Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə45/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   41   42   43   44   45   46   47   48   ...   229

 

114


korporasiyaları (TMK) və dövlətdaxili regional qeyri-hökumət birliklərini xüsusi 

fərqləndirirlər.  

Müasir dünya siyasətində  və beynəlxalq münasibətlərdə  rəyi və mövqeyi daha 

tez-tez nəzərə alınan QHT-lər  sırasında beynəlxalq QHT-lər xüsusi seçilir. BQHT-lərin 

fəaliyyəti,  bir qayda olaraq,  dünyanın əksər ölkələrinin daxilində  və beynəlxalq aləmdə 

müşahidə  olunur. Bu təşkilatlar hökumətlərarası müqavilə  əsasında deyil, ictimai 

birliklərin, ayrı-ayrı  təşəbbüskar insanların  könüllü birliyi əsasında yaranır. BQHT-lər 

əsasən funksional əsaslarda (sahə prinsipi üzrə) yaranır və müəyyən konkret 

problemlərlə məşğul olurlar. 

Məsələn, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti (humanitar), Beynəlxalq Olimpiya 

Komitəsi (idman), Katolik Dini İcması, Qafqaz Müsəlmanları  İdarəsi (dini), Beynəlxalq 

Siyasi Elmlər Assosiasiyası (peşəkar), Beynəlxalq Qrinpis Cəmiyyəti (ekoloji), transmilli 

korporasiyalar (iqtisadi) və s. təşkilatlar  müəyyən konkret sahələrdə  fəaliyyət 

göstərirlər.    Bu  təşkilatlar istər ayrıca götürülmüş bir dövlətin daxili siyasətini, istər 

dövlətlər birliyinin, istərsə də,  ümumən dünya siyasətinin formalaşmasında mühüm rol 

oynayırlar. Dünya ictimai rəyində BQHT-lərin nüfuzu və reytinqi milli hökumətlərə 

nisbətdə  beş dəfə, kütləvi informasiya vasitələrinə nisbətdə doqquz dəfə yüksəkdir. 

BQHT-lər BMT-nin Nizamnaməsinin yaranması  və sonrakı  əsas sənədlərinin 

qəbul edilməsində mühüm rol oynamış  və bu təşkilatın  fəaliyyətində bu gün də 

yaxından iştirak edirlər. 

BQHT-lərin  ən mühüm formalarından biri transmilli korporasiyalardır (TMK). Bu 

təşkilatlar biznes məqsədilə yaradılmış, fəaliyyəti dünyanın ayrı-ayrı region və 

dövlətlərini əhatə edən, çoxsaylı milli və beynəlxalq kommersiya təşkilatlarını tərkibində  

birləşdirən iri iqtisadi birliklərdir. Hazırda dünyada 53 mindən çox TMK fəaliyyət göstərir 

və bütün dünyada istehsal olunan ümumdaxili məhsulun böyük hissəsi məhz bu 

qurumların payına düşür.  

TMK-lar müasir dünya siyasətinin (xüsusən iqtisadi, sosial, maliyyə-bank, ticarət, 

iqtisadi, qanunvericilik və gömrük-vergi) formalaşması, bütün ölkələrdə 

universallaşdırılması və  həyata keçirilməsində ən mühüm rol oynayırlar.  Bu qurumlar 

dünyada münaqişələrin həll edilməsi, təhlükəsiz biznes mühitinin yaradılması, sosial 

problemlərin həlli, gərginliyin azaldılması  və s. qlobal siyasətin formalaşmasında da 

mühüm rol oynayır. TMK-lar həm milli dövlətlərə, həm BHAT-lara, həm də dünya ictimai 

rəyinə  təsir etmək üçün QHT-lərə sponsorluq edir, onların vasitəsilə öz maraqlarını 

həyata keçirirlər.  




 

115


Müasir beynəlxalq münasibətlərə  təsir göstərən və onun inkişafında mühüm rol 

oynayan aktorlardan biri də kütləvi informasiya vasitələridir (KİV). KİV-lər də QHT-lər 

kimi beynəlxalq və lokal olmaqla iki qrupa ayrılırlar. Müasir beynəlxalq və regional 

münasibətlərdə, xüsusən dünya ictimai rəyinə təsir baxımından KİV-in rolu tədqiqatçılar 

tərəfindən çox yüksək qiymətləndirilir. 

Beləliklə, müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin qısa təhlili 

göstərir ki, üçüncü minilliyin astanasında planetimizdə baş verən hadisələr, təzahür 

edən  proseslər, dövlətlərarası  əlaqələrin səciyyəvi xüsusiyyətləri, dünyada həyata 

keçirilən qarşılıqlı təmaslara cəlb olunmuş aktorların çoxsaylılığı və s. məsələlər  tarixin 

indiyədək tanış olduğu bütün keçmiş sistemlərdən köklü surətdə fərqlənir.  İstər qədim 

dünya və orta əsrlərdə dövlətlər arasında mövcud olan beynəlxalq  münasibətlər, istər 

kapitalizm və müstəmləkə imperiyalarının çiçəkləndiyi XVII əsrin sonu – XX əsrin 

əvvəllərində, istərsə də bəşər tarixinin 1917-1990-cı illərdə yaşadığı ideoloji qarşıdurma  

dövründə beynəlxalq münasibətlər və dünya siyasəti bugünkü qədər mürəkkəb və 

ziddiyyətli olmamışdır.  

Müstəqil və  bərabərhüquqlu dövlətlərin, beynəlxalq hökumətlərarası  və qeyri-

hökumət təşkilatlarının iştirak etdiyi müasir beynəlxalq münasibətlər bir tərəfdən 

beynəlxalq hüquq normalarına söykənərək,  sivil-birgəyaşayış qaydalarına cavab verən 

yeni dünya nizamını  təlqin edir, digər tərəfdən,  bu nizamda rəhbər və dünya 

siyasətində hegemon olmaq uğrunda mübarizə aparan yeni-yeni mərkəzlər (dövlətlər) 

öz iddialarını ortaya qoyur. XXI əsrdə dünyada hegemonluq uğrunda mübarizə əsasən 

bir ideya və bayraq altında aparılır ki, bunun da müasir adı “qloballaşma”dır. Məhz  belə 

bir vəziyyətdə -  riyakarlığın, qeyri-səmimi və  fərqli standartlı yanaşmanın hakim 

kəsildiyi müasir  dünya siyasəti  şəraitində dövlətlərin, xüsusilə beynəlxalq proseslərdə 

hələ kifayət qədər öz yerini tutmamış  və milli maraqlarını  təmin etməmiş ölkələrin 

yaşamaq uğrunda mübarizəsi ön plana çıxır. Bu gərgin, mürəkkəb və ziddiyyətli 

proseslərdə  öz dövlətinin mövcudluğunu, suveren hüquqlarını,  əhalisinin firavan və 

təhlükəsiz yaşayışını  təmin etmək və  gələcək nəsillərə ötürmək üçün hərtərəfli 

düşünülmüş, bütün incə  məqamları  nəzərə alan xarici siyasət kursu həyata keçirmək  

tələb olunur.  



 

 

 

 


 

116


2. YENİ DÜNYA NİZAMININ YARANMASI VƏ ONUN MAHİYYƏTİ 

 

XX  əsrin sonu - XXI əsrin  əvvəllərində dünyada baş verən köklü siyasi 

proseslərin, beynəlxalq münasibətlər və beynəlxalq  hüququn məzmun və mahiyyətinin, 

dünya siyasətinin ənənəvi prinsiplərinin radikal dəyişikliklərə məruz qalmasının, planetin 

siyasi həyatının  əsas subyektləri olan milli dövlətlərin öz suveren hüquqlarından 

tədricən məhrum edilməsinin və dünyanın yeni nizamının yaranmasının üç əsas 

determinantı (səbəbkarı) vardır. Bunlar: 1) Qloballaşmanın bütün dünyanı əhatə etməsi 

və  bəşəriyyətin “millət-dövlət-vətəndaş” prinsiplərinə  tədricən meydan oxuması; 2) 

Dövlətlərarası inteqrasiyanın insanlığın sosial sifarişi kimi beynəlxalq münasibətlərin 

gündəliyinə  çıxması; 3) Dünya siyasətinin transmilliləşməsi, beynəlxalq  münasibətlər, 

beynəlxalq hüquq və beynəlxalq davranışın  əsasına demokratiya, vətəndaş  cəmiyyəti 

prinsiplərinin, insan hüquq və azadlıqlarının qoyulması  və bu normaların 

hökumətlərarası, qeyri-hökumət aktorları    tərəfindən milli dövlət qurumlarının 

inhisarından çıxarılması, dövlətin suveren hüquqlarının yeni aktorlar hesabına  

məhdudlaşdırılmasından ibarətdir.  

Hər üç determinant nisbətən müstəqil  şəkildə  cərəyan etsə  də, müasir dünya 

siyasətinin və beynəlxalq münasibətlərin vahid tendensiyası  çərçivəsində  bir-birini 

tamamlayır. Çünki hər hansı proses bir tərəfdən inkişafla, qloballaşma ilə bağlı təzahür 

edirsə, o biri tərəfdən bu prosesə  rəhbərlik  edən qeyri-hökumət təşkilatlarının, yaxud 

digər aktorların rolu nəticəsində reallaşır. 

Bu gün bəşəriyyətin sabit və fasiləsiz inkişafının təmin edilməsi vəzifəsi dövlətlər, 

xalqlar, insan cəmiyyətləri  və digər birliklər qarşısında qlobal və  məhəlli problemlərin 

həllinin tapılması, indiki və  gələcək nəsillərin təbii və sosial təhlükələrdən qorunması, 

sivil birgəyaşayış normalarının bərqərar olunması  və digər strateji məsələlərin həllini 

tələb edir. Özlərinin inkişaf strategiyasını reallaşdırmaq üçün insanlar təbii proseslərə 

müdaxilə edərək planlar cızır, proqramlar hazırlayır, gələcəyin modelini  tərtib edir, alına 

biləcək nəticələri proqnozlaşdırır. Arzu olunan gələcəyin obrazını  əsaslandırmaq, ona 

çatmağın yollarını müəyyən etmək işində insanların, xalqların, millətlərin və dövlətlərin 

yolları ayrılır.  İnsan birlikləri, xalqlar, dövlətlər gələcəyin modelini və ona çatmağın 

yollarını öz mənafelərinə uyğunlaşdırmağa çalışdığından dünya nizamının müxtəlif 

variantları, arzu edilən və mümkün modelləri meydana çıxır.  

Optimal və hamı üçün məqbul hesab olunan dünya nizamını düşünmək, ona 

çatmağın universal yollarını tapmaq çox çətin vəzifədir. Çünki dünyada mövcud olan 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə