Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə62/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   58   59   60   61   62   63   64   65   ...   229

 

158


Soyuq müharibədən sonra beynəlxalq vəziyyətdə mühüm dəyişikliklərin baş verməsi 

NATO-nun fəaliyyət strategiyasında da müəyyən yeniləşmələrə gətirib çıxardı. 1994-cü 

il Roma və 1999-cu il Vaşinqton sammitlərində təşkilatın yeni strateji konsepsiyalarının 

qəbul edilməsi həmin prosesi sürətləndirdi. NATO rəhbərliyinin qərarlarına uyğun 

olaraq,  təşkilatın hərbi infrastrukturunda ixtisarlar aparıldı  və silahlı qüvvələrin sayı 

azaldıldı.  

NATO-nun strateji konsepsiyasındakı  dəyişikliklərin  əsas xüsusiyyətlərindən biri 

beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün dövlətlərarası münasibətlərdə qarşılıqlı 

inama və  əməkdaşlığa üstünlük verilməsidir. Təşkilatın 1994-cü ildə keçirilən Brüssel 

sammitindən sonra NATO üzvü olmayan ölkələrlə  də münasibətlər yaratmaq nəzərdə 

tutulmuşdur. 1993-cü ildən etibarən NATO-nun keçmiş sosialist ölkələri hesabına 

genişlənməsi məsələsi aktuallaşdı. Bu ölkələrdən Polşa, Çexiya və Macarıstan 1999-cu 

ilin aprelində, 2004-cü ildə isə Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, 

Latviya və Estoniya  NATO-ya üzv qəbul edildilər.  

Dünya siyasətində mühüm təsir gücünə malik çoxfunksiyalı regional qurumlardan 

biri də  Qərbi Avropa İttifaqıdır. Qərbi Avropa İttifaqı (QAİ) 1948-ci ildə Brüssel 

müqaviləsi  əsasında yaradılmışdır. Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, 

İspaniya,  İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Fransa kimi Qərbi Avropa 

dövlətləri bu təşkilatın ilkin üzvləri,  Norveç, Türkiyə,  İslandiya assosiativ, Avstriya

İsveçrə, Finlandiya, İrlandiya isə müşahidəçi üzvü olmuşdur. Ümumiyyətlə, 28 Avropa 

ölkəsi hazırda QAİ-nin nüfuz dairəsindədir.  Petersberq bəyannaməsinə (1992) görə, 

QAİ-yə beynəlxalq münaqişələrin aradan qaldırılması üçün preventiv tədbirlər görmək 

və digər humanitar aksiyaların həyata keçirilməsində silahlı qüvvələrdən istifadə etmək 

səlahiyyəti verilmişdir.  Bu bəyannamədə və Maastrixt bəyanatında (1992) QAİ, NATO 

və Avropa İttifaqı arasındakı münasibətlərin formalaşması prinsipləri öz əksini tapmışdır. 

1999-cu ildə Köln şəhərində keçirilən tədbirdə QAİ  və Avropa İttifaqının (Aİ) xarici 

siyasət, hərbi məsələlərlə bağlı birgə mövqedən çıxış etmələrinin vacibliyi qeyd edilmiş 

və bu məqsədlə  Aİ-nin tərkibində yeni koordinator vəzifəsinin yaradılması  qərara 

alınmışdır.   

Afrika Birliyi Təşkilatı  (ABT) 1963-cü ildə yaradılmış və tərkibində 50-dən çox 

dövləti birləşdirir. ABT də çoxfunksiyalı regional qurum hesab olunur. Bu regional 

təşkilatın idarə olunması Hökumət və Dövlət Başçılarının Assambleyası, Nazirlər 

Şurası, Baş Katiblik və xüsusi komissiyalar tərəfindən həyata keçirilir. Həmçinin, Afrika 




 

159


İqtisadi Birliyi, Ümumafrika Telekommunikasiyalar İttifaqı, Ümumafrika Poçt İttifaqı və s. 

xüsusi agentliklər  ABT-nin vəzifələrinin yerinə yetirilməsində mühüm rol oynayırlar.  

ABT-nin Afrika xalqları qarşısında  ən böyük xidmətlərindən biri qitənin 

müstəmləkədən azad edilməsi və aparteid əleyhinə fəal mübarizə aparması ilə bağlıdır. 

Təşkilat qitədə müxtəlif motivli münaqişələrin aradan qaldırılması üçün böyük səylər 

göstərmiş, hətta 1993-cü ildə münaqişələrin həllinə dair xüsusi mexanizmini də  işləyib 

hazırlamışdır. Lakin maliyyə  mənbələrinin və lazımi siyasi dəstəyin olmaması bu 

məsələlərin həllinə imkan verməmişdir. Afrikada nüvə silahından azad zona haqqında 

müqavilənin imzalanması (1996) ABT-nin böyük nailiyyəti kimi dəyərləndirilir.  

Amerika Dövlətləri Təşkilatı (ADT). ADT çoxfunksiyalı regional təşkilat olaraq 

1948-ci ildə regionda sülhün və  təhlükəsizliyin qorunması, hərbi sahədə  əməkdaşlığa  

nail olunması  və üzv dövlətlərin inkişafının təmin edilməsi məqsədilə yaradılmışdır. 

Qərb yarımkürəsinin (Amerika və Latın Amerikası ölkələri) 34 dövləti bu təşkilatın işində 

yaxından iştirak edir. ADT-nin idarəetmə strukturu Baş Assambleya, xarici işlər 

nazirlərinin məsləhətçi müşavirəsi, sosial, iqtisadi, təhsil, elm və  mədəniyyət sahələri 

üzrə  şuralar, Baş Katiblik və s. orqanlardan təşkil edilmişdir. Soyuq müharibənin başa 

çatması ADT-nin fəaliyyət strategiyasında və metodlarında yeni meyllərin  əmələ 

gəlməsinə  səbəb olmuşdur. Demokratiya və insan hüquqlarının müdafiəsi, korrupsiya, 

terrorizm və narkobiznesə qarşı mübarizə aparılması ADT-nin əsas məqsədlərindən 

biridir. Təşkilat demokratik mühitin yaradılması üçün Haiti, Peru  və Qvatemalada böyük 

missiya həyata keçirmişdir.  



Ərəb Dövlətləri Liqası  (ƏDL).    Bu çoxfunksiyalı regional ictimai-siyasi təşkilat  

1945-ci ildə yaradılmış  və öz tərkibində 22 ərəb dövlətini birləşdirir. Təşkilatın  əsas  

məqsədi üzv dövlətlər arasında qarşılıqlı münasibətləri, iqtisadi, siyasi və  mədəni 

əlaqələri inkişaf etdirməkdən ibarətdir.  Eyni zamanda, təşkilat xarici təcavüz zamanı 

üzv dövlətlərin müzakirələr aparmasını  və müvafiq qərarlar qəbul etməsini nəzərdə 

tutur.  Liqa regionda sülhün və  təhlükəsizliyin təmin edilməsi üçün münaqişəli 

vəziyyətlərin aradan qaldırılmasında yaxından iştirak edir. Təşkilatın 2003-cü ildə 

keçirilən  sammitində  ərəb ölkələri  İraq müharibəsində  iştirak etməməyə çağırılmış  və 

İraq hakimiyyətindən BMT-nin qətnamələrini yerinə yetirməsi xahiş olunmuşdur.  

ƏDL-in ali orqanı ildə iki dəfə toplaşan  Şuradır.  Şuranın iclasları hökumət və 

dövlət başçıları, xarici işlər nazirləri, səfirlər və yaxud daimi nümayəndəliklər 

səviyyəsində keçirilir. Şuranın sədrliyinə növbəlik  ərəb  əlifbasına uyğun olaraq 

müəyyənləşir. Şurada hər bir üzv dövlət bir səsə malikdir.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə