Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə70/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   66   67   68   69   70   71   72   73   ...   229

 

180


şübhəsiz,  ayrı-ayrı dövlətlərin əlaqə  və münasibətlərinin müəyyən edilməsində etnik 

və dini təəssübkeşlik prinsipi əsas rol oynayır və çoxəsrlik tarixi olan bu amili 

beynəlxalq siyasətdə tamamilə inkar etmək mümkün deyil. O hər zaman dövlətlərarası 

münasibətlərin qurulması və inkişafına öz ciddi təsirini göstərmiş, göstərir və bundan 

sonra da göstərəcəkdir.  Lakin dövlətlərarası münasibətlərin sırf etnik və dini  

mənsubiyyət əsasında qurulması,  bir qayda olaraq, müasir beynəlxalq münasibətlərin 

inkişaf tendensiyası ilə  ziddiyyət təşkil  edir və bu meyara istinad edən dövlətlərin 

beynəlxalq aləmdən təcrid olunması  təhlükəsi yaranır. Buna görə  də,  eyni dinə  və 

soykökə malik xalqlar və dövlətlər arasında da əlaqələrin qurulması, mədəni, 

humanitar və s. sahələrdə münasibətlərin yaradılaraq gücləndirilməsi ifrat millətçi və 

dini meyllərin yaranması istiqamətində deyil,  bərabərhüquqlu, qarşılıqlı-faydalı 

əməkdaşlıq, dünya inteqrasiyası istiqamətində inkişaf etdirilməlidir. 

1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın xarici siyasət sahəsində 

tutduğu yolun mahiyyəti məhz bu amillərlə  səciyyələnir. Ölkə  Konstitusiyasının  7-ci  

maddəsində göstərilir ki, Azərbaycan dövləti demokratik,  hüquqi, dünyəvi, unitar 

respublikadır. Deməli,  onun  xarici  siyasəti  də bu prinsipləri özündə  əks etdirməli, 

beynəlxalq münasibətlərin hüquqi və demokratik əsaslar  üzərində  qurulmasına 

istiqamətlənməlidir. 

Bu mövqedən çıxış edən Azərbaycanın  xarici siyasəti xalqın  və dövlətin 

strateji maraqlarını tam əks etdirməklə  bərabər,  həm də beynəlxalq hüquq 

normalarına,  beynəlxalq təşkilatların  əsas prinsiplərinə, bəşəri birgəyaşayış 

qaydalarına tam uyğunlaşdırılmışdır. 

Azərbaycan Respublikası  Konstitusiyasında göstərilir ki,  "Azərbaycan 

Respublikası başqa dövlətlərlə münasibətlərini  hamılıqla  qəbul edilmiş beynəlxalq 

hüquq normalarına uyğun qurur". Beynəlxalq hüquq normalarında nəzərdə tutulan 

prinsiplər Azərbaycanın da üzv olduğu BMT-nin nizamnaməsində, ATƏT-in "Helsinki 

aktı"nda və "Paris və  İstambul xartiyalarında" öz əksini  tapmışdır. Azərbaycan 

dövlətinin beynəlxalq,  regional və dövlətlərarası münasibətlər sahəsində  əsaslandığı  

əsas  prinsiplər aşağıdakılardan ibarətdir: 

- hər bir dövlətin suveren hüquqlarına hörmət, bir-birinin daxili işlərinə 

qarışmamaq, ölkələrin dövlət quruculuğu və sosial-siyasi inkişaf modelləri arasındakı 

fərqlərdən asılı olmayaraq seçdiyi  inkişaf  yoluna hörmətlə yanaşmaq, dövlətlərarası 

münasibətlərdə beynəlxalq normaları və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə 

yetirmək; 




 

181


- beynəlxalq  hüquq normaları  və prinsiplərinə uyğun olaraq dövlətlərin  ərazi 

bütövlüyünün pozulmasına,  sərhədlərinin zorla dəyişdirilməsinə    və dövlət 

müstəqilliyinin təhlükə altına alınmasına yol verməmək, mübahisəli məsələləri dinc 

yolla həll etmək; 

- ictimai-siyasi, iqtisadi  və  mədəni əlaqələrdə bərabərhüquqlu, qarşılıqlı-faydalı 

əməkdaşlıq,  ortaq maraq və mənafeləri  qorumaq, qarşılıqlı təhlükəsizliyə can atmaq, 

dinc və faydalı əməkdaşlıq üçün perspektivli addımlar axtarmaq və həyata keçirmək

- ikitərəfli  əlaqələrdə beynəlxalq hüquq normalarını  və sivil birgəyaşayış 

qaydalarını, başqa dövlətlərin, regional və beynəlxalq birliklərin mənafelərini nəzərə 

almaq; 


- xalqların və millətlərin öz  müqəddəratlarını    təyin hüququna hörmət etmək, 

insan hüquqlarını və haqlarını qorumaq; 

- separatizmə,  terrorizmə,  dövlətlərin və xalqların təhlükəsizliyinə,  maddi və 

mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı birgə mübarizə 

aparmaq; 

- bəşəriyyəti və    ayrı-ayrı  dövlətlərin  xalqlarını narahat edən qlobal 

problemlərin həlli istiqamətində birgə çalışmaq, bütün səyləri birləşdirmək və sair. 

Beynəlxalq prinsiplər BMT, ATƏT və digər beynəlxalq təşkilatların üzvü olmuş 

bütün dövlətlər  üçün  məcburi  xarakter daşıyır.  Bəşər cəmiyyəti  bəhs etdiyimiz 

prinsipləri beynəlxalq münasibətlər sisteminin və sivil birgəyaşayışın  əsas hüquq 

normasına çevirmək üçün yüzillərlə qanlı müharibə  və dağıntılarla müşayiət olunan 

tarixi bir dövr keçmişdir. 

Hazırda bütün dünya dövlətləri,  beynəlxalq və  məhəlli təşkilatlar istər ayrı-

ayrılıqda,  istərsə də birgə bağladığı müqavilələrdə, həyata keçirilən tədbirlərdə,  BMT-

nin Nizamnaməsində, Beynəlxalq Konvensiyalarda ATƏT-in 1975-ci ildə imzalanmış 

"Helsinki Aktı"nda, 1990-cı il "Paris  Xartiyasında" və 1999-cu il “İstambul 

Xartiyasında” öz əksini tapmış prinsip və normaları qorumağa, onlara əməl etməyə 

borcludurlar. 

Beynəlxalq hüquq  normaları  və  prinsipləri  hazırda beynəlxalq münasibətlər 

praktikasında hamının qəbul edə biləcəyi, sivil dövlətlərarası münasibətlərin inkişafına 

və möhkəmlənməsinə bu və ya digər dərəcədə müsbət təsir göstərə biləcək  yeni-yeni 

kollektiv sənədlərlə,  müqavilə  və maddələrlə  zənginləşdirilir. Azərbaycan müstəqillik 

illərində  bir çox belə birgə  sənədə imza atmış, özünün hüquqi fəaliyyət və öhdəlik 

dairəsini genişləndirmişdir. 




 

182


Müstəqil Azərbaycan diplomatiyası bəhs olunan sivil məcraya və normal inkişaf 

istiqamətinə düşmək üçün 1991-ci ilin sonundan günümüzə  qədər mürəkkəb və 

ziddiyyətli bir yol keçmişdir. 

Ümumiyyətlə, müstəqil Azərbaycan  dövlətinin  xarici  siyasət tarixinə  qısa 

nəzər salsaq, görərik ki, 1991-ci ildə  və 1992-ci ilin birinci yarısında  Azərbaycan 

dövlətinin xarici siyasətinin  əsasını Rusiya-Azərbaycan  əlaqələri və bütövlükdə 

Rusiyaya meyllilik strategiyası      təşkil   edirdi.   Azərbyacan hökuməti  SSRİ-nin 

dağılması  ərəfəsində dünyada və SSRİ-də gedən ictimai-siyasi proseslərə,  

beynəlxalq  və regional hadisələrin  inkişaf meyllərinə zidd siyasət yeridərək, bütün 

mümkün vasitələrlə Sovet hökumətini qoruyub saxlamağa çalışanlarla bir sırada 

dayanır və respublikanın bu qurum tərkibindən ayrılmasına yol verməməyə  səy 

göstərirdi.  Bu məqsədlə hətta  SSRİ-nin dağılmasına cəmi bir neçə ay qalmış  Sovet 

İttifaqının saxlanılması haqqında Moskvanın təşkil etdiyi referendumu (mart 1991-ci il) 

Azərbaycanda da  keçirərək, səsvermədə iştirak  edənlərin guya 93,3%-nin SSRİ-nin 

saxlanılmasına tərəfdar olması haqqında mərkəzə saxta məlumat  da vermişdi. 

Mərkəzi hakimiyyətin  əksinə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi o 

zaman SSRİ-nin saxlanılması haqqında referendumun Naxçıvan  ərazisində 

keçirilməsindən imtina  edərək,  əhalinin müstəqillik  əzmini və arzularını nümayiş 

etdirmişdir. 

Əslində xalqın  təzyiqi  və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə  qəbul 

edilmiş  30  avqust 1991-ci il "Müstəqillik haqqında Bəyannamə" və 18 oktyabr 1991-ci 

il "Müstəqillik  haqqında  Konstitusiya  Aktı"  da SSRİ-nin  tam dağılmasını təsdiqləyən 

8 dekabr 1991-ci il tarixli Belovejsk sazişinə  qədər hüquqi sənəd qüvvəsinə 

mindirilmədi.  Onun hüquqi sənəd kimi qüvvəyə malik olmasını  təmin edəcək 

"Müstəqillik haqqında" referendum yalnız 1991-ci il dekabrın 29-da keçirildi və  SSRİ-

nin saxlanılması haqqında 1991-ci il mart referendumunun nəticələri qüvvədən salındı. 

Bütün bunlar göstərir ki,  Azərbaycan hökuməti o  dövrdə    nəinki müstəqil siyasət 

yeritmirdi, əksinə, respublikanın o zamankı müstəqillik imkanlarına hər vasitə ilə mane 

olmağa çalışırdı. 

SSRİ dağıldıqdan  və Azərbaycan müstəqil dövlət statusu aldıqdan sonra belə 

A. Mütəllibov hökuməti xarici  siyasətdə  yalnız  Rusiya ilə münasibətlərə ifrat üstünlük 

verərək, beynəlxalq münasibətlərə Moskvanın mövqeyinə uyğun yanaşma kursu 

götürdü.  Bu da sözsüz ki, həmin dövr üçün nə Azərbaycanın iqtisadi, siyasi 

maraqlarını  əks etdirir,  nə  də onun müstəqilliyinin, təhlükəsizliyinin,  ərazi 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə