Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə47/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   43   44   45   46   47   48   49   50   ...   229

 

120


Beynəlxalq aləmdə yeni dünya nizamına geosiyasi yanaşma hazırda  ən aktual 

məsələlərdən biri hesab olunur. Dünya politoloqları beynəlxalq münasibətlər sisteminin 

geosiyasi reallıqları  sırasında qarşı-qarşıya duran dəniz (ABŞ  və onun NATO üzrə 

müttəfiqləri) və quru (Çin, Rusiya, Hindistan) sivilizasiyalarının mübarizəsini xüsusi 

tədqiq edirlər. Tədqiqatçıların fikrinə görə, Çin, Rusiya və Hindistan öz aralarında nə 

ideoloji, nə  də ki, institusional bazis yarada bilmədiyi üçün  dəniz  sivilizasiyası bütün 

dünyada,  o cümlədən Avrasiya regionunda, Cənub-Şərqi Asiyada dominantlıq edir. 

Yeni dünya nizamının səciyyəvi cəhətlərindən biri də qloballaşmanın getdikcə 

daha çox vüsət alması, Qərb dəyərlərinin bütün dünyaya yayılması, dövlətlər, millətlər 

və mədəniyyətlər arasında milli sədlərin silinməsi, dünyanın vahidləşməsi hesab olunur. 

Elmi  ədəbiyyatda “mondializm” kimi qiymətləndirilən dünyanın  vahidləşməsi prosesi 

ümumən obyektiv olsa da, əslində ABŞ  və onun müttəfiqləri tərəfindən planlaşdırılan, 

tənzimlənən və idarə olunan qlobal, lakin subyektiv bir prosesdir. Tədqiqatçılar 

qloballaşmanı obyektiv proses kimi qiymətləndirsələr də, “mondializmi” (Qərb 

dəyərlərinin bütün dünyaya qəbul etdirilməsini) dəniz sivilizasiyasının quru 

sivilizasiyasına, ümumiyyətlə dünyanın bütün nisbətən az inkişaf etmiş dövlətlərinə zorla 

qəbul etdirilən və fatal sonluqla bitəcək düşünülmüş ssenari hesab edirlər. Qərb 

dəyərlərinin dünyanın qalan hissəsinə  qəbul etdirilməsinin perspektivinə qiymət 

verərkən,  onlar gələcəkdə “vahid dünyanın ABŞ-ın böyümüş proyeksiyası kimi təşəkkül 

tapacağı” proqnozunu verirlər.  

Yeni dünya nizamı hərbi balans və kollektiv təhlükəsizlik məsələləri ilə bağlı BMT 

çərçivəsində formalaşmış sistemin pozulması ilə şərtlənir. Vaxtilə dünyada hökm sürən 

hərbi qüvvələr  balansı, qarşı-qarşıya duran hərbi bloklar (NATO və Varşava Müqaviləsi 

Təşkilatı)  artıq öz yerini ABŞ  və onun NATO üzrə müttəfiqlərinin ixtiyarına vermişdir. 

Hazırda bu düşərgəni təmsil edən dövlətlər dünyanın bütün ərazilərinə  hərbi müdaxilə 

və hərbi təsir imkanlarına malikdirlər.  

Yeni dünya nizamının ideoloji əsasları  Qərb həyat tərzinin, Qərbin mənəvi 

dəyərlərinin cəlbediciliyi, qabaqcıllığı, humanistliyi və liberallığı ilə əsaslandırılır. Bu da 

qloballaşma, universallaşma və  mənəvi inteqrasiya vasitələrilə bütün dünyada 

insanların bu dəyərlərlə  tərbiyə edilməsi, mənəvi cəhətdən qidalandırılması 

istiqamətində istifadə olunur. 

 

 



 


 

121


3. QLOBALLAŞMA VƏ DÜNYA SİYASƏTİNİN  TRANSMİLLİLƏŞMƏSİ 

 

XX  əsrin sonlarından başlayaraq müasir beynəlxalq münasibətlərin  əsas 

tendensiyalarından biri olan qloballaşma prosesi dünya politoloqlarının müzakirə 

mövzusuna çevrilməyə başlayır. Son on ildə qloballaşmaya həsr olunmuş yüzlərlə 

monoqrafiyalar, dissertasiyalar yazılmış, elmi konfranslar keçirilmiş və dünya alimlərinin 

iştirakı ilə  geniş beynəlxalq müzakirələr təşkil olunmuşdur. Müzakirə olunan əsas 

mövzular sırasında: qloballaşma nədir və onun reallaşmasında obyektiv və subyektiv 

faktorların rolu necə müəyyən olunur; qloballaşma və milli dövlətlər, insan cəmiyyətləri

qloballaşmanın insanlıq qarşısında dayanan iqtisadi, sosial, işsizlik, siyasi inkişaf 

məsələlərinə təsiri;  qloballaşmanı şərtləndirən, onun tendensiyalarını,  perspektivlərini  

müəyyən edən amillər və sairəni xüsusi qeyd etmək olar.  

Qloballaşma həm də dünyanın siyasi və iqtisadi strukturunun dəyişməsi, dünya 

siyasətinin transmilliləşməsi fonunda  öyrənilir. Bəzi tədqiqatçılar hesab edir ki, 

qloballaşma nə müstəmləkə imperiyalarının hökm sürdüyü və  əmtəə-pul 

münasibətlərinin  əsasən imperiya çərçivəsində dövr etdiyi XVII-XIX əsrlərdə, nə  də ki, 

dünyanın  iki blok arasındakı sinfi-ideoloji qarşıdurmasının mövcud olduğu dövrdə (XX 

əsrin ortalarından başlayaraq müasir dövrə qədər) mümkün deyildi.  Bunun üçün mütləq 

formal da olsa,  bərabərhüquqlu dövlətlərdən təşkil olunmuş indiki dünya sistemi və 

bütün dünyaya ümumi maraqları altında vahid bir insan yaşayış sistemini (bütün daxili 

tələbləri ilə) təbliğ və təşviq edən inkişaf etmiş mərkəzin (mərkəzi dövlətin) mövcudluğu 

vacib idi. Bir sözlə, dünya iyerarxik sisteminin, yaxud sosialist-kapitalist qarşıdurmasının 

mövcudluğu şəraitində qloballaşma mümkün deyildi.  

Qloballaşmanın mahiyyətini və ona təsir edən  əsas faktorları  tədqiqatçılar 

müxtəlif cür izah etsələr də, ən çox qəbul olunan ümumiləşmiş  fikirlər aşağıdakı kimidir: 

- qloballaşma tarixi və obyektiv prosesdir, xalqlar və dövlətlər arasında  əsrlərlə 

gedən beynəlxalq  əmək bölgüsünün formalaşması  və  dərinləşməsi nəticəsində baş 

vermişdir; 

-

 



qloballaşma istehsal münasibətlərinin dəyişməsi və inkişaf etmiş ölkələrin yeni 

sosial-iqtisadi münasibətlərinin vahid bir model kimi bütün dünyada tətbiqidir; 

- dünya dövlətlərinin siyasi quruluşunda baş verən dəyişikliklər, sosializmin 

süqutu nəticəsində ölkələrin demokratik transformasiyası, dünya siyasətinin 

transmilliləşməsi qloballaşmanın əsas faktorlarından biri hesab olunur; 



 

122


- qloballaşma insanların ağlının, qabiliyyətinin ümumiləşdirilməsi və bütün 

bəşəriyyətə müxtəlif variantlar şəklində (alternativ seçim imkanları) təqdim edilməsidir; 

- qloballaşma dünyanın və insanların universallaşması, həyat tərzi və 

davranışların vahid standartlarının yaranması, istehsal, istehlak və ticarətin 

unifikasiyasıdır; 

- dünyanın vahid və universal  mədəni dəyərlərlə, texnologiya, nəqliyyat 

arteriyaları və vasitələrilə, informasiya, kommunikasiya, ticarət və maliyyə sistemi ilə bir-

birinə bağlanmasının nəticəsidir; 

- dünyada yaranan ümumdünya əmtəə, xidmət və maliyyə bazarının, 

iqtisadiyyatın, ticarətin,  əmək resurslarının (işçi qüvvəsi də daxil olmaqla), kütləvi 

informasiya  vasitələrinin və demokratik institutların qloballaşması və s.  

Hazırda dünyada elə vəziyyət yaranıb ki, transmilli korporasiyalar harada xammal 

və ucuz işçi qüvvəsi mövcuddursa,  orada istehsal, harada əlverişli bazar mövcuddursa

orada satış  təşkil edir (əmək resurslarının qloballaşması). Yaxud ümumi maraqlar və 

ünsiyyət üzrə  təmas klubları, gənclər, qadınlar, ayrı-ayrı peşə sahibləri üçün nəzərdə 

tutulan və  bütün dünyanı  əhatə edən televiziyalar, radiolar, jurnallar, musiqi, moda 

mərkəzləri yaradılır.  İnformasiya  və kommunikasiya texnologiyalarının indiki vəziyyəti 

bütün dünyanın fikir və düşüncələrini birləşdirmiş və standartlaşdırmışdır. Planetimizdə 

elektronikanın yaratdığı imkanlar  (internet vasitəsilə ticarət, pul köçürmələri, 

müqavilələr bağlanması və s.) insanların qarşılıqlı ünsiyyətində əsl inqilabi çevriliş etmiş 

və bütün milli sədləri dağıtmışdır. 

Qloballaşma prosesində ABŞ dünya nizamına rəhbərlik etməklə, hegemon dövlət 

rolunu saxlamaqla yanaşı,  ciddi müqavimət və rəqabətlə qarşılaşır. Məsələ ondadır ki, 

bu prosesdə Amerikanın müttəfiqi olan Avropa ölkələri və Yaponiya da müstəqil tərəf 

kimi çıxış etməyə meyl göstərir və qloballaşma prosesində ona ciddi rəqabət yaratmağa 

çalışırlar. Bu hal özünü xüsusən,  qlobal iqtisadiyyatda, regionlaşma və regional 

inteqrasiyada, yeni-yeni enerji daşıyıcılarına və xammal, satış bazarlarına yiyələnməkdə 

daha qabarıq göstərir. Bu sahələrdə ABŞ və Avropa İttifaqı ilə yanaşı, Asiya dövlətləri - 

Çin, Cənubi Koreya, Tayvan,  Latın Amerikası,   Afrika və Şərqi Avropa  ölkələri də öz 

iddialarını, fərqli iqtisadi maraqlarını  gizlətmirlər.  

Qloballaşmanın tarixinə fikir versək görərik ki, İkinci dünya müharibəsindən sonra 

(1945) bütün dünyada eyni zamanda iki proses cərəyan etməyə başlayır: 1) 

müstəmləkə imperiyalarının dağılması  və yeni-yeni müstəqil dövlətlərin meydana 

çıxması, planetin milli sərhədlər çərçivəsində bölünməsi; 2) milli dövlətlərin bir-birinə 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə