Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə48/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   44   45   46   47   48   49   50   51   ...   229

 

123


yaxınlaşması, iqtisadi, siyasi  inteqrasiyaya daxil olması, milli sərhədlərin getdikcə 

şəffaflaşdırılması. 

XX  əsrin 70-ci illərindən başlayaraq getdikcə güclənən ikinci meyl (inteqrasiya) 

bəşəriyyəti yeni-yeni  modellər, forma və metodlar axtarmağa, dövlətlərarası əlaqələrin 

intensivləşməsinə cavab verən addımlar atmağa məcbur edir.  Artan iqtisadi, ticarət və 

texnoloji mübadilə ehtiyacı ölkələri vahid bloklarda, daha şəffaf sərhədlər çərçivəsində 

fəaliyyət göstərməyə sövq edir ki, bu da dünyanın qloballaşmasına, vahid iqtisadi 

məkanın formalaşmasına təkan verir.  

90-cı illərdə SSRİ-nin və sosializmin süqutu planetdə ideoloji qarşıdurmaya son 

qoyur və o vaxta qədər daha çox müvəffəqiyyət qazanmış liberal dəyərlərin, bazar 

iqtisadiyyatı münasibətlərinin və  Qərb inkişaf modelinin bütün dünyaya yayılmasına 

şərait yaradır.  Bu da müvafiq olaraq Qərb ölkələrini təmsil edən transmilli 

korporasiyaların  əl-qolunu açır, bütün dünyada iqtisadi əlaqələrin intensivləşməsinə 

şərait yaradır. Beləliklə, qloballaşma yavaş-yavaş sürət götürür və  qısa bir zaman  

kəsiyində vüsət alır.  

Qloballaşma prosesləri XXI əsrin  başlanğıcından bütün dünyada daha da 

sürətlənmişdir. Bu proses dövlətlərin iqtisadi, siyasi, sosial-mədəni və informasiya 

həyatında bir-birindən qarşılıqlı asılılığı bir qədər də gücləndirmişdir. 

Göründüyü kimi,  qloballaşma planetin obyektiv inkişafından doğaraq, son illərdə 

dövlətlər və xalqlar arasında müəyyən faktorlardan asılı olaraq vahid iqtisadi, 

informasiya və əmək standartlarının yaranması, insan və maddi resursların, maliyyə və 

texnoloji imkanların bölünməsi nəticəsində meydana gəlmişdir. Qloballaşma kimin ona 

necə münasibət bəsləməsindən asılı olmayaraq qarşısıalınmaz prosesdir, bəşəriyyətin 

müasir inkişaf tendensiyasının nəticəsidir. Hazırda bütün dünyada vahid maliyyə, 

təsərrüfat, nəqliyyat, rabitə, texnologiya, investisiya, informasiya məkanı  və sistemi 

yaranıb. Dünya təsərrüfat sisteminin liberallaşması, investisiyaların qarşılıqlı qorunması, 

gömrük, vergi sistemlərinin universallaşdırılması və standartlaşdırılması elə həddə çatıb 

ki, milli və etnik sərhədlər tam aradan qalxmaq üzrədir.  

Dünyada mövcud olan böyük beynəlxalq  korporasiyalar bütün özəl sektorun 

aktivlərinin  üçdə birindən çoxunu öz əlində cəmləyiblər. Yaxud əmək və resurs bölgüsü 

elə vəziyyətə gəlib ki, bütün dünya bir neçə bəlli ölkənin nəqliyyatından,  başqa  bir neçə 

ölkənin yanacaq resurslarından, üçüncü qrup ölkənin tələbat mallarından istifadə edir. 

Bir sözlə,  yaxşı  və yaxud pis olmasından asılı olmayaraq, qloballaşma insanların 



 

124


həyatına  sənayeləşmə, kosmosu fəth etmə, elektron cihazlardan  istifadə ilə daxil 

olmuş təbii bir prosesdir.  

Əlbəttə, qloballaşmadan  eyni zamanda həm itirənlər, həm qazananlar, həm razı 

qalanlar, həm də narazılar olur. Bir vaxtlar yeni texnologiya əsasında  qurulmuş nəhəng 

zavodlar inkişaf etmiş dövlətlərə kapital, yeni iş yerləri,  əhaliyə firavan güzəran vəd 

edirdisə, sonradan məlum oldu ki, bu həm də özünəməxsus problemlər yaratmışdır. 

Xüsusən   təbii insan artımının zəifliyi üzündən bu nəhəng  müəssisələrdə işləmək üçün 

üçüncü dövlətlərdən miqrasiya olunmuş    əhali  həmin ölkələrdə özünəməxsus sosial, 

milli və  mənəvi problemlər  doğururdu.  Əhalinin milli tərkibi  dəyişir, dövlətin sosial 

təminat sisteminin miqrantlara tətbiqi zərurəti baş qaldırır, yerli xalqlarla miqrantlar 

arasında problemlər özünü göstərir və s.  

Bundan başqa, nəhəng sənaye müəssisələrini işlətmək üçün xaricdən xammal 

idxal olunur, prosesin  istehsal tullantıları  və ziyanlı ekoloji  təsiri müvafiq olaraq yerli 

əhalini narahat edirdi.  Hazırda isə belə müəssisələr üçüncü ölkələrdə qurulur, onların 

yerli xammalı, ucuz işçi qüvvəsi elə yerindəcə istehsala cəlb olunur, ziyanlı ekoloji təsir, 

istehsalat tullantıları  və s. isə transmilli korporasiyaları daha az narahat edir. Nəzərə 

alınsa ki,  həmin müəssisələr  beynəlxalq hüquq normaları ilə qorunur, məhsul bütün 

dünyada satılır və qazanc nağd pulla sahibkara çatır, deməli,  bu prosesdən daha çox 

sahibkar qazanır.  

O ki qaldı  nəhəng müəssisələrin qurulduğu üçüncü ölkələrə, onların da bu 

prosesdən həm xeyri, həm də ziyanı olur. Onlar bu müəssisələrlə özlərinin işsizlik 

problemini həll edir, müəyyən vergilər alır və ölkəsinin sosial-iqtisadi vəziyyətini 

yaxşılaşdırır,  əvəzində isə  əhalisinin  ənənəvi yaşayışı pozulur, ziyanlı ekoloji, ideoloji, 

informasiya və s. təsirlərə məruz qalır.  

Beləliklə, müasir dünya nizamını xarakterizə edən  əsas tendensiyalardan biri 

qloballaşmanın vüsət alması və qarşısıalınmaz prosesə çevrilməsi, digəri isə bu prosesi 

daha təhlükəsiz etmək, qloballaşmaya cəlb edilmiş kapitalı  və avadanlıqları qorumaq, 

onun tətbiqini daha da asanlaşdırmaq üçün beynəlxalq aləmin göstərdiyi səydən 

ibarətdir.  

Nəzərə alınsa ki, qloballaşmada iştirak edən transmilli korporasiyaların, kapitalın 

və texnologiyanın  əsas sahibləri böyük və inkişaf etmiş dövlətlərdir, onda bu işin 

başında kimlərin durduğu da bəlli olur.  Deməli, transmilli korporasiyalarla (onların sahibi 

olan inkişaf etmiş dövlətlərlə)  qloballaşmaya cəlb olunmuş üçüncü dövlətlər arasında 

daha çox mənfəət qazanmaq, öz maraqlarını  təmin etmək uğrunda açıq və ya gizli 




 

125


mübarizə gedir. Birinci tərəf beynəlxalq hüququn bütün imkanlarından istifadə edərək 

daha  əlverişli status qazanmaq, ikincilər isə öz milli maraqlarından çıxış edərək daha 

əlverişli  şərtlərə malik olmaq, xammalını, torpağını, işçi qüvvəsini, ekoloji itkisini, milli-

etnik və  ənənəvi həyat  şəraiti ilə bağlı  maraqlarını daha baha qiymətləndirməyə can 

atırlar. 

Qloballaşmanın üstün cəhətlərindən biri də ondadır ki, lider dövlətlər bu prosesi 

rahat təmin etmək üçün məhəlli və yerli konfliktlərin qarşısını almaq, planetdə 

nəqliyyatın sərbəst hərəkətini və keçid dəhlizlərinin təhlükəsizliyini təmin etmək, enerji 

daşıyıcılarının qiymətlərini sabit saxlamaq, beynəlxalq terrorizm, qaçaqmalçılıq, 

narkotiklərin dövriyyəsinə  təsir edən kasıblıq və s. hallarla mübarizəni təşkil etmək və 

maliyyələşdirmək qayğısına qalırlar. Bundan başqa, qloballaşma dairəsinə daxil edilmiş 

region və dövlətlərdə qarşılıqlı əməkdaşlıq yaratmaq, münaqişələri dinc yollarla aradan 

qaldırmaq, qabaqcıl texnikanın və fundamental elmin müasir yeniliklərini, tibbin,  

mədəniyyətin ən qabaqcıl nümunələrini yaymaq üçün səylər göstərilir.  

Qloballaşma sözün həqiqi mənasında  əsl rəqabət yaradır.    Söz  yox,  rəqabətdə 

udan və uduzan tərəflər, dövlət müəssisələri və sahibkarlar da olur.  Lakin bu proses 

inkişafı, yeniliyi şərtləndirdiyi kimi, qiymətlərin ucuzlaşmasını, keyfiyyətin daha da  

yaxşılaşmasını stimullaşdırır. Bu da müvafiq olaraq geniş istehlakçıların xeyrinə işləyir. 

Qloballaşmanın 

əsas xüsusiyyətlərindən biri innovasiya proseslərinin 

beynəlmiləlləşməsi və texnoloji rəqabətin kəskinləşməsidir.  İnformasiya toplamaq, onu 

təhlil etmək, bazarı, istehsalı, daşıma və istehlakı dəqiq öyrənmək, kapitalın hərəkətini

tətbiqini və yerləşdirilməsini düzgün müəyyən  etmək qazanılacaq müvəffəqiyyətin 

əsasını təşkil edir.  

Qloballaşma sənayeləşmə dövründə mövcud olan beynəlxalq  əmək bölgüsünü 

bütövlükdə  dəyişir.  Əvvəlki sənaye mərkəzləri intellektual texnologiya mərkəzlərinə, 

xammal və ucuz işçi qüvvəsinə malik ölkələr isə sənaye mərkəzlərinə çevrilirlər. İnkişaf 

etmiş dövlətlər daha çox proqram, texnologiya, maliyyə  və turizm mərkəzləri kimi 

üçüncü  ölkələrdə qurulan transmilli şirkətlərin idarə edilməsi rolunu ifa edir.  

Qloballaşma nəqliyyat-kommunikasiya vasitələrinin buraxılış gücünün və 

operativliyinin artırılmasını, milli dövlətlərdə gömrük, vergi, ekoloji və digər 

məhdudiyyətlərin minimuma endirilməsini tələb edir. Dövlətlərin milli maraqları, sərhəd-

keçid və digər maneələr qloballaşma mərkəzlərinin bütün gücü ilə aradan qaldırılır, mal 

və xidmətin, ticarətin beynəlmiləl dəhlizləri, maneəsiz hərəkəti təşkil olunur. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə