Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə55/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   51   52   53   54   55   56   57   58   ...   229

 

140


ABŞ politoloqu S. Hantinqton “Demokratikləşmənin üçüncü dalğası” kitabında 

dünyada demokratikləşmənin: 1) 1820-1920; 2) 1940-1960; 3) 1970-2000-ci illər üzrə 

baş verməsi prosesini şərh edərək, ilk dəfə dövlətlərin demokratiya meyarları üzrə 

təsnifatını aparmışdır. 

S. Hantinqton müxtəlif meyarları  əsas götürərək dövlətləri demokratik, qeyri-

demokratik və demokratiya istiqamətində inkişaf edən olmaqla üç kateqoriyaya ayırır və 

müvafiq olaraq dünya dövlətlərini bu sxem üzrə qruplaşdırır. Onun bölgüsünə görə, 

demokratik dövlətlər dünyada mövcud olan  bütün ölkələrin təxminən  1941-ci ildə 25%, 

1996-cı ildə 40%, 2000-ci ildə isə 75%-ni təşkil edir. Təxminən oxşar rəqəmləri ABŞ-ın 

“Azad ev” təşkilatı da açıqlayır. 

Tədqiqatçılar dünyada dövlətlərin demokratikləşməsi və ümumiyyətlə, 

“demokratik dövlət”  anlayışının meydana çıxmasını  1820-ci ildən – ABŞ Prezidenti V. 

Vilsonun “dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” çağırışından başlayırlar. Bu 

çağırışdan sonra və ümumiyyətlə, Birinci  dünya müharibəsinin  başlanmasına qədər 

(1914) ABŞ da daxil olmaqla Avropanın iyirmiyə yaxın ölkəsi daxili idarəçiliklərini 

qanunların aliliyinin, seçki institutlarının, parlament və çoxpartiyalı sistemin, azad fikir və 

düşüncə prinsiplərinin yaradılması və fəaliyyəti üzərində qururlar (təxminən 21 dövlət). 

Sonrakı illərdə Almaniyada faşizmin meydana çıxması və bəzi Avropa ölkələrinin 

bu dövlətin təsiri altına düşərək demokratik idarəçilikdən  imtina etməsi prosesi (1920-

1940) Avropada demokratik dövlətlərin sayını azaldır. 

İkinci  dünya müharibəsinin sona çatması ilə dünyada  demokratikləşmə dalğası 

güclənir və ideoloji-sinfi qarşıdurma dövrünün əsas faktorlarından birinə çevrilir. Bu 

dövrdə həm kapitalist, həm də sosialist dünyası demokratiyanı və insan hüquqlarını  öz 

fəaliyyətlərinin  əsas prinsipi kimi elan etsələr də, hər biri bu anlayışa özünəməxsus 

yanaşma nümayiş etdirməyə başlayır və müstəqillik  əldə etmiş digər dövlətləri öz 

tərəfindən bu prosesə qoşmağa çalışırdı.  Müstəmləkə rejimlərindən azad olunmuş 

dövlətlərin bəziləri ABŞ  və SSRİ-nin  başçılıq etdiyi blokların təsiri altına düşsə  də, 

bəziləri öz müstəqil siyasətlərini yürüdürdülər. Bu ölkələr “bitərəf ölkələr bloku” adlanan 

birlik tərkibində öz daxili və xarici fəaliyyətlərini məxsusi prinsiplər üzərində qururdular.  

Ümumən, 1945-1960-cı illəri tədqiqatçılar “dövlətlərin  demokratiyadan geri 

çəkilməsi” dövrü kimi xarakterizə  edirlər.  Bu da onunla bağlı idi ki,  Almaniyaya qarşı 

İkinci dünya  müharibəsinin  əsas ağırlığını daşımış SSRİ müharibədən sonra Şərqi 

Avropa və  bəzi Asiya  ölkələrində sosialist  idarəçiliyinin  bərqərar olmasına nail olur.  

Bundan başqa,  SSRİ-nin təsirini və müharibədən sonrakı illərdə sosialist inqilabına  




 

141


artan rəğbəti aradan qaldırmaq üçün  bəzi Qərbi Avropa ölkələri də daxili idarəçiliyi  

müəyyən qədər sərtləşdirir, sosialist meylli qüvvələrin fəaliyyətini məhdudlaşdırırdı.  Bu 

illərdə hətta Yunanıstan,  Çili, Portuqaliya, İspaniya və s. kimi ölkələrdə avtoritar yönlü 

hakimiyyətlər formalaşmışdı.  

S. Hantinqtonun və ABŞ-ın “Azad ev” təşkilatının fikrinə görə, 1970-ci illərdən 

dünyada demokratiyanın inkişafının üçüncü dalğası başlanır.  

Demokratikləşmənin üçüncü dalğası artıq tək-tək dövlətləri deyil, bütün qitələri 

əhatə edərək Avropada, Asiyada, Afrikada və Latın Amerikasında çoxsaylı dövlətlərin 

demokratik yönlü inkişafı ilə  səciyyələnmişdir.    Bu  illərdə Yunanıstanda, Argentinada, 

Cənubi Koreyada, Portuqaliyada avtoritar rejimlər süquta uğrayırlar.  İspaniya, 

Dominikan Respublikası, Honduras, Braziliya, Peru, Çili, Türkiyə, Filippin, Tayvan, 

Tailand, Macarıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Bolqarıstan, Cənubi Afrika 

Respublikası  demokratik inkişaf yoluna qədəm qoyurlar.  

Sosializmin iflası və SSRİ-nin dağılmasından sonra Yuqoslaviya və Kuba istisna 

olmaqla keçmişdə bu düşərgəni təşkil edən bütün sosialist ölkələri, SSRİ tərkibinə  daxil 

olan üç Baltikyanı ölkə, Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, 

Ermənistan, Belarus demokratik inkişaf istiqaməti  götürərək,  dünya siyasətinin yeni 

tendensiyasına qoşulurlar.  

ABŞ-ın “Azad ev” təşkilatının hesablamalarına görə, 1972-ci ildə dünyada 192 

dövlət içərisində 42 demokratik və “azad” ölkə var idisə, 2002-ci ildə  onların sayı artıq 

89-a çatır. Bu siyahıya SSRİ tərkibinə daxil olan  respublikalardan yalnız üç Baltikyanı 

respublika salınıb. Qalan ölkələr – Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna 

və Ermənistan “Azad ev” təşkilatının təsnifatında “nisbətən azad”, Belarus, Qazaxıstan, 

Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan “qeyri-azad” ölkələr sırasına daxil 

ediliblər.  

Demokratik və “azad dövlət” anlayışının beynəlxalq aləmdəki bugünkü 

standartları bir neçə faktorla: hakimiyyətə  gəlmənin və onu idarə etmənin rəqabət 

prinsiplərinə, açıq və demokratik siyasi mübarizəyə söykənməsi; dövlətin 

vətəndaşlarının əsas hüquq və azadlıqlarının konstitusiya və qanunlarla  təmin edilməsi; 

hakimiyyət bölgüsü prinsiplərinin bərqərar olması; vətəndaşların dövlət həyatında, onun 

idarəçiliyində, daxili və xarici siyasətin formalaşması  və  həyata keçirilməsində  iştirakı; 

hakimiyyətlərin tərkibinin  formalaşmasında azad seçkilərin keçirilməsi və s. ilə ölçülür. 

Tədqiqatçılar demokratikləşmənin inkişaf trayektoriyasının və  dərinliyinin 

müəyyən edilməsi, ölkələrin siyasi idarəetməsinin  qiymətləndirilməsi metodologiyasına 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə