Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə49/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   45   46   47   48   49   50   51   52   ...   229

 

126


Qloballaşma  şəraitində dünyada ucuz işçi qüvvəsi, ucuz xammal, istehsal 

xərclərinin azaldılması  və satış bazarlarının  ələ keçirilməsi uğrunda kəskin rəqabət  

mübarizəsi başlanır. İnvestisiya o ölkələrə yönəldilir və istehsal o ölkələrdə təşkil olunur 

ki, orada əmək haqları aşağı, xammal ucuz, vergilər, sosial ayırmalar, ekoloji və istehsal 

xərcləri çox cüzidir. Hazırda Asiya-Sakit okean ölkələri bu baxımdan qloballaşmanın 

əsas mərkəzlərindən birinə çevriliblər.  

Qloballaşma bütün etnik sədləri aşır. Elə transmilli korporasiyalar var ki, 

yarandığı ilk ölkədə istehsal etdiyi məhsul, onun ümumi istehsalının 5 faizindən azını 

təşkil edir. Belə müəssisələr daim axtarışdadır. Bazarın, istehsalın və istehlakın 

strukturuna uyğun olaraq bütün dünyada fəaliyyət göstərirlər. Məsələn, məşhur 

“Samsunq” korporasiyası (Cənubi Koreya) özünün illik 200 milyard ABŞ dolları  

dövriyyəsi ilə dünyanın 66 ölkəsində 340 bölmə qurmuş  və bütün dünyada istehsal 

olunan rəngli monitor və kineskopların 17%-ni, videomaqnitofonların 11%, mikrodalğalı 

sobaların 18%-ni istehsal edir.  Söz yox, indi bu korporasiyanı    Cənubi Koreya 

müəssisəsi kimi təsəvvür etmək və onu bu ölkənin hüduduna sığışdırmaq qeyri-

mümkündür. Çünki onun səhmlərinin böyük qisminin sahibləri Cənubi Koreya dövləti ilə 

heç bir əlaqəsi olmayan şəxslərdir.  

Qloballaşma keçid dövrünü yaşayan, xammalı, işçi qüvvəsi ucuz olan, daxili 

istehsalı  və bazarı  zəif qorunan ölkələrə daha çox ziyan vurur. Bir qayda olaraq, belə 

ölkələrin daxili istehsalı  rəqabətə dözməyərək tam iflasa uğrayır. Bu da nəinki  həmin 

ölkələrin sosial-iqtisadi vəziyyətinə, eyni zamanda milli-mənəvi dəyərlərinə, milli 

özünəməxsusluğuna və həyat tərzinə mənfi təsir göstərir və onun keyfiyyətini dəyişir. 

İqtisadi sahədə  həyata keçirilən qloballaşma ictimai və siyasi həyatın 

liberallaşmasına, milli-etnik özünəməxsusluğun aradan qalxmasına, bu müəssisələrdə  

işə cəlb olunmuş insanların kosmopolit texniki personala çevrilməsinə şərait yaradır. 

Qloballaşma mahiyyətcə beynəlmiləl proses olsa da, bəzən istehsalat xarakterinə 

görə regional əsasda həyata keçirilir. Böyük bir korporasiya öz fəaliyyətini,  istehsalını 

regionun o ölkəsində qurur ki, onun nəqliyyat-kommunikasiya xətləri, işçi qüvvəsi və 

xammal ehtiyatları əlverişli olsun. Lakin bəzən istehsal üçün zəruri komponentlərin çoxu 

ətraf ölkələrdən gətirilir və  məhsulun da böyük qismi həmin ölkələrdə satılır. Bir növ 

müəssisə  konkret ölkənin yerləşdiyi region üçün, həmin regionun ehtiyaclarını  və 

resurslarını  nəzərə alaraq yaradılır. Belə olan halda mövcud regionun  sahibkarlıq 

fəaliyyəti  üçün bütün zəruri institutları, təsisatları, vergi, gömrük və tarif, qayda-

qanunları maneəsiz hərəkət üçün standartlaşdırılır və asanlaşdırılır. Region dövlətlərinin 




 

127


daxili idarəçilik sistemi, əhalinin sosial-iqtisadi və  mədəni səviyyəsi, dövlətlərarası 

münasibətlər  və s. mühüm sahələr transmilli korporasiyalar tərəfindən daim öyrənilir və 

onlara təsir mexanizmləri yaradılır. Bir sözlə, milli sərhədlərin, milli maraq və 

özünəməxsusluğun mövcudluğu qloballaşmaya  əngəl törədir. Odur ki, transmilli 

korporasiyalar  regional birlikləri – Avropa Birliyi, ümumi gömrük sisteminə daxil olan 

MDB və s. kimi qeyri-etnik birlikləri alqışlayırlar.  

Qloballaşma özünün həm müsbət, həm də mənfi təzahürlərini bir neçə əsas sahə 

üzrə daha  qabarıq göstərir. Bunlardan biri  dövlətlərin inkişafında,  əhalinin həyat 

şəraitinin təmin olunmasında həlledici rol oynayan gəlirlərin və maddi nemətlərin 

bölgüsündəki mövcud qeyri-mütənasibliyin hökm sürməsidir. Hazırda bəşəriyyət iki 

hissəyə - varlı Şimal və kasıb Cənuba bölünüb.  Şimal ölkələri daha az məsrəflə daha 

çox gəlir  əldə etdiyi halda,  Cənub daha çox məsrəflə daha az gəlir qazanır.  Müasir 

sivilizasiyanın daha çox məsrəf tələb edən sahələrinə - ekologiyaya, sosial təlatümlərə, 

siyasi və  mədəni proseslərə yönələn məsrəflər  əsasən  əyalətlərin  hesabına ödənilir.  

İnkişaf etmiş dövlətlərin adambaşına düşən gəlirləri, inkişaf etməkdə olanlarınkından 

çox ciddi fərqlənir. Bu da əhalinin varlı  və kasıb  kateqoriyaları arasındakı  fərqi 

dərinləşdirir. BMT-nin hesablamalarına görə, son 50 ildə bütün dünyada istehsal 

olunmuş  30 trilyon dollarlıq ümumi məhsulun bölgüsündə  təxminən planet əhalisinin 

onda biri (15%) adambaşına 30 min dollar, qalan 85%-i isə adambaşına 3 min dollardan 

az pay alır.  Dünyada 3 milyondan çox insan lazımi qədər qidalanmaq imkanından 

məhrum olduğu halda, Qərbdə  1,2 milyard əhali çox qidalanmaqdan əziyyət çəkir. 

ABŞ-da hər il 100 milyard dollar pul çox qidalanmanın nəticələri ilə mübarizə aparmağa 

sərf olunur.  

Üçüncü dünya ölkələrinin təbii ehtiyatları  və  işçi qüvvəsini istismar edən Qərb 

ölkələri  mövcud  bərabərsizliyi aradan qaldırmaq  əvəzinə, kasıb ölkələrə yalnız 

müəyyən humanitar yardım  göstərirlər. Bu yardımların ümumi həcmi inkişaf etmiş  

dövlətlərin ümumi daxili məhsulunun cəmi 0,22%-ni təşkil edir. Halbuki BMT-nin bu 

ölkələrə müəyyənləşdirdiyi humanitar  yardımın miqdarı onların ümumi daxili 

məhsulunun 0,7%-i qədər  müəyyən edilmişdir.  

Qloballaşma prosesində BMT-nin və beynəlxalq maliyyə qurumlarının inkişaf 

etmiş  dövlətlərin maliyyə ehtiyatlarını kasıb ölkələrə yönəltmək cəhdləri də ciddi nəticə 

vermir. XX əsrin son on ilində hesablamalara görə,  inkişaf etmiş ölkələrin xaricə 

yönəltdikləri sərmayələrin 95%-i (təqribən 80 milyard dollar) yalnız 30 ölkəyə 

qoyulmuşdur. Bu ölkələr də əsasən Qərbin maraq dairəsinə daxil olan, inkişaf etməkdə 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə