Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə78/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   74   75   76   77   78   79   80   81   ...   229

 

201


edir, səfirlik və nümayəndəlikləri təsis etmək üçün Milli Məclisə təqdimat verir, ayrı-ayrı 

vəzifəli  şəxslərə ölkə adından danışıqlar aparmağa, müqavilə  və sazişlər imzalamağa 

səlahiyyətlər verir və başqa funksiyaları həyata keçirir. 

Prezident dövləti xarici aləmdə, beynəlxalq  münasibətlər sistemində təmsil edir, 

ölkənin xarici aləmlə gündəlik ali təmaslarını yaradır, dövlət başçıları ilə  əlaqə qurur, 

vacib sənədləri, xarici siyasət aktlarını, bəyanatları, teleqram və məktubları imzalayır.  

Dövlətin xarici siyasət fəaliyyətinin və ölkə başçısının müəyyən etdiyi xarici 

syasət kursunun əsas icraçı orqanı Xarici İşlər Nazirliyidir. Bu orqan ölkənin xarici 

aləmlə gündəlik təmaslarını qurur,  ölkə başçısının tapşırıqlarını icra edir, xarici 

ölkələrdəki səfirlik və nümayəndəliklərin işinə  rəhbərlik edir, Azərbaycanda 

akkreditasiya olunmuş xarici ölkə səfirlikləri və nümayəndəliklərinin fəaliyyətinə, onların  

hökumətlə təmaslarına şərait yaradır.  

Azərbaycanın xarici siyasət fəaliyyətində  iştirak edən orqanlardan biri ali 

qanunverici hakimiyyət - Milli Məclisdir.  Konstitusiyaya görə, Milli Məclisin xarici siyasət 

fəaliyyətinin həyata keçirilməsindəki birbaşa rolu əsasən diplomatik nümayəndəliklərin 

yaradılması, diplomatik fəaliyyət haqqında qanunların qəbulu, xarici ölkələrlə bağlanan 

dövlətlərarası müqavilələrin ratifikasiyası, yaxud  ləğv edilməsi, ölkənin beynəlxalq  

konvensiya və sazişlərə    qoşulması haqqında qərar qəbul edilməsindən ibarətdir 

(Maddə 95). Xarici İşlər Nazirliyi ilə birlikdə Milli Məclis beynəlxalq münasibətlər 

sistemində, bilavasitə  də  iştirak edir, xüsusən xarici ölkələrin qanunverici hakimiyyət 

orqanları ilə  əlaqələrin qurulması  və  əməkdaşlıq sahəsində mütəmadi fəaliyyəti qeyd 

etmək lazımdır. 

Milli Məclis beynəlxalq və regional parlament təşkilatlarında dövləti təmsil edir, 

üzv dövlətlər üçün məcburi xarakter daşıyan mühüm qərarların qəbul edilməsində, 

Beynəlxalq Konvensiyalara qoşulmaqda və öhdəliklərin götürülməsində iştirak edir. 

Milli Məclis dolayı yolla da ölkənin xarici siyasət fəaliyyətində  iştirak edir. Belə 

iştirak büdcənin  qəbulu zamanı Xarici İşlər Nazirliyinə, xarici nümayəndəliklərə  və 

səfirliklərə ayrılan vəsaitlərin təsdiq edilməsi, xarici siyasətə  aidiyyatı olan qanunların 

qəbul edilməsi, mühüm beynəlxalq hadisə    və aksiyalara münasibət bildirilməsi və s. 

şəklində özünü göstərir. 

Azərbaycanın xarici siyasəti və beynəlxalq  əlaqələrində Xarici İşlər Nazirliyi ilə 

yanaşı digər nazirliklər, komitələr,  şirkətlər və idarələr də  iştirak edir. Ölkədə  fəaliyyət 

göstərən  65 mərkəzi icra hakimiyyəti orqanlarının demək olar ki, hamısı xarici aləmlə, 



 

202


ayrı-ayrı dövlətlərin müvafiq idarələri, beynəlxalq, regional qurumlarla, hökumətlərarası 

regional qurumlarla, hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə əlaqələrə girirlər. 

Bundan başqa, Azərbaycanan yerli icra hakimiyyət orqanları qonşu dövlətlərin, 

ayrı-ayrı xarici ölkələrin  şəhərləri, rayonları, quberniya və vilayətləri ilə iqtisadi, sosial, 

mədəni və ticarət  əlaqələrinə girir, qardaşlaşmış  şəhər-rayon münasibətləri yaradır, 

sərhədyanı və müştərək ticarət  mərkəzləri və s. əlaqələrdə iştirak edirlər.  

Azərbaycanan milli təhlükəsizlk maraqlarının qorunması, beynəlxalq təhlükəsizlik 

sistemi ilə  əlaqələndirilməsi, beynəlxalq terrorizmə narkobiznesə qarşı birgə mübarizə 

aparılması sahəsində Milli Təhlükəsizlik Nazirliyinin apardığı iş də ölkənin xarici siyasət 

fəaliyyətinin mühüm tərkib hissəsidir. Bu nazirlik ölkənin Milli Təhlükəsizlik 

Konsepsiyasının reallaşdırılması  məqsədilə dünyada yaşanan beynəlxalq təhlükəsizlik 

məsələlərinin öyrənilməsi və onun ölkə  təhlükəsizliyinə  təsiri  ilə bağlı analitik 

məlumatların hazırlanması  və ölkənin müvafiq qurumlarına göndərliməsi; ölkə 

başçısına, Xarici İşlər Nazirliyinə    və digər dövlət qurumlarına beynəlxalq və milli 

təhlükəsizlk məsələləri ilə bağlı prioritet təkliflərin, mülahizələrin verilməsi; Müdafiə 

Nazirliyi ilə birlikdə ölkənin, regionun və dünyanın hərbi-siyasi vəziyyəti ilə bağlı  təhlili 

material və  təkliflər verilməsi; sərhəd  xidmətlərinə, gömrük və daxili işlər orqanlarına 

Milli Təhlükəsizlik Konsepsiyasının həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər haqqında 

tövsiyələr verilməsi  və s. vəzifələri həyata keçirir.  

Xarici siyasət fəaliyyəti və beynəlxalq münasibətlər sahəsində ölkənin milli 

təhlükəsizlik maraqlarının koordinasiyasını Azərbaycan Respublikası Prezidentinin 

yanında Təhlükəsizlik Şurası həyata keçirir. 

Şura Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlikləri,  Sərhəd 

Xidməti ilə birgə ölkə maraqlarına xələl gətirə biləcək xarici təhlükələr  haqqında analitik 

məruzələr və görülə biləcək  mümkün tədbirlər haqqında təkliflər hazırlayır. Bundan 

başqa, daxili və xarici təhlükələrin ölkənin milli təhlükəsizliyinə  təsirini azaltmaq üçün 

dövlət qurumlarının atacağı addımların, görə biləcəyi işlər haqqında təkliflərin 

müəyyənləşdirilməsi, bu qurumların daimi fəaliyyətinin koordinasiya edilməsi də 

bilavasitə Təhlükəsizlik Şurasının  vəzifəsi hesab olunur. 

Göründüyü kimi, xarici siyasət fəaliyyətinin koordinasiyası və vahid xarici siyasət 

xəttinin aparılması işi Xarici İşlər Nazirliyinin üzərinə qoyulsa da, digər dövlət qurumları 

da bu işdə yaxından iştirak edirlər. 

Azərbaycan dövlətinin xarici siyasəti və beynəlxalq münasibətlərinin gündəlik 

operativ və cari işlərini Xarici İşlər Nazirliyi həyata keçirir. Nazirlik özünün aparatı, xarici 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə