132
Tədqiqatçılar dünyanın geoiqtisadi xəritəsində qloballaşmanın hərəkətini üç əsas
iqtisadi məkan çərçivəsində qruplaşdırırlar: Şimali Atlantika, Sakit okean hövzəsi və
Cənub makroiqtisadi məkanı; yüksək statuslu azad zonalar (bu məkanlarda daha çox
dövlət tənzimləməsindən kənar maliyyə-bank və digər transmilli korporasiyalar fəaliyyət
göstərir); daha çox kriminal iqtisadiyyata malik transmilli bölgələr (bu məkanda illik
dövriyyəsi təxminən 400-500 milyard ABŞ dolları olan nəhəng narkotik istehsalçıları və
baronları öz coğrafi “üçbucaqlarını” yaratmışlar).
Qloballaşmada iştirak edən dövlət və birliklərin başında ABŞ və Yaponiya gedir.
Bundan başqa, bu prosesdə “böyük yeddilər” adlanan ABŞ, Yaponiya, Almaniya,
Fransa, Böyük Britaniya, İtaliya və Kanada, “Cənubun böyük yeddiləri” hesab olunan
Çin, Hindistan, Braziliya, İndoneziya, Meksika, Cənubi Koreya və Tailand xüsusi seçilir.
XX əsrin son on ilində ümumi məhsul istehsalının həcminə görə Şimali
Atlantikanın inkişaf etmiş ölkələri 53%-dən 46%-ə enmişsə, Asiya-Sakit okean hövzəsi
ölkələri öz paylarını 19%-dən 28%-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 35%-dən
48%-ə yüksəlmişdir. Tək Çin məhsul istehsalındakı payını 8%-dən 15%-ə qədər
yüksəltmişdir. Bu bir daha sübut edir ki, qloballaşma öz daxili inkişaf qaydalarına
müvafiq olaraq istehsalın və sərmayənin ünvanını daha əlverişli ölkə və regionlara
yönəltmişdir. İndi dünyanın qlobal fəaliyyət mərkəzləri Nyu-York, Tokio, London kimi
şəhərlərdən Honkonq, Sinqapur, İstanbul və Moskva kimi şəhərlərə keçir.
Son illər Amerika politoloqları qloballaşmanın əsas təşəbbüskarı kimi ona
rəhbərlik etmək hüququnun məhz ABŞ-a məxsus olduğunu əsaslandırmağa çalışırlar.
Onlar bunu “hazırda ABŞ-ın yeganə fövqəldövlət” statusuna malik olması, dünyada
sülhün, sabitliyin, mülkiyyətin, insan və vətəndaş haqlarının, demokratik dəyərlərin,
bazar iqtisadiyyatının qorunmasının əsas qarantı rolunu ifa etməsi ilə əlaqələndirirlər.
ABŞ politoloqlarının fikrinə görə, məhz ABŞ qloballaşmanın vahid standartlarının
yaranması, ona hamılıqla əməl olunması, prosesdə qayda-qanunlara hamının tabe
etdirilməsini təmin edə biləcək mexanizmlərə malikdir.
Bundan başqa, qloballaşmanın əsasən informasiya mübadiləsi sahəsindəki
hüdudsuz texnoloji imkanlar yaratması, dünya telekommunikasiya və elektron
şəbəkəsinin genişlənməsi, bank və maliyyə əməliyyatlarının, ticarətin inkişafının
elektron vasitələrdən bilavasitə asılılığını və bu işlərin də başında Amerika şirkətlərinin
durduğunu nəzərə alsaq, onda ABŞ-ın qloballaşmadakı hegemon rolunu inkar etmək
olmaz.
133
4. BEYNƏLXALQ İNTEQRASİYA VƏ ONUN MÜASİR DÜNYA SİYASƏTİNƏ
TƏSİRİ
Müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin dövlətlərarası müstəvidə
təzahür edən əsas tendensiyalarından biri beynəlxalq inteqrasiya hesab olunur. Bu
proses əsasən müəyyən bölgələrdə həyata keçirildiyinə görə, siyasi ədəbiyyatda onu
beynəlxalq regional inteqrasiya adlandırırlar.
Regional inteqrasiya mahiyyətinə görə obyektiv və kortəbii baş verən bir proses
olsa da, məqsədlərinə görə dövlətlərin düşünülmüş şəkildə həyata keçirdiyi və
tənzimlənən qarşılıqlı fəaliyyət növü hesab olunur. Bu prosesin kortəbiiliyi onunla ölçülür
ki, eyni bir regionda yerləşən, oxşar iqtisadi, sosial və siyasi yönümü olan dövlətlərin
milli təsərrüfat və bazar sistemləri getdikcə bir-birindən asılı vəziyyətə düşür, onlar
arasında beynəlxalq əmək bölgüsü dərinləşir və milli sərhədlər ümumi inkişaf yolunda
maneəyə çevrilir. Öz ölkələrinin sosial-iqtisadi inkişafını təmin etməyi qarşısına
məqsəd qoyan dövlətlər məcburiyyət qarşısında bu kortəbii və obyektiv proseslərə
müvafiq olaraq müdaxilə edir, müəyyən ümumi razılığa gəlir, hamı üçün məqbul hesab
edilən qaydalar yaradır və bu qaydalara nəzarət edən dövlətlərarası institutlar təsis
edirlər. Beləliklə, kortəbii başlanan regional inteqrasiya prosesi dövlətlərin və
dövlətlərarası təşkilatların idarəsinə alınır və tənzimlənir.
Regional inteqrasiya prosesi dünyada ilk dəfə olaraq üzv dövlətlərin bərabər
hüququ gözlənilmək şərti ilə Qərbi Avropada başlamışdır. İkinci dünya müharibəsindən
sonra ciddi iqtisadi böhran yaşayan Qərbi Avropa ölkələri bəzi iqtisadi sahələrdə birgə
hərəkət etmək haqqında qərar qəbul edirlər. O dövrdən keçən əlli ildə Qərbi Avropa
bütün dünyaya bərabərhüquqlu və qarşılıqlı-faydalı inteqrasiyanın əsl nümunəsini bəxş
edir.
İnteqrasiyanı dünyada baş verən digər dövlətlərarası sosial-iqtisadi və siyasi
proseslərdən fərqləndirən bir neçə mühüm faktor mövcuddur. Əvvəla, inteqrasiya
qarşılıqlı iqtisadi asılılığın və əlaqələrin dövlətlər tərəfindən birgə idarəçiliyini, bütün
regionun tələblərinə cavab verən vahid təsərrüfat sisteminin yaranmasını nəzərdə tutur;
ikincisi, inteqrasiya nəticəsində bütün pul, xidmət, ticarət, mallar, istehsal münasibətləri
və əmək resursları milli sədlərdən azad edilir; üçüncüsü, vahid regiondaxili bazar
formalaşır və nəhayət, dördüncüsü, əməyin effektivliyi, əhalinin yaşayış şəraiti yüksəlir,
istehsal münasibətləri və xidmət inkişaf edir.
134
Avropa inteqrasiyası dövlətlərin iqtisadi, sosial, mədəni və siyasi həyatının elə
yaxınlaşma vəziyyətidir ki, bu müstəvidə cərəyan edən proseslər bir dövlətin daxilində
ayrı-ayrı regionlar arasında cərəyan edən proseslərdən demək olar ki, heç nə ilə
fərqlənmir. Həm də bütün bu sahələrin idarə edilməsində, onların fəaliyyət yönümlərinin
və prinsiplərinin müəyyən edilməsində əsas rolu milli idarəetmə orqanları deyil, ümumi
dövlətlərarası orqanlar həyata keçirirlər.
İnteqrasiya prosesi təkcə milli dövlətləri deyil, həm də ayrı-ayrı insan
cəmiyyətlərini, ictimai birlikləri, siyasi partiyaları da əhatə edir. Xüsusən son dövrdə belə
qurumların beynəlxalq səviyyədə inteqrasiyasının, insanlığı narahat edən məsələlər
ətrafında birgə fəaliyyət göstərməsinin tez-tez şahidi olmaq mümkündür.
İnteqrasiya predmetinə görə - ictimai, siyasi, iqtisadi, elmi-texniki, və informasiya
formasında, coğrafiyasına görə - qlobal, regional, subregional formada təzahür edə bilir.
İnteqrasiyanı doğuran, dövlətləri və qeyri-dövlət aktorlarını bu prosesə
qoşulmağa vadar edən səbəblər sırasında insanların tarixən birliyə və birgə fəaliyyətə
can atmasını, beynəlxalq əmək bölgüsünün dərinləşməsini, elmi-texniki tərəqqinin
vüsəti şəraitində qarşılıqlı əlaqələrə ehtiyacını, həlli yalnız birgə səylər nəticəsində
mümkün olan qlobal problemlərin sayının, qarşılıqlı bağlılığın və asılılığın artmasını və
s. qeyd edirlər. Bundan başqa, dövlətlərarası qarşılıqlı fəaliyyəti təmin edən
mexanizmlərin yaradılmasını, yeni-yeni hökumətlərarası təşkilatların meydana
çıxmasını və onların qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsi, asanlaşması
ehtiyacını da inteqrasiyanın əsas səbəblərindən hesab edirlər.
İnteqrasiya prosesində subyektlər arasındakı münasibətlər bəzən ziddiyyətli olur,
bir dövlətin mənafeləri başqa dövlətlərinki ilə toqquşur. Yaxud sosial-iqtisadi və mənəvi
inkişaf səviyyəsindəki fərqlərinə görə dövlətlərin bəziləri bu prosesdə daha çox
qazanır, digərləri isə əksinə, itirir. Bəzən inteqrasiya zamanı subyektlərin birinə məxsus
olan neqativ proseslər, digər subyektlərin həyatına neqativ, yaxud əksinə - pozitiv təsir
də göstərir.
İnteqrasiya bütövlükdə qarşılıqlı ehtiyaclardan və bir çox sosial-iqtisadi, siyasi
səbəblərdən yaransa da, (obyektiv səbəblər) bütövlükdə subyektiv prosesdir,
inteqrasiyaya daxil olan aktorların könüllü, yaxud məcburi şəkildə qəbul etdiyi qərarla
bağlıdır. Hər bir dövlət vətəndaşlarının milli və vətəndaş mənsubiyyətindən asılı
olmayaraq, digər ölkələrin sakinləri ilə intensiv əlaqələrə və insanlar arasında milli-
dövlət sərhədlərinin qaldırılmasına özü qərar verir və şərait yaradır. Dövlətlər
inteqrasiya proseslərinin əhatə dairəsini (bu prosesə daxil olan subyektlərin sayını və
Dostları ilə paylaş: |