Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə52/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   48   49   50   51   52   53   54   55   ...   229

 

132


Tədqiqatçılar dünyanın geoiqtisadi xəritəsində qloballaşmanın hərəkətini üç əsas 

iqtisadi məkan çərçivəsində qruplaşdırırlar:  Şimali Atlantika, Sakit okean hövzəsi və 

Cənub makroiqtisadi məkanı; yüksək statuslu azad zonalar (bu məkanlarda daha çox 

dövlət tənzimləməsindən kənar maliyyə-bank və digər transmilli korporasiyalar fəaliyyət 

göstərir); daha çox kriminal iqtisadiyyata malik  transmilli bölgələr (bu məkanda illik 

dövriyyəsi təxminən 400-500 milyard ABŞ dolları olan nəhəng narkotik istehsalçıları və 

baronları öz coğrafi “üçbucaqlarını” yaratmışlar).  

Qloballaşmada iştirak edən dövlət və birliklərin başında ABŞ və Yaponiya gedir. 

Bundan başqa,  bu prosesdə “böyük yeddilər” adlanan ABŞ, Yaponiya, Almaniya, 

Fransa, Böyük Britaniya, İtaliya və Kanada, “Cənubun böyük yeddiləri” hesab olunan 

Çin, Hindistan, Braziliya, İndoneziya, Meksika, Cənubi Koreya və Tailand xüsusi seçilir. 

XX  əsrin son on ilində ümumi məhsul istehsalının həcminə görə  Şimali 

Atlantikanın inkişaf etmiş ölkələri 53%-dən 46%-ə enmişsə, Asiya-Sakit okean hövzəsi 

ölkələri öz paylarını 19%-dən 28%-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 35%-dən 

48%-ə yüksəlmişdir. Tək Çin məhsul istehsalındakı payını 8%-dən 15%-ə  qədər 

yüksəltmişdir. Bu bir daha sübut edir ki, qloballaşma öz daxili inkişaf qaydalarına 

müvafiq olaraq istehsalın və  sərmayənin ünvanını daha əlverişli ölkə  və regionlara 

yönəltmişdir.  İndi dünyanın  qlobal fəaliyyət mərkəzləri Nyu-York, Tokio, London kimi 

şəhərlərdən Honkonq, Sinqapur, İstanbul və Moskva kimi şəhərlərə keçir.  

Son illər Amerika politoloqları qloballaşmanın  əsas təşəbbüskarı kimi ona 

rəhbərlik etmək hüququnun məhz ABŞ-a məxsus olduğunu  əsaslandırmağa çalışırlar.  

Onlar bunu “hazırda ABŞ-ın yeganə fövqəldövlət” statusuna malik olması, dünyada 

sülhün, sabitliyin, mülkiyyətin, insan və  vətəndaş haqlarının, demokratik dəyərlərin, 

bazar iqtisadiyyatının qorunmasının  əsas qarantı rolunu ifa etməsi ilə  əlaqələndirirlər. 

ABŞ politoloqlarının fikrinə görə, məhz ABŞ qloballaşmanın vahid standartlarının 

yaranması, ona hamılıqla  əməl olunması, prosesdə qayda-qanunlara hamının tabe 

etdirilməsini təmin edə biləcək mexanizmlərə malikdir. 

 Bundan  başqa, qloballaşmanın  əsasən informasiya mübadiləsi sahəsindəki 

hüdudsuz texnoloji imkanlar yaratması, dünya telekommunikasiya və elektron 

şəbəkəsinin genişlənməsi, bank və maliyyə  əməliyyatlarının, ticarətin inkişafının 

elektron vasitələrdən  bilavasitə asılılığını və bu işlərin də başında Amerika şirkətlərinin 

durduğunu nəzərə alsaq, onda ABŞ-ın qloballaşmadakı hegemon rolunu inkar etmək 

olmaz.  

 



 

133


4. BEYNƏLXALQ  İNTEQRASİYA VƏ ONUN MÜASİR DÜNYA SİYASƏTİNƏ 

TƏSİRİ 

 

Müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin dövlətlərarası müstəvidə 

təzahür edən  əsas tendensiyalarından biri beynəlxalq inteqrasiya hesab olunur. Bu 

proses  əsasən müəyyən bölgələrdə  həyata keçirildiyinə görə,  siyasi ədəbiyyatda onu 

beynəlxalq regional  inteqrasiya adlandırırlar.  

Regional inteqrasiya mahiyyətinə görə obyektiv və kortəbii baş verən bir proses 

olsa da, məqsədlərinə görə dövlətlərin düşünülmüş  şəkildə  həyata keçirdiyi və 

tənzimlənən qarşılıqlı fəaliyyət növü hesab olunur. Bu prosesin kortəbiiliyi onunla ölçülür 

ki, eyni bir  regionda yerləşən, oxşar iqtisadi, sosial və siyasi yönümü  olan dövlətlərin 

milli təsərrüfat və bazar sistemləri getdikcə bir-birindən asılı  vəziyyətə düşür, onlar 

arasında beynəlxalq əmək bölgüsü dərinləşir və milli sərhədlər ümumi  inkişaf yolunda 

maneəyə çevrilir.  Öz ölkələrinin sosial-iqtisadi  inkişafını  təmin etməyi qarşısına 

məqsəd qoyan dövlətlər məcburiyyət qarşısında bu kortəbii və obyektiv proseslərə 

müvafiq olaraq müdaxilə edir, müəyyən ümumi razılığa gəlir, hamı üçün məqbul hesab 

edilən  qaydalar yaradır və bu qaydalara nəzarət edən dövlətlərarası institutlar təsis 

edirlər. Beləliklə, kortəbii başlanan regional inteqrasiya prosesi dövlətlərin və 

dövlətlərarası təşkilatların idarəsinə alınır və tənzimlənir.  

Regional inteqrasiya prosesi dünyada ilk dəfə olaraq üzv dövlətlərin bərabər 

hüququ gözlənilmək şərti ilə Qərbi Avropada başlamışdır. İkinci dünya müharibəsindən 

sonra ciddi iqtisadi böhran yaşayan Qərbi Avropa   ölkələri bəzi iqtisadi sahələrdə  birgə 

hərəkət etmək haqqında qərar qəbul edirlər.  O dövrdən keçən  əlli ildə  Qərbi Avropa 

bütün dünyaya bərabərhüquqlu və qarşılıqlı-faydalı  inteqrasiyanın əsl nümunəsini bəxş 

edir.  

İnteqrasiyanı dünyada baş verən digər dövlətlərarası sosial-iqtisadi və siyasi 



proseslərdən fərqləndirən bir neçə mühüm faktor mövcuddur.  Əvvəla, inteqrasiya 

qarşılıqlı iqtisadi asılılığın və  əlaqələrin dövlətlər tərəfindən birgə idarəçiliyini, bütün 

regionun tələblərinə cavab verən  vahid təsərrüfat sisteminin yaranmasını nəzərdə tutur; 

ikincisi, inteqrasiya nəticəsində bütün pul, xidmət, ticarət, mallar, istehsal münasibətləri 

və  əmək resursları milli sədlərdən azad edilir; üçüncüsü, vahid regiondaxili bazar 

formalaşır və nəhayət, dördüncüsü, əməyin effektivliyi, əhalinin yaşayış  şəraiti yüksəlir, 

istehsal münasibətləri və xidmət inkişaf edir.  




 

134


Avropa inteqrasiyası dövlətlərin iqtisadi, sosial, mədəni və siyasi həyatının elə 

yaxınlaşma vəziyyətidir ki, bu müstəvidə  cərəyan edən proseslər bir dövlətin daxilində 

ayrı-ayrı regionlar arasında cərəyan edən proseslərdən demək olar ki, heç nə ilə 

fərqlənmir.  Həm də bütün bu sahələrin idarə edilməsində, onların fəaliyyət yönümlərinin 

və prinsiplərinin müəyyən edilməsində əsas rolu milli idarəetmə orqanları deyil, ümumi   

dövlətlərarası orqanlar həyata keçirirlər.  

İnteqrasiya prosesi  təkcə milli dövlətləri deyil, həm də ayrı-ayrı insan 

cəmiyyətlərini, ictimai birlikləri, siyasi partiyaları da əhatə edir. Xüsusən son dövrdə belə 

qurumların  beynəlxalq səviyyədə inteqrasiyasının, insanlığı narahat edən  məsələlər 

ətrafında birgə fəaliyyət göstərməsinin tez-tez şahidi olmaq mümkündür. 

İnteqrasiya  predmetinə görə - ictimai, siyasi, iqtisadi, elmi-texniki, və informasiya 

formasında, coğrafiyasına görə - qlobal, regional, subregional formada təzahür edə bilir.  

İnteqrasiyanı doğuran, dövlətləri və qeyri-dövlət aktorlarını bu prosesə 

qoşulmağa vadar edən səbəblər sırasında insanların tarixən birliyə  və birgə  fəaliyyətə 

can atmasını, beynəlxalq  əmək bölgüsünün dərinləşməsini, elmi-texniki tərəqqinin 

vüsəti  şəraitində qarşılıqlı  əlaqələrə ehtiyacını, həlli yalnız birgə  səylər nəticəsində 

mümkün olan qlobal problemlərin sayının, qarşılıqlı bağlılığın və asılılığın artmasını və 

s. qeyd edirlər. Bundan başqa, dövlətlərarası  qarşılıqlı  fəaliyyəti təmin edən 

mexanizmlərin yaradılmasını, yeni-yeni hökumətlərarası  təşkilatların meydana 

çıxmasını  və onların qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsi, asanlaşması 

ehtiyacını da inteqrasiyanın əsas səbəblərindən hesab edirlər.  

İnteqrasiya prosesində subyektlər arasındakı münasibətlər bəzən ziddiyyətli olur, 

bir dövlətin mənafeləri başqa dövlətlərinki ilə toqquşur. Yaxud sosial-iqtisadi və mənəvi 

inkişaf səviyyəsindəki fərqlərinə görə dövlətlərin bəziləri  bu prosesdə daha çox  

qazanır, digərləri isə əksinə, itirir. Bəzən inteqrasiya zamanı subyektlərin birinə məxsus 

olan neqativ proseslər, digər subyektlərin həyatına neqativ, yaxud  əksinə - pozitiv  təsir 

də göstərir.  

İnteqrasiya bütövlükdə qarşılıqlı ehtiyaclardan və bir çox sosial-iqtisadi, siyasi 

səbəblərdən yaransa da, (obyektiv səbəblər) bütövlükdə subyektiv prosesdir, 

inteqrasiyaya daxil olan aktorların könüllü, yaxud məcburi  şəkildə  qəbul etdiyi qərarla 

bağlıdır.  Hər bir dövlət vətəndaşlarının milli və  vətəndaş  mənsubiyyətindən asılı 

olmayaraq,  digər ölkələrin sakinləri ilə intensiv əlaqələrə  və insanlar arasında milli-

dövlət sərhədlərinin qaldırılmasına özü qərar verir və  şərait yaradır. Dövlətlər 

inteqrasiya proseslərinin  əhatə dairəsini (bu prosesə daxil olan subyektlərin sayını  və 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə