Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə74/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   70   71   72   73   74   75   76   77   ...   229

 

191


Beləliklə, müstəqillik dövründə mürəkkəb formalaşma mərhələlərindən keçmiş 

Azərbaycanın xarici siyasəti 1993-cü ilin ikinci yarısından etibarən ölkənin həyati 

mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli 

işlənib hazırlanmış,  özünün aydın,  konkret vəzifə  və istiqamətləri,  prioritetləri  ilə  

seçilən,  bitkin, ardıcıl və prinsipial xarakter kəsb etməyə başlamışdır. Azərbaycanın 

dövlət müstəqilliyini qorumaq,  möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya 

olunması üçün dinc və  əlverişli beynəlxalq  şəraitin təmin edilməsinə yönəlmiş 

çoxşaxəli, tarazlaşdırılmış,  fəal xarici siyasətinin nəticəsidir ki, respublikamız planetin  

siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin qlobal 

problemlərinin  həllində təsirli və əhəmiyyətli  mövqe qazanmışdır.   

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və 

proseslərdə Azərbaycan dövləti layiqincə  təmsil olunur, öz mövqeyini bildirir və 

mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və 

iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın  ən qüdrətli dövlətlərinin,  

nüfuzlu təşkilat və  qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq 

normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və  inkişafına əlverişli 

zəmin yaratmışdır. 

 

4. AZƏRBAYCANIN XARİCİ SİYASƏT PRİORİTETLƏRİ 



 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması həm də 

Azərbaycanda müstəqil dövlət quruculuğu  prosesi ilə müşayiət olunduğundan dövlətin 

rastlaşdığı bütün problemlər  onun xarici siyasətinə də öz təsirini göstərmişdir. SSRİ-nin 

və keçmiş sosialist birgəyaşayış  tərzinin təsirindən qurtarmaq, müstəqil xarici siyasət 

kursu formalaşdırmaq, onun əsas prioritetlərini, məqsəd və  vəzifələrini, istiqamətlərini 

müəyyən etmək, dünya siyasəti  müstəvisinə  çıxmaq və beynəlxalq münasibətlər 

sisteminə qatılmaq gənc və təcrübəsiz dövlət üçün o qədər də asan bir iş deyildi. Odur 

ki, müstəqilliyin ilk illərində ölkənin xarici siyasət kursunda və hökumətin bu yönlü 

fəaliyyətində ciddi nöqsanlar, ziddiyyətli, qeyri-müəyyən və qeyri-ardıcıl qərarlar da 

olmuşdur ki, bütün bunlar Azərbaycanın həm daxili həyatına, müstəqil dövlət quruculuğu 

prosesinə, həm də  onun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə qatılması 

işinə öz mənfi təsirini göstərmişdir.  

Hər bir dövlət öz xarici siyasəti qarşısındakı  vəzifələri həyata keçirmək üçün  

uzunmüddətli strateji və operativ cari fəaliyyət proqramı hazırlayır. Uzunmüddətli strateji 



 

192


fəaliyyət proqramı dövlətin gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və 

yerindən asılı olaraq müxtəlif məqsəd və  vəzifələr üzərində  qurulur.  Bunların  ən 

vacibləri və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, 

dünyaya müvəffəqiyyətli intqerasiya və beynəlxalq münasibətlər sistemində özünə layiq 

yer tutmasını, ərazi bütövlüyü və suveren hüquqlarının təmin edilməsini, vətəndaşlarının 

firavan həyatını təmin etmək məqsədilə xarici aləmin  imkanlarından istifadə edilməsini 

və s. aid edirlər.  

Uzunmüddətli xarici siyasət strategiyası konkret zaman, məkan və şəraitə uyğun 

olaraq dövlətlərin  cari xarici siyasət proqramının hazırlanmasını  və yürüdüləcək 

siyasətin, görüləcək işlərin prioritetlərinin (mövcud zaman, məkan və  şəraitdə 

reallaşdıracağı birinci dərəcəli vəzifələr) müəyyən edilməsini tələb edir. Əslində xarici 

siyasət sahəsindəki prioritetlər dövlətin uzunmüddətli xarici fəaliyyətinin tərkib hissəsi, 

qarşısında duran vəzifələrin daha dəqiqləşdirilmiş, qruplaşdırılmış, təsnifatlaşdırılmış və 

mövcud zaman, məkan çərçivəsində önə çıxarılmış hissəsidir.  

Ölkənin xarici siyasət prioritetləri  tədqiqatçıların fikrinə görə,  dövlətin rəsmi və 

qeyri-rəsmi institutlarının, vətəndaş  cəmiyyətinin və ictimaiyyətin tələb və istəklərinin 

sintezi nəticəsində formalaşmış ümumi rəy  əsasında müəyyən olunur. Ümumi rəyin 

fəaliyyət proqramına çevrilməsi və milli səviyyədə həyata keçirilməsinin koordinasiyasını 

dövlət öz institutları, hüquqi və fiziki şəxsləri vasitəsilə reallaşdırır.   

Xarici siyasət prioritetlərinin koordinasiyasını  həyata keçirən  əsas institut Xarici 

İşlər Nazirliyi hesab olunur. Bu nazirlik mövcud zaman, məkan və  şərait çərçivəsində 

dövlətin  ictimai tələblərini öyrənir, ümumiləşdirir, xarici aləmlə  təmasda onun 

reallaşması proqramını hazırlayır, dövlətin ali rəhbərliyinə  təqdim edir və  həyata 

keçirilməsi işini təmin edir. Prioritetlərin reallaşması  işində Xarici İşlər Nazirliyi həm 

dövlətin bütün mövcud resurslarını  və gücünü, həm də ölkə    vətəndaşlarının, dövlətə 

loyal münasibəti ilə seçilən  siyasi partiya, ictimai təşkilatların, ayrı-ayrı hüquqi və fiziki 

şəxslərin imkanlarını  səfərbər edir. Bu mənada xarici siyasət və onun prioritet 

vəzifələrinin həlli tələbləri milli birliyin yaranmasında stimul kimi çxış edir.  Xüsusən 

böhran və müharibə vəziyyətlərində, ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü və xalqın 

həyatı üçün təhlükə  yarandığı  məqamlarda insanlarda  vətənpərvərlik hisslərinin 

güclənməsi, maraqların və baxışların yaxınlaşması baş verir. Bu hisslərdən düzgün 

istifadə olunan, millətinin istək və arzuları mövcud şəraitə  və zamana görə doğru 

istiqamətləndirilən, real iqtisadi, siyasi, hərbi, demoqrafik  və s. imkanları nəzərə alınan 

ölkələrdə prioritetləri reallaşdırmaq mümkün  olur.  Əks təqdirdə  millət qeyri-real və 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə