Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə54/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   50   51   52   53   54   55   56   57   ...   229

 

137


istisna olmaqla,  bu mərkəzlərdə  hələ  də milli dövlətlər özünün əsas rolunu qoruyub 

saxlayır, inteqrasiya dairəsinə  əsasən ticarət, gömrük, azad iqtisadi  zona və digər 

sosial-iqtisadi sahələr cəlb olunmuşdur.  Lakin  nəzərə almaq lazımdır ki,  Avropa Birliyi 

də  məhz belə başlamışdı  və 10-15 il bundan əvvəl  bu regionda da milli dövlətlər 

proseslərin mərkəzində  dayanmışdı.  Deməli, Avropa nümunəsinin  Şimali Amerika, 

Cənub-Şərqi Asiya və İslam dünyasına  yayılmasının yalnız zamana ehtiyacı var. 

İnteqrasiya bir az fərqli formada  (müxtəlif sivilizasiyaları  təmsil edən ölkələr 

arasında) Avrasiya regionunda – Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM (Gürcüstan, 

Ukrayna,  Azərbaycan, Moldova), Şanxay  Əməkdaşlıq Təşkilatı  (ŞƏM) çərçivəsində 

həyata keçirilir.  Bu təşkilatlara daxil olan ölkələr içərisində xristianlığı, islamı  və 

bütpərəstliyi təmsil edən ölkə  və xalqlar Avrasiya  qitəsinin mühüm bir bölgəsində 

inteqrasiyaya cəlb olunmuşdur.  Düzdür, bu ölkələrin  bəzilərinin uzunmüddətli dövrdə 

bir ölkə  tərkibində mövcud olması müəyyən ümumi  davranış tərzi, oxşar sosial-iqtisadi 

və  mənəvi dəyərlər yaratmışdır. Lakin əgər sivilizasiya fərqinin  əsasən dini 

mənsubiyyətlə ölçüldüyünü nəzərə alsaq, deməli  fərqli xalq və dövlətlərin inteqrasiyası  

prosesi bugünkü beynəlxalq münasibətlərdə  bir fakt olaraq mövcuddur.  Əslində

Yaponiya kimi tam fərqli  sivilizasiyaya məxsus dövlətin müasir dövrdə ABŞ  və 

Avropanın “yeddi”ləri hesab olunan əsas dövlətləri ilə inteqrasiyası da “sivilizasiya” 

faktorunun inteqrasiya prosesində heç də həlledici faktor olmadığını sübut  edir.  

Təcrübə göstərir ki, inteqrasiya obyektiv və könüllü xarakter daşımırsa,  müəyyən 

müddətdən sonra əks effekt verir və dezinteqrasiya prosesinə keçir. O yerdə ki, bu 

prosesə  daxili strukturların daha dolğun inkişafı, insanların həyatının yaxşılaşdırılması 

yolunda vasitə kimi deyil, məqsəd kimi yanaşıblar,  inteqrasiya özünün neqativ təsirini 

göstərib.  Məsələn, keçmiş SSRİ  tərkibində respublikalar  və xalqlar, sosialist bloku 

tərkibində  Şərqi Avropa dövlətləri, Yuqoslaviya, Çexoslovakiya tərkibində  mövcud olan 

xalqlar, dövlətlər inteqrasiyaya vasitə kimi deyil, məqsəd kimi yanaşdıqları üçün sonrakı 

illərdə dezinteqrasiyaya və münaqişələrə  rəvac vermişlər. Çünki bu subyektlərdə 

inteqrasiya insanların sosial sifarişini, qarşılıqlı  təminatını ödəmək məqsədi ilə deyil, 

daha çox dünya proletar  inqilabı maraqları  çərçivəsində subyektivcəsinə  həyata 

keçirilmişdir.  Əslində, bu gün Müstəqil Dövlətlər Birliyi tərkibində  həyata keçirilən  

inteqrasiyanın sürətinin aşağı olmasının səbəbi də  məhz bu prosesə qeyri-obyektiv 

yanaşma, qeyri-səmimi və qeyri-bərabər  münasibətlə bağlıdır.  İnsan və xalqların 

şüurunda əsrlərlə formalaşmış dövlət institutlarını, mədəni, mənəvi fərqləri, milli maraq 



 

138


fərdiliyini aradan qaldırmaq və ümumiləşdirmək üçün daha əlverişli və sərfəli forma və 

vasitə  təklif olunmalıdır.  

İnsanlar milli dəyərlərin və özünəməxsus adət-ənənələrin itirilməsi, ortaq və 

ümumi dəyərlərin qəbul edilməsi ilə o zaman razılaşır ki, bunun əvəzində yaşayış üçün 

lazım olan  bütün digər sahələrdə daha üstün və rahat şərait əldə etsin.  İnsanlar tarix 

boyu ayrı-ayrı insan cəmiyyətlərini, milli dövlətləri ona görə yaradıb ki,  onların həyatını 

yaxşılaşdırsın, birgəyaşayış  və ictimai davranış normalarını, qayda-qanunu qorumaq, 

azad, təhlükəsiz yaşamaq və  fəaliyyət göstərməkdə onlara yardım  göstərsin. 

İnteqrasiyanı da insanlar  ona görə həyata keçirir ki,  yaşamaq və azad  hərəkət etmək 

üçün daha yaxşı şərait təmin etsin. O yerdə ki, bu proses subyektivlik, qeyri-səmimilik 

və  məcburiyyətlə müşahidə olunur, onda əks proses – dezinteqrasiya baş verir. Yüz 

illərlə Avropa dövlətlərini və xalqlarını bir bayraq altında və vahid sərhəd çərçivəsində 

birləşdirmək cəhdi göstərənlər olmuş, lakin ciddi  müqavimətlə rastlaşmışlar.  

Tədqiqatçılar müasir dünyada bir neçə regional inteqrasiya mərkəzlərinin 

təcrübəsi  əsasında qlobal inteqrasiya proseslərinin gələcək perspektivləri haqqında 

proqnozlar verirlər.  Hazırda belə regional inteqrasiya mərkəzləri sırasına ilk növbədə 

Avropa (Avropa İttifaqı  və onun əsas dövlətlərarası institutları), Cənub-Şərqi Asiya və 

Sakit okean hövzəsi (ASİƏT, ATR), Şimali Amerika (NAFTA) və Avrasiya regionunu 

(MDB,  İƏT və başqa subregional  təşkilatlar) aid edirlər.  Hər bir regional inteqrasiya 

mərkəzinin  və onun çərçivəsində    həyata keçirilən inteqrasiya proseslərinin oxşar 

cəhətlərilə yanaşı, həm də öz xarakterik xüsusiyyəti, çərçivəsi, əhatə dairəsi və liderləri 

mövcuddur.  

 

5. DÜNYANIN DEMOKRATİKLƏŞMƏSİ TENDENSİYASI  

VƏ  MİLLİ  DÖVLƏTLƏR 

 

Müasir dünya nizamının və beynəlxalq münasibətlərin  əsas tendensiyalarından 

birini demokratikləşmə təşkil edir.  Bu prosesin əsas mahiyyəti dünyada və beynəlxalq 

münasibətlər sistemində demokratik dövlətlərin sayının və rolunun  artırılması, 

demokratiya və insan hüquqları ilə  məşğul olan beynəlxalq hökumətlərarası  və qeyri-

hökumət təşkilatlarının yaradılması, himayə edilməsi və qeyri-demokratik  hesab olunan 

dövlətlərin daxili həyatının liberallaşdırılmasında onlardan istifadə edilməsindən 

ibarətdir.  




 

139


Hazırda dünyada dövlətlərin xüsusiyyətlərini öyrənən və təsnifatını aparan xüsusi 

institutlar və qeyri-hökumət təşkilatları  fəaliyyət göstərir ki, onların  əsas işi ayrı-ayrı  

parametrlər üzrə    ölkələrin inkişaf səviyyəsini öyrənmək, demokratiya dərəcəsinə görə 

yerini müəyyən etməkdən ibarətdir.  Bu kortəbii yaranan və kimlərinsə sadəcə ümumi 

marağı, hobbisi kimi  həyata keçirilən bir proses deyil, müasir dünya siyasətində 

hegemon rol oynayan ABŞ  və onun NATO üzrə müttəfiqləri olan Avropa dövlətlərinin 

dünya  siyasətidir. 

ABŞ-ın “Azad ev” (“Freedom House”) təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və 

İnsan  Hüquqları Bürosu, Avropa Şurası, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları bu 

işi öyrənir, proseslərə müdaxilə edir, ümumdünya siyasətinin formalaşması  və  həyata 

keçirilməsində bilavasitə  iştirak edirlər. Beləliklə, bir vaxtlar dövlətlərin demokratik

yaxud qeyri-demokratik idarəçilik forması, xarakteri beynəlxalq  münasibətlərin  subyekti 

olan hər bir ölkənin daxili işi hesab olunurdusa və bu suverenlik beynəlxalq hüquqla 

qorunurdusa, indi demokratiya, insan hüquq və azadlıqları artıq dünya siyasətinin və elə 

həmin beynəlxalq ünsiyyətin əsas şərti və tələbinə çevrilməyə başlayıb.  

Hazırda beynəlxalq aləmdə vüsət alan qloballaşma, regional inteqrasiya və 

transmilli dünya siyasətinin genişlənməsi dövlətlərin daxili və xarici siyasəti  arasındakı 

bağlılığı  və asılılığı da gücləndirmişdir. Dövlətlərin beynəlxalq  münasibətlər sisteminə  

qatılması, öz maraq və  mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına 

təmin etməsi, sivil  birgəyaşayış normaları ilə  tənzimlənən dünya siyasətində  iştirakı 

onun  daxili siyasətindən, demokratiya və insan hüquqlarına  əməl etməsindən asılı 

vəziyyətə salınır. Bir sözlə, beynəlxalq aləmdə  təmsil olunmaq, dünya dövlətləri 

birliyində layiqli yer  tutmaq istəyən hər bir ölkə, daxildə öz vətəndaşlarının bütün 

dünyada qəbul olunmuş hüquq və azadlıqlarına, demokratik idarəçilik və  vətəndaş 

cəmiyyəti prinsiplərinə əməl etməlidir. 

İnteqrasiya dövlətlər arasından milli sədləri, qloballaşma investisiya, texnologiya 

və əmək  resurslarının tətbiqi sahəsindəki məhdudiyyətləri, qapalı ölkə-dövlət dairəsini 

aradan qaldırdığı kimi, demokratikləşmə  dövlətlərin daxili idarəçilik sisteminin 

universallaşması, bu sahədə dünya siyasəti səviyyəsinə qaldırılmış standart və 

prinsiplərə əməl olunmasını nəzərdə tutur. 

Dünya siyasətşünasları dövlətlərin demokratikləşməsi  prosesinin üç əsas 

mərhələdən keçdiyini və  hər mərhələnin özünəməxsus səciyyəvi xüsusiyyətlərə  malik 

olduğu qənaətindədirlər.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə