Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə50/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   46   47   48   49   50   51   52   53   ...   229

 

128


olan dövlətlərdir. Bütün bunlar onu göstərir ki, qloballaşma dünyada hegemon rol 

oynamağa çalışan ABŞ  və onun Qərb müttəfiqləri tərəfindən heç də iqtisadi mənada 

“bütün dünyanı universallaşdırmaq, ümumiləşdirmək və bərabərləşdirmək” məqsədi  ilə 

deyil, yalnız özünün siyasi, ideoloji və iqtisadi hegemonluğu üçün istifadə olunur. 

Qloballaşmanın reallaşmasını  şərtləndirən və müsbət amil hesab olunan 

 

təzahürlərdən biri də qlobal problemlərin həllinə, fundamental elmin inkişafına qabaqcıl 



dövlətlər tərəfindən böyük vəsait qoyulması  və əldə edilmiş texniki və elmi yeniliklərin 

dünyanın inkişafına yönəldilməsidir. Son on ildə elmi-texniki tərəqqinin indiyədək 

görünməmiş səviyyəyə yüksəlməsi dünyanın simasını  və insanların həyatını kökündən 

dəyişmişdir. Bundan başqa, informasiya sahəsində  əldə edilən uğurlar, texnoloji 

yeniliklər  insanlar arasındakı  əlaqələri yaxşılaşdırmış, istehsalın,  əməyin təşkilini, 

ticarətin intensivləşməsini, bank-maliyyə  və investisiya fəaliyyətini asanlaşdırmışdır. 

Nəzərə almaq lazımdır ki, bütün bu işlərin maliyyələşməsi və  təşkili inkişaf etmiş 

dövlətlərin, qloballaşmaya rəhbərlik edən mərkəzlərin üzərinə düşür. 

Qloballaşma dərinləşdikcə  bəzi Qərb dairələrində, xüsusən ABŞ politoloqları 

içərisində dünyanı ümumi mərkəzdən idarə edən “ümumdünya hökumətinin” 

mövcudluğuna ehtiyac olması haqqında fikirlər də çoxalır.  Onların fikrinə görə, 

qloballaşmanın getdikcə bütün dünyada genişlənməsi, iqtisadi, siyasi, sosial-mədəni 

inteqrasiyasının dərinləşməsi, liberal-demokratik  sistemlərin  universallaşması dünyada 

yeni, millət və dövlətüstü orqanların yaranmasına və insanlararası  məsələlərin onlar 

tərəfindən tənzimlənməsinə ehtiyac  yaradır. “Ümumdünya hökuməti” hesab ediləcək  

belə təşkilatlar bəzi suveren hüquqları milli dövlətlərdən alaraq öz əlində cəmləşdirəcək, 

bəşəriyyətin ədalətli idarəçiliyini həyata keçirəcək. 

Qloballaşma və yeni dünya nizamı üçüncü minilliyin başlanğıcında  yeni iqtisadi 

düzənin meydana çıxmasına ciddi təsir göstərmişdir. Yeni iqtisadi düzən müasir 

dünyada daha çox siyasi, geosiyasi və mədəni inkişafın yeni tendensiyaları ilə müşayiət 

olunur. Üçüncü minilliyin qovşağında  dəniz sivilizasiyası öz dominantlığını tam təmin 

etdiyi üçün onun bəşəriyyətə  təlqin etdiyi iqtisadi sistem – liberal iqtisadi model 

qloballaşmanın vahid, unifikasiya edilmiş modeli kimi qəbul edilir. Qərb analitikləri  

qloballaşmanın əsasında məhz liberal iqtisadi modelin dayanmasını bu sistemin XX əsr 

boyu bütün sınaqlardan uğurla çıxması, kiçik modifikasiyalar nəzərə alınmaqla, bütün 

alternativ proqramlara qalib gəlməsi ilə əsaslandırırlar.  

Hazırda liberal iqtisadiyyat  dünyanın bütün az-çox geosiyasi və iqtisadi cəhətdən 

əhəmiyyət kəsb edən bölgələrində ya tam bərqərar olmuş, ya da ki, olmaqdadır. Bu 




 

129


sistem dövlətin iqtisadi sahəyə müdaxiləsini, iqtisadi tənzimlənməni demək olar ki, tam 

inkar edir və özünü idarə edən  istehsal və bazar münasibətlərini aşılayır.  Əslində bu 

sistemin ideoloqları qloballaşan dünyada milli dövlətlərin getdikcə azalan rolunu daha 

da zəiflətmək, prosesləri transmilli korporasiyaların təsiri altına salmaq məqsədi 

güdürlər. Nəzərə alınsa ki, transmilli korporasiyalar maliyyə və iqtisadi cəhətdən güclü 

olan dövlətləri təmsil edir, onda bu prosesin inkişaf etməmiş  zəif dövlətlərə    mənfi 

təsirini bilavasitə müşahidə  etmək olar. 

Qlobal dünyanın əsas faktorlarından biri kimi çıxış edən transmilli korporasiyalar  

milli iqtisadiyyatların fraqmentləşməsi yolu ilə bütün dünya təsərrüfat sistemini, istehsal 

və satış bazarlarını, xammal və işçi potensialını, texnologiya və maliyyə resurslarını öz 

əlinə keçirirlər.  

Transmilli korporasiyalar hazırda Afrika, Asiya, Latın Amerikası, Qərbi Şərqi  və 

Mərkəzi Avropanın  əsas istehsal, satış və xammal resurslarının, texnologiya və maliyyə 

vəsaitlərinin yarıdan çoxuna nəzarət edir. Təxminən oxşar fəaliyyət transmilli maliyyə 

qurumlarının – Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma 

və  İnkişaf Bankının,   İslam  İnkişaf Bankının və b. maliyyə oliqarxlarının da işində 

müşahidə olunur. Bu banklar tək maliyyə  və investisiya siyasəti yürütməklə 

kifayətlənməyib, dünya ölkələrinin milli iqtisadiyyatını istədikləri kimi yönləndirir, enerji 

daşıyıcılarının qiymətini  müəyyənləşdirir, vergi, sosial ödənişlər,  əmək haqqı  və s. 

məsələləri müəyyənləşdirirlər. 

Qloballaşma və yeni dünya nizamının həyata keçirilməsində  tətbiq olunan 

mühüm metodlardan biri “dayanıqlı inkişaf” adlanan beynəlxalq konsepsiyadan ibarətdir. 

Bu proqram ümumən təbiət və insan resurslarının səmərəli istifadəsində, ətraf mühit və 

ekoloji məsələlərin nəzərə alınmasında vahid standartların tətbiqinə xidmət edir. Lakin 

əslində “dayanıqlı inkişaf” proqramı dünya iqtisadiyyatının qlobal idarəedilməsi 

məqsədilə dəniz sivilizasiyasının yaratdığı və istifadə etdiyi növbəti bir vasitədir. Bunun 

üçüncü ölkələr üçün də müəyyən əhəmiyyəti var.  Xüsusən, nəzərə alınsa ki, planetdə 3 

milyard  əhali  ən elementar yaşayış  şəraitinə malik deyil və bu proqram bütün dünya  

əhalisinin həyatı üçün lazım olan ən vacib tələbatların ödənilməsini nəzərdə tutur, o 

zaman proqramın  əhəmiyyəti məlum olur. Proqram planetdə yaşayan  əksər insanların 

daha yaxşı yaşaması üçün göstərdiyi cəhdlərə şərait yaradılmasını ehtiva edir.  

Dayanıqlı iqtisadi inkişaf proqramının  əsas prinsipləri bəşəriyyətin inkişafında 

davamlılığın, indiki nəsillərlə gələcək nəsillər arasında təbiətdən və iqtisadi resurslardan 

istifadənin balansının yaradılması, biosferin və  təbii ehtiyatların  mühafizəsi, bütün 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə