Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə77/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   73   74   75   76   77   78   79   80   ...   229

 

198


Azərbaycan müstəqilliyinin ilk illərində xarici valyutaların tam təsiri altında 

olduğundan, ciddi  iqtisadi, siyasi, maliyyə-kredit böhranı ilə üzləşdiyindən yenicə 

dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə bilmədi. Bundan başqa,  qeyri-

professional makro və mikroiqtisadi addımlar, kredit, investisiya və pul siyasəti  ölkəni 

xarici kapitalın (rubl və dolların) tam təsiri altına saldı. Qısa zaman çərçivəsində 

inflyasiya fantastik həddə çatdı, büdcə, xəzinə proqnozları iflasa uğradı.  

1993-2005-ci illərdə  həyata keçirilən işlər və görülmüş  tədbirlər böhranı aradan 

qaldırdı, inflyasiyanı  sabitləşdirdi, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-

kredit problemlərini həll etdi.  2005-ci ildə manatın denominasiyası haqqında fərman 

imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid 

fonda  yığılması  və istifadəsi strategiyası müəyyən edildi. Azərbaycanın müasir xarici 

siyasət prioritetlərindən birini mövcud sabit vəziyyəti təmin etməklə ölkənin xarici kapital 

və investisiya üçün “əlverişli dövlət imicini” qoruyub saxlamaq, xarici aləmin 

imkanlarından istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək, yeni-yeni iş yerləri 

açmaq, manatın sabit kursunu  və inflyasiyanı idarə etmək, beynəlxalq maliyyə 

qurumları ilə  səmərəli  əməkdaşlığı davam etdirmək, xarici borcların səviyyəsini 

nəzarətdə saxlamaq və getdikcə Azərbaycanın xarici kapitaldan və neft gəlirlərindən 

asılılığını aradan qaldırmaqdan ibarətdir. 

Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin təmsil 

olunduğu Avropa Birliyi sisteminə (iqtisadi, siyasi, sosial, mədəni sahədə) və qlobal 

dünya siyasəti məkanına inteqrasiya mühüm yer tutur. Bu sistemə daxil olmaqla 

Azərbaycan həm özünün mövcud resurslarından xalqının  firavan həyatnın təmin 

edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı  əldə 

edir. Həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın  ölkə 

iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri-neft sektorunun inkişafına nail olunması  

imkanı qazanır. Bununla bağlı, Avropa İttifaqı  və ABŞ-ın imkanlarından istifadə edərək 

ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və dünya 

standartlarına qaldırmaq imkanı da yaranar. Odur ki, Avropa İttifaqı    və bütün digər  

beynəlxalq maliyyə strukturları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət 

Təşkilatı, Avropa Yenidənqurma və  İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq 

Azərbaycanın  xarici iqtisadi siyasətinin əsas prioriteti hesab olunur.  

Azərbaycan Qərbə özünün  Avrasiya məkanındakı  əhəmiyyətli geosiyasi 

vəziyyətini  və  zəngin enerji resurslarını lazımi səviyyədə  təqdim etməklə,  Cənubi 

Qafqazın  lider dövləti statusunu öz əlində saxlaya bilər və saxlamalıdır.  Qərbin köməyi 




 

199


və davamlı  dəstəyi  ilə iqtisadiyyatda struktur islahatlarını müvəffəqiyyətlə başa 

çatdırmaq, dünyanın liberal  ticarət-biznes məkanına daxil olmaq üçün əlverişli 

beynəlxalq dəstək almaq və dinamik inkişaf yoluna çıxmaq xarici siyasətin mühüm 

prioriteti olaraq qalır.  

Azərbaycanın xarici siyasət prioritetləri sırasına eyni zamanda dünyada 

beynəlxalq hüquq normalarına  əsaslanan  sivil birgəyaşayış normalarının bərqərar 

olması, dövlətlərin beynəlxalq hüquqlarının qorunması üçün təsirli tədbirlərin görülməsi, 

beynəlxalq təşkilatların, xüsusən BMT, ATƏT, NATO kimi qurumların dünyada sülhün 

və  təhlükəsizliyin  təmin olunmasında daha yaxından iştirakının artırılması  və s. 

məsələlər də daxildir.  

Azərbaycan transmilli dünya siyasətində yaxından iştirak edir. Müasir beynəlxalq 

münasibətlər sistemində    baş verən bütün hadisələr və  cərəyan edən tendensiyalar 

dövlətin daxili və xarici vəziyyətinə bilavasitə  təsir göstərir.  Qloballaşma və dünya 

siyasətinin  transmilliləşməsi, regional inteqrasiya, transmilli demokratikləşmə, 

liberallaşma və s. kimi proseslərdə ölkənin vahid strateji yanaşma nümayiş  etdirməsi və 

iştirakı bütün dünyada izlənir və qiymətləndirilir.  Odur ki, həm bu yöndə atılan praktik 

addımlar, həm də görülən işlərin beynəlxalq aləmdə düzgün təqdim olunması xarici 

siyasətin  əsas prioritetlərindən birini təşkil edir.  Nəzərə alınsa ki, Amerika və Avropa 

İttifaqı  dövlətləri müasir dövrdə öz xarici siyasətlərini dünya ölkələrinin demokratik 

transformasiyası üzərində qurur və  hər bir ölkə beynəlxalq münasibətlər sistemində 

demokratik dəyərlərə münasibətinə görə qiymətləndirilir, onda bu işin  nə qədər prioritet 

olduğunu anlamaq olar. 

Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlıların istinad yeri, qürur 

mənbəyi və doğma Vətənidir.  Odur ki, ölkə daxilində olduğu kimi, bütün dünya 

ölkələrində yaşayan azərbaycanlıların,  onlara məxsus  əmlak və mülkiyyətin, 

soydaşlarımızın milli və  vətəndaş haqlarının qorunması da xarici siyasətin prioritet 

istiqaməti kimi diqqət mərkəzindədir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar eyni 

zamanda Azərbaycan dövləti üçün  dünyanın ayrı-ayrı ölkələrində, regionlarda  və 

bütövlükdə beynəlxalq aləmdə baş verən  hadisələrə  təsir etmək  anlamında xarici 

siyasət resursu kimi çıxış edir. Bu resursu qorumaq, imkanlarını artırmaq, həm 

azərbaycanlıların öz hüquqlarının dolğun təmin olunmasında, həm də  Vətənin 

mənafelərinin qorunmasında onlardan istifadə etmək xarici siyasətdə    ən vacib 

prioritetlərdən biridir.  



 

200


Azərbaycanın xarici prioritetləri sırasına region maraqlarının sistemləşdirilməsi və 

reallaşması istiqamətində görülən vacib işləri də aid etmək olar. Məsələn, Dağlıq 

Qarabağ problemi  və Ermənistan-Azərbaycan  münaqişəsini həll etməklə yanaşı, 

Azərbaycan  İran, Türkmənistan və  Rusiya ilə kəsişən və toqquşan  maraqların ortaq 

nöqtəsini tapmaq və əlaqələri yaxşılaşdırmaq, Türkiyə, Ukrayna, Gürcüstanla və strateji 

maraqları  ölkəmizlə üst-üstə düşən digər region ölkələri ilə müttəfiqlik əlaqələrini daha 

da inkişaf etdirmək, Xəzər dənizinin statusu, TRASEKA, Şərq-Qərb enerji-nəqliyyat-

kommunikasiya layihələrinin həllində müttəfiqlərlə birlikdə səy göstərmək kimi vəzifələri 

də həll etməlidir.  

Bundan başqa,  Avrasiya  məkanında həyata keçirilən beynəlxalq və regional 

inteqrasiyada  öz layiqli yerini tutmaq, ölkənin milli maraqlarını  maksimum qorumaq və 

təmin etmək vəzifəsi Azərbaycandan xüsusi düşünülmüş və balanslı siyasət tələb edir. 

Bu regionda Rusiya başda olmaqla MDB, İran başda olmaqla  İƏT, Türkiyə başda 

olmaqla  Türkdilli Dövlətlər Birliyi, ayrıca Avropa İttifaqı, Çin, ABŞ  və başqa ölkələrlə 

əlaqələr sistemi çox mürəkkəb və ziddiyyətlidir. Bütün bunlar Azərbaycanın xarici 

əlaqələrində balanslı regional siyasət yürütməyi xüsusi bir prioritet kimi irəli çıxarır. 

Balanslı regional siyasət  ölkənin bugünkü təhlükəsizliyi və müstəqil gələcəyi üçün ən 

mühüm təminat rolunu oynaya biləcək faktordur.  

 

 

5. AZƏRBAYCANIN XARİCİ  SİYASƏT RESURSLARI VƏ MEXANİZMLƏRİ 

 

Azərbaycanın xarici siyasətinin müəyyən edilməsi və  həyata keçirilməsində 

əsasən ölkə Prezidenti, Milli Məclis, Baş nazir, Prezident Administrasiyası və Xarici İşlər 

Nazirliyi və digər mərkəzi icra orqanları  iştirak edirlər. Dövlətin xarici siyasətini 

xarakterizə etmək baxımından məhz bu strukturların rolunun, səlahiyyətlərinin, 

vəzifələrinin (Konstitusiya və qanunlara uyğun olaraq), xarici siyasət idarəsinin 

strukturunun, iş formalarının, səfirliklərin, nümayəndəliklərin fəaliyyətinin öyrənilməsi 

mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasında daxili və xarici siyasət sahəsində ali icra 

hakimiyyəti funksiyasını Azərbaycan Prezidenti həyata keçirir.  Ölkə Konstitusiyasına 

görə (maddə 8),  dövlət başçısı Azərbaycanın xarici siyasətinə  rəhbərlik edir, dövlətin 

adından danışıqlar aparır, müqavilələr bağlayır, xarici ölkə səfirlərinin etimadnamələrini 

qəbul edir, xarici işlər nazirini, xarici ölkələrdəki ölkə səfirlərini və nümayəndələrini  təyin 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə