Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə76/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   72   73   74   75   76   77   78   79   ...   229

 

196


müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi kimi 

vəzifələrin həllində beynəlxalq aləmin dəstəyi qazanılmışdır.  

1991-93-cü illərdə  xarici aləmin kəşfiyyat və xəfiyyə poliqonuna çevrilmiş, siyasi, 

hərbi, dini, missioner təşkilatların dərin yuva saldığı ölkənin milli təhlükəsizlik məsələləri 

həll edilmişdir.  

Azərbaycanın düşmənləri səviyyəsinə qaldırılmış iri region dövlətləri – Rusiya və 

İranla, erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı sanksiyalar qəbul etmiş ABŞ-la, 

Fransa və  İngiltərə ilə, Orta Asiyanın qonşu türk respublikaları    və başqa dövlətlərlə 

münasibətlər sahmana salınmışdır. Beynəlxalq və regional  təşkilatlarla  əlaqələr 

intensivləşdirilmiş, onların imkanlarından Azərbaycanın problemlərinin həlli 

istiqamətində istifadə etmək üçün tədbirlər görülmüşdür. 

 Xarici təbliğat  və informasiya fəaliyyətini  qaydaya salmaq üçün ölkə daxilində 

mühüm işlər görülmüş, xarici kəşfiyyat, informasiya və  xəfiyyə orqanlarının 

Azərbaycandakı fəaliyyəti nəzarətə götürülmüşdür.  

Beləliklə, müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması 

və inkişafının  tarixi qısa olsa da, mühüm hadisələrlə  zəngindir.  Bu fəaliyyətin tarixi, 

ədəbiyyatda öyrənilməsi də mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Xarici 

siyasət fəaliyyətinin qurulmasının  əsas məqamları, inkişaf tendensiyaları, beynəlxalq 

münasibətlər sistemində  Azərbaycanın özünəməxsus yer tutması  və başqa məsələlər 

tədqiqatçıların diqqət mərkəzinə  çıxarılmalı, görülən və görüləcək işlər, uğurlar və 

uğursuzluqlar  təhlil olunmalı, nəzəri və praktiki tövsiyələr verilməlidir.  

Müstəqilliyinə nail olduğu gündən Azərbaycanın xarici siyasətinin  əsas 

prioritetlərindən biri dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin 

təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını  təmin etmək  və beynəlxalq təhlükəsizlik  

sistemi ilə bağlamaqdan ibarət idi.  Bu prioritet bu gün də xarici siyasət kursunun əsas 

vəzifələrindən birini təşkil edir və onun  reallaşdırılması  istiqamətində iş davam etdirilir.  

Çünki  Azərbaycanın dövlət müstəqilliyi yolunda mövcud olan  əsas təhlükələr 1995-ci 

ildən başlayaraq əsasən aradan qaldırılsa da, onun təhlükəsizliyinin təmin olunmasının 

təminatı  məsələsi hələ  də açıq qalır. Xüsusən nəzərə almaq lazımdır ki, ölkə 

ərazisindən  xarici işğalçı ordu çıxarılmayıb, onun ərazi bütövlüyü, sərhədlərinin 

toxunulmazlığı  ilə bağlı beynəlxalq  hüquqları  təmin olunmayıb. Bundan başqa

Azərbaycanın iqtisadi, siyasi, ekoloji, informasiya, ərzaq və s. təhlükəsizliyinin də 

qorunması istiqamətində xarici aləmlə  aparılan işlər davam edir və onların  ölkə 

daxilində reallaşdırdığı layihələr dövlətin milli təhlükəsizlik  maraqlarına uyğunlaşdırılır.  




 

197


Azərbaycanın müdafiə qabiliyyətinin yüksəlməsi, ordu quruculuğunun NATO 

standartlarına müvafiq inkişaf  etdirilməsi və s. vəzifələr həyata keçirilir. 

Azərbaycanın milli təhlükəsizliyinin  əsas problemi Ermənistanla  münaqişə 

vəziyyətindən çıxmaq, Dağlıq Qarabağ problemini həll etmək, işğal altındakı torpaqları 

geri qaytarmaq, bütün ölkə  ərazisində      dövlətin suveren hüquqlarını  bərpa emək və 

sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu problemlərin həllində 

Azərbaycanın  ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyən, bu 

mövqeyin  əleyhinə  çıxış edən və bitərəf mövqe nümayiş etdirən dövlətlər, beynəlxalq 

və regional təşkilatlar mövcuddur. Əsas vəzifə sözsüz ki,  mövqelərimizi müdafiə 

edənlərin sayını artırmaq məqsədilə xarici siyasət fəaliyyətini gücləndirmək, bu 

ölkələrlə, təşkilatlarla hərtərəfli iş aparılmasıdır.  

Azərbaycanın yerləşdiyi Avrasiya bölgəsində  dövlətlərin hərbi təhlükəsizliyini  

təmin edən iki sistem – Rusiyanın rəhbərlik etdiyi “Kollektiv Təhlükəsizlik  Müqaviləsi” və 

ABŞ-ın hegemon olduğu NATO bloku, eyni zamanda müstəqil olaraq öz 

təhlükəsizliyinin qeydinə qalan İran mövcuddur. Yaxın illərdə NATO-ya qoşulmaq  qeyri-

real görünür.  “Kollektiv Təhlükəsizlik Müqaviləsi”nə qoşulmaq isə Azərbaycanın 

planlarına daxil deyil.  Yaxud Azərbaycan  İran və Türkmənistan  kimi bloklara 

qoşulmamaq (bitərəf ölkə) siyasəti yürütmək fikrində  də deyil. Göründüyü kimi, Avropa  

təhlükəsizlik sisteminə (NATO-ya) inteqrasiya olunana qədər kənar təsir və təzyiqlərdən 

qorunmaq, öz hərbi təhlükəsizliyini təmin etmək ölkənin xarici siyasət prioriteti olaraq 

qalır. 

Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas  qismini 



neft təşkil edir.  1994-cü ildən başlayaraq həyata keçirilən  yeni neft strategiyasının  

reallaşdırılması  vəzifəsi  dövlətin xarici siyasətinin prioritetlərindən biridir.  Bu 

strategiyanın  əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan 

karbohidrogen ehtiyatlarının  qabaqcıl Qərb texnologiyası və investisiya imkanlarından 

səmərəli istifadə etməklə dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarlarına 

çıxarılması, satışından  əldə edilən vəsaitlə ölkənin digər sahələrinin, qeyri-neft 

sektorunun inkişafına nail olunması, bugünkü və  gələcək nəsillərin firavan həyatının 

təmin edilməsindən və s. ibarətdir.  Bu sahədə Xəzərin sektor bölgüsü, neft kəmərlərinin 

çəkilişi və  təhlükəsizliyi, investisiya təminatı, dünya neft-qaz bazarında lazımi yeri 

tutmaq və s. kimi çətinliklərin aradan qaldırılması  və  nəzərdə tutulan işlərin həyata 

keçirilməsi üçün xarici  dövlətlərin imkanlarından maksimum yararlanmaq xarici 

siyasətin əsas prioritetlərindən birini təşkil edir.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə