Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə51/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   47   48   49   50   51   52   53   54   ...   229

 

130


insanların elementar tələbatının ödənilməsi və daha əlverişli həyat tərzinə 

çalışmalarının dəstəklənməsi,  əhalinin artım surəti ilə yerin ekosistem imkanlarının 

balanslaşdırılması və sairədən ibarətdir. 

Bu proqramın  əsas mənfi tərəfi ondan ibarətdir ki, qlobal iqtisadiyyata rəhbərlik 

edən transmilli korporasiyalar, böyük maddi və maliyyə imkanına malik olan mərkəzlər 

öz işlərini planetin imkanlarına uyğunlaşdırmaq, qlobal  tələblə ətraf mühitin elementləri 

arasında sağlam balans yaratmaq əvəzinə, təbiətin istismarından gələn gəlirləri 

mənimsəyir, problemlərə lazımi diqqət yetirmirlər.  

Beləliklə, yeni dünya nizamı  şəraitində qloballaşmanın bəzi prinsiplərinin qısa 

təhlili göstərir ki, bu qlobal plan bəşər cəmiyyətinin, təbiətin və dünyada yaşayan hər bir 

insanın həyatında və fəaliyyətində  idarə oluna bilməyən irrasional  elementlərin ortadan 

qaldırılmasına yönəlmiş son dərəcə düşünülmüş bir siyasətin nəticəsidir. Bu planın əsas 

məqsədi dünyada baş verən bütün proseslərə nəzarət etmək, onu öz istəyinə müvafiq 

yenidən qurmaq, inkişaf etdirmək və idarə etməkdən ibarətdir.  

Qloballaşma mahiyyətcə  təbii və obyektiv proses olsa da, onun dairəsinə daxil 

olmuş  hər bir dövlətin milli təhlükəsizlik maraqları  çərçivəsində  tənzimlənə bilir. O 

dövlətlər ki, öz milli təhlükəsizlik çərçivəsini və  vəzifələrini aydın dərk edir, onların 

qorunması və təmin edilməsi qayğısına qalır həmin ölkələrə  qloballaşma yalnız tərəqqi 

və firavanlıq gətirir. O dövlətlər ki, qloballaşmadan yalnız öz gündəlik problemlərini həll 

etmək və müvəqqəti effekt qazanmaq məqsədi ilə istifadə edir, onlar müvafiq olaraq 

qloballaşmanın qurbanına çevrilirlər. Belə olan halda, müvafiq ölkənin nəinki milli 

iqtisadiyyatı, təbii sərvətləri, iqtisadi potensialı transmilli korporasiyaların  əlinə keçir, 

həmçinin milli instinktlər, iradə, varlıq, mədəniyyət, dövləti və milləti  xarakterizə edən  

bütün milli dəyərlər tədricən itir, əhali kosmopolit, ucuz işçi qüvvəsinə  çevrilir.  

Hər bir dövlət özünün milli təhlükəsizliyi ilə bilavasitə bağlı olan resurslarını – 

müdafiə, ərzaq, ekoloji, mənəvi, informasiya, ictimai və s. qorumağı, yaşatmağı və idarə 

etməyi bacarmalı və ölkə ərazisinə gələn hər bir subyektə  də buna hörmətlə yanaşmağı 

tələb etməlidir.  Bunun üçün dövlətin milli siyasəti olmalıdır. 

Hər bir transmilli şirkətin (yaxud bu rolu icra edən dövlətlərin) başqa ölkələrdə 

fəaliyyətinin  əsas məqsədi gəlir  əldə etməkdən ibarətdir. Odur ki, onlar,  bir qayda 

olaraq,  o sahəni seçir və kapital qoyur ki,  daha az sərmayə ilə daha tez və  çox gəlir 

qazansın. Milli dövlətin vəzifəsi isə qloballaşmadan maksimum yararlanmaqla,  bir 

tərəfdən öz ölkəsinin iqtisadi, siyasi, ictimai və  mənəvi inkişafına nail olsun, 

problemlərini xarici kapital və texnologiya əsasında həll etsin. Digər tərəfdən, milli 




 

131


maraqlarının  pozulmasına, iqtisadi, siyasi, hərbi və ekoloji təhlükəsizliyinə,  məxsusi 

milli  dəyərlərin yad təsirlərə  məruz qalmasına və itirilməsinə yol verməsin. Belə olan 

halda  qloballaşmadan hər iki tərəf bəhrələnər və qarşılıqlı faydalı nəticələr əldə olunar. 

Qloballaşmadan  ən çox ziyan görən milli mədəniyyət və digər milli dəyərlərdir. 

Çünki bu proses təkcə vahid dünya təsərrüfatı  və iqtisadi sistemin yaradılmasından 

başqa mənəvi, mədəni, siyasi və ictimai həyatın da bütün sahələrini əhatə edir. Qərbin 

daha  güclü strukturları elektron və digər kütləvi yayım vasitələrinin imkanlarını  işə 

salaraq,  sözün həqiqi mənasında “yad” (milli) tarixi-mədəni irsə, dəyərə qarşı  səlib 

yürüşü edir. Qərbin kosmopolit və universal “dəyərlərini” ən mükəmməl, mütərəqqi  bir 

sivilizasiya kimi, özü də cəlbedici şəkildə təbliğ edir. Milli mədəniyyətin, dilin, dinin, adət-

ənənələrin sıxışdırılması  və milli şüurun kosmopolitləşdirilməsi nəticədə milli dövlət 

institutlarının beynəlmiləlləşdirilməsinə  gətirir. Bu da özünü qoruma  instinktlərini 

zəiflədir. 

Qloballaşmanın mənfi tərəflərindən biri də prosesi idarə edən lider dövlətlərin  öz 

maraqlarından çıxış edərək,  bu prosesə subyektiv yanaşma və ikili standart nümayiş 

etdirməsidir. Qloballaşmanın əsas şərtlərindən  olan əmək, maddi və insan resurslarının 

sərbəst hərəkəti, tətbiqi və  şəffaf idarə edilməsi  üçün bütün  ölkələrin sərhəd-keçid, 

vergi, viza və digər qanunvericiliyi standartlaşdırılır və liberallaşdırılır. Lakin  bu 

standartlar  əksər lider dövlətlər  tərəfindən pozulur, həmin dövlətlərin firma və 

vətəndaşlarının  bütün dünyada    sərbəst hərəkət etməsi üçün yaradılmış    şərait və 

tanınan hüquq kiçik dövlətlərin vətəndaş və firmaları üçün təmin edilmir. Bu da müvafiq 

olaraq azad rəqabəti, əmək və insan resurslarının sərbəst hərəkətini pozur. 

Qloballaşmaya subyektiv yanaşma müəssisələrin ödədikləri vergilərin, ekoloji və 

sosial ayırmaların,  əmək haqlarının, yerli proqramlarda iştirak etmək üçün ayrılmış 

maliyyənin miqdarında da özünü büruzə verir. Məsələn, Fransa və yaxud ABŞ 

ərazisində  işləyən xarici  müəssisənin yerli büdcəyə ödədiyi vergilər, ekoloji, sosial, 

mədəni və digər məqsədlər üçün ayırdığı  vəsaitlər, verdiyi maaşlar Azərbaycanda 

işləyən xarici şirkətlərin  analoji  məqsədlər üçün  sərf etdiyi vəsaitdən qat-qat çoxdur.  

Yaxud elə həmin tipli müəssisələrdə  xarici və yerli işçilərə verilən maaşların həcmi bir 

neçə dəfə fərqlənir. 

Qloballaşmanın  əsas hərəkətverici qüvvəsi dünyanın inkişaf etmiş, mühüm 

maliyyə  və texnologiya imkanlarına malik olan dövlətləri və onlara məxsus nəhəng 

transmilli  şirkətlərdir.  Bu sırada ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, 

Çin, Cənubi Koreya və b. dövlətlər xüsusi fərqlənir. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə