Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə72/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   68   69   70   71   72   73   74   75   ...   229

 

185


reallıqlarını,  onların kəsişən və toqquşan maraqlarını dəqiq müəyyənləşdirmək, çevik 

manevrlər və xüsusi taktiki gedişlərlə Azərbaycanın dövlətçilik mənafelərini maksimum 

qorumaq idi. 

Digər tərəfdən, geniş elmi və analitik təhlil  əsasında Azərbaycanın geosiyasi 

vəziyyəti və dövlətin ona təsir etmək üçün real  imkanları öyrənilməli, bütün diplomatik 

vasitələr səfərbər edilməli, müvafiq tədbirlər proqramı  işlənib hazırlanmalı idi. 

Azərbaycanın 1993-cü  ilin  ikinci yarısına qədər beynəlxalq aləmdə  uğursuzluğa 

düçar olması əsasən məhz bu amillərin nəzərə alınmaması  nəticəsində baş vermişdir. 

Həmin dövrdən başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq  

siyasətə  təsiretmə imkanlarının dərin nəzəri təhlili  əsasında xarici siyasət kursunda 

mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına  yönəlmiş  əməli  

dəyişikliklər edildi.  İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq 

münasibətlər müstəvisində yeri, Avropa  ölkələri  və    ABŞ-la, keçmiş sovet 

respublikaları və Rusiya ilə, müsəlman dünyası və İranla, türkdilli dövlətlər və Türkiyə 

ilə, Cənubi  Asiya  dövlətləri və başqa ölkələrlə  əlaqələrinin yaxın dövr üçün 

prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi,  hər  qrupa daxil  olan  

ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş,  bütün amilləri nəzərə 

alan sistemi yaradıldı. 



 

 3. XARİCİ  SİYASƏTİN ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri – müstəqilliyin 



möhkəmləndirilməsi,  təhlükəsizliyin,  ərazi bütövlüyünün və iqtisadi maraqların təmin 

olunması  və s. özünəməxsus xüsusiyyətlərlə,  vəzifə  və taktiki gedişlərlə  fərqlənən 

müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi.  Ölkənın müstəqilliyinin 

dönməzliyinə nail olmaq,  onu tədricən  ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, 

tarixən formalaşmış xarici iqtisadi,  siyasi  və    mədəni  əlaqələrdən  müstəqillik 

mənafeləri üçün   səmərəli  istifadə etmək,  Şərqlə  Qərb  arasındakı münasibətlər 

sistemində Azərbaycanın özünəməxsus yer tutmasını  təmin etmək üçün  region  

dövlətlərinin köklü mənafelərinə  və maraqlarına toxunmamaq şərti ilə çoxşaxəli və 

tarazlaşdırılmış siyasət  həyata keçirildi. 

İlk növbədə  regionda  böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı 

əməkdaşlıq prinsiplərinə əsaslanan  ikitərəfli münasibətlər  qaydaya salındı.  İki ölkə 

arasındakı münasibətləri normallaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, 




 

186


vasitələr araşdırıldı,  hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni 

əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı. 

Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə  əlaqələrdən bəhrələnmək, 

bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət 

kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı.  1993-cü  il 

sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın  

başqa rəhbər  şəxsləri  ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması 

məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.  

Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya 

çıxan təzyiqlərə birgə sinə gərmək, yeni iqtisadi və dövlətlərarası münasibətlərə uyğun 

ikitərəfli və çoxtərəfli  əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, 

Belorusiya, Gürcüstan, Moldova və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla 

kəskin münasibətlərə  malik  olan Orta  Asiya respublikaları  ilə münasibətlərin köklü 

şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi. 

Həmin dövr  üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət 

kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban 

qonşuluq münasibətlərinin yaradılması idi. Çünki tarix boyu bu regionda baş verən 

ictimai-siyasi proseslər bölgə  xalqlarının və dövlətlərinin bir-birinə qarşı qoyulması 

yolu ilə  gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması 

sahəsində  səylərin qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik 

problemlərinin və strateji dövlətçilik mənafelərinin  eyniliyi, bölgə dövlətlərinin qarşı-

qarşıya qoyulması hallarının aradan qaldırılması  zərurəti bu yöndə xüsusi xarici 

siyasət yeridilməsini  və  region dövlətləri arasındakı  hərtərəfli  əlaqələri tənzimləyən 

münasibətlər  yaradılmasını tələb edirdi.   

1993-cü ilin sonundan etibarən Azərbaycanın  xarici  siyasətində  bu istiqamət  

xüsusilə aydın parametrlər kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan 

cəbhəsində atəşkəsin  əldə olunması, 1996-cı  il martın 8-də Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri  zamanı "Qafqaz 

bölgəsində sülh, sabitlik və  təhlükəsizlik haqqında" Azərbaycan-Gürcüstan 

Bəyannaməsinin imzalanması respublikamızın Qafqazda  həyata keçirdiyi xarici 

siyasətin  mühüm uğuru idi.  Tbilisidə iki dövlət başçısının imzaladığı birgə 

Bəyannamə "Ümumi Qafqaz evi" ideyasının  əməli olaraq həyata keçirilməsinin 

başlanğıcını qoydu. 



 

187


Azərbaycanın regiondakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən 

qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları  və sülhsevər 

siyasəti bu ideyanın reallaşmasına  əlverişli zəmin yaratdı. Lakin Ermənistanın 

təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz evi” 

ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin “Ümumi Qəfqaz evi” 

təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.  

Azərbaycan dövləti özünün bütün  inkişafı   boyu Yaxın və  Orta Şərqin  ən 

nüfuzlu və aparıcı ölkələri olan İran  və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi 

təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olmuşdur. İstər Azərbaycanın 

hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsə  də bu iki dövlətin öz aralarında mövcud 

olan  əlaqələri hər  zaman respublikamızın  həm daxili həyatı, həm də beynəlxalq 

vəziyyətinə öz təsirini göstərmişdir.  Ona görə də,  müstəqil Azərbaycan diplomatiyası 

hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki, bir tərəfdən, onların imkanlarından və  

bölgədə    kəsişən maraqlarından  Azərbaycan  dövlətçiliyinin mühüm  problemlərinin 

həll edilməsində istifadə etsin,  digər tərəfdən, respublikanın inkişafını və maraqlarını 

bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin. 

Lakin 1993-cü ilin ortalarına qədər  Azərbaycanın xarici siyasət kursunda bu 

mühüm prinsipin əhəmiyyəti lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış 

xarici siyasət strategiyası Azərbaycanın cənub  qonşusu olan İranla münasibətlərinin 

kəskin siyasi-ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi. 

İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycanın 

beynəlxalq vəziyyətinə deyil,  həm də respublikanın daxili həyatına  əhəmiyyətli  təsir 

göstərmək imkanlarını  nəzərə alan ölkə başçısı  İranla gərgin vəziyyətə çatdırılmış 

siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və 

əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı  əlaqələri bütün  

mümkün yollar və vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq 

gərgin və  səmərəli  iş  apardı.  Bunun  nəticəsində artıq  1993-cü ilin sonu- 1994-cü 

ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq mümkün oldu. 

Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərini normal, sivil, 

qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və  tərəfdaşlıq müstəvisi üzərinə keçirmək 

üçün çox ciddi və  məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu. Hər 

şeydən  əvvəl,  region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı 

münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil 

dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı  mənafeyi üzərində 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə