larla milli dövlətlərin qarşılıqlı səlahiyyət və 

mənafe fərqləri geniş müzakirə olunur. BHAT-ların tələblərinin bəzən milli dövlət 

maraqlarına zidd olması, dövlətlərin daxili həyatına müdaxilə etməsi və s. kimi  

problemlər, dəyişən dünyanın  tələblərinə müvafiq olaraq BHAT-ların yeniləşməsi və 

müasir dünya nizamına transformasiya olunması  zərurəti dünya siyasətçilərini və 

politoloqlarını    düşündürən  əsas məsələlərdəndir. Məsələn, son illərdə Yaponiya və 

Almaniya kimi böyük  və qüdrətli dövlətlər BHAT-ların, xüsusən BMT kimi təşkilatların 

yenidən qurulması,  bu dövlətlərin statusuna bir daha baxılması kimi tələblər qoyur. 

Digər tərəfdən,  Afrika, Latın Amerikası  və müsəlman dünyası da BMT Təhlükəsizlik 

Şurasında təmsilçilik tələb edirlər.  Eyni zamanda, BHAT-larda ayrı-ayrı dövlətlərin 

mövqeyinin və təsir gücünün fərqli olması,  bu təşkilatların çıxardığı qərarların icrasında 

yol verilən müxtəlif standartlar və s. kimi məsələlər də müasir dövrün əsas problemi kimi 

müzakirə olunur. Əslində böyük dövlətlər, xüsusən ABŞ, Rusiya, Çin, Fransa və 

İngiltərə  kimi    BMT  Təhlükəsizlik  Şurasının daimi üzvləri  BHAT-ları istədikləri kimi  

yönəldir, onların fəaliyyətini öz maraqlarına uyğunlaşdırırlar. Bu dövlətlər  BHAT üzvü 

olan digər dövlətlərin  problemlərinə, milli mənafelərinə yalnız öz maraqları  

çərçivəsində yanaşırlar. 

Müasir beynəlxalq  münasibətlərin  əsas və yeni aktorlarından biri də qeyri-

hökumət təşkilatlarıdır (QHT). Bu təşkilatlar həm beynəlxalq, həm də lokal statusla  

BHAT-larla bərabər müasir dünya siyasətində mühüm mövqeyə malikdirlər.  

Əgər 1950-ci ildə beynəlxalq münasibətlər sistemində  cəmi 100 dövlət, 

hökumətlərarası və dövlətlərarası təşkilat iştirak edirdisə, 1996-cı ildə onların sayı 300-

dən artıq olmuşdur. 1952-ci ildə bu sistemdə 1000, 1996-cı ildə isə 6000 qeyri-hökumət 

təşkilatı    iştirak edir. Hazırda qeyri-hökumət təşkilatları beynəlxalq və milli siyasətin  

formalaşması  və  həyata keçirilməsində, qlobal və lokal məsələlərin həllində  nəinki 

iştirak edir, həm də dövlətləri, hökumətlərarası  və beynəlxalq təşkilatları    onlarla 

hesablaşmaq məcburiyyətində qoyur. Müasir dünyada qeyri-hökumət təşkilatları, bir 

qayda olaraq,  öz sahə maraqlarından çıxış edərək bəzən nəinki ayrı-ayrı dövlətlərə, 

ümumən beynəlxalq aləmə də ciddi problemlər yaradırlar. Məsələ ondadır ki, BHAT-ları 

beynəlxalq hüquq normaları, qarşılıqlı  vəzifə  və öhdəliklərlə müəyyən qədər  idarə 

etmək mümkün olduğu halda, qeyri-hökumət təşkilatlarının fəaliyyətini  tənzimləmək və 

yönəltmək çox çətindir. QHT-lər  BHAT-lara nisbətən sayca daha çox, daha 

rəngarəngdir və daha geniş mənafelərə xidmət edirlər. Müasir politologiyada QHT-lərin 

təsnifatında daha çox beynəlxalq qeyri-hökumət təşkilatlarını (BQHT), transmilli 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə