Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə81/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   77   78   79   80   81   82   83   84   ...   229

 

208


mərkəzləri sırasında mühüm yer tutur. Bu mövqe getdikcə güclənir və Azərbaycan 

özünün tranzit imkanlarını daha da genişləndirir.  Ən  əsası isə dünyanın  əsas 

qloballaşma və regional inteqrasiya mərkəzləri  (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, 

Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın tranzit ölkə mövqelərinin  

güclənməsində maraqlıdırlar və bu işə ciddi səy qoyurlar. 

Azərbaycanın demoqrafik resursları da digər Cənubi Qafqaz ölkələri ilə 

müqayisədə üstündür. Ölkə  əhalisinin sayı 8 mln. 300 min, hər kv.km.-ə    düşən sıxlıq 

95,5 nəfərdir. Azərbaycanın demoqrafik  göstəriciləri (əhalinin artım sürəti) az da olsa,  

müsbət istiqamətdə inkişaf edir. Keyfiyyət tərkibinə görə  də ölkə  əhalisi dünya 

standartlarına yaxındır.  Əhalinin təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş 

meyarları, miqrasiya, urbanizasya göstəriciləri həm daxili inkişaf üçün, həm də qlobal 

iqtisadi əlaqələr baxımından yararlıdır.  

Hazırda bütün dünyada baş verən qloballaşma prosesləri Azərbaycan əhalisinin 

də  həm daxili hərəkətinə  (urbanizasiya), həm də ölkə xaricinə miqrasiyasına təkan 

vermişdir. Müstəqillik dövründə  kənd  əhalisinin təxminən bir milyona yaxını Bakı 

şəhərinə  köçmüş, bir o qədər də ölkə  əhalisi  xarici ölkələrə miqrasiya etmişdir. 

Bunların daha çoxu mövsümi işlər üçün  xaricə gedənlər,  az qismı isə öz yaşayış yerini 

daimi dəyişənlərdir.  Əhali arasında bazar iqtisadiyyatına keçidlə  və SSRİ dövründə 

tikilmiş iri sənaye müəssisələrinin işləməməsi ilə bağlı müəyyən işsizlik  mövcud olsa 

da, bu boşluq miqrasiya və yeni istehsal-kommersiya müəssisələrinin yaranması 

hesabına  kompensasiya olunur.  

Azərbaycanın demoqrafik resursları  sırasına xarici ölkələrdə yaşayan 

azərbaycanlıları da aid etmək olar. Cənubi Azərbaycanda, Gürcüstan, Rusiya (Dərbənd 

vilayəti) və başqa ölkələrdəki tarixi vətənlərində yaşayan azərbaycanlılarla yanaşı digər 

soydaşlarımız da ölkə ilə  əlaqələrini  kəsməmiş (bunların sayı  təxminən 1 milyona 

yaxındır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunur. Məhz 

ikincilər (uzaq xaricdə yaşayanlar) Azərbaycanda yaşayan  valideynləri, qohumları ilə 

mütəmadi əlaqə yaradır, onların maddi  problemlərinin həllində iştirak edir, yaşadıqları 

ölkələrdə qazandığı  pulların bir qismini  öz Vətənlərində müxtəlif işlərə yönəldirlər. Odur 

ki, bu qəbildən olan azərbaycanlılar Azərbaycanın həm daxili,  həm də qlobal 

inkişafında, onun sabit və  təhlükəsiz yaşayışında, problemlərinin həllində daha çox 

maraqlıdırlar. Bu da Azərbaycan dövlətinə xarici siyasətdə onlardan öz əhali resursu 

kimi istifadə etmək imkanı verir.  



 

209


Azərbaycanı  Cənubi Qafqazda, Avrasiya məkanında və dünyada fərqləndirə 

biləcək əsas faktorlar sırasına onun iqtisadi resurslarını aid etmək olar.  İqtisadi təhlillə 

məşğul olan tədqiqatçılar ölkənin iqtisadi potensialını çox yüksək qiymətləndirirlər.  

Cəmi 8 milyondan bir az çox  əhalisi olan Azərbaycanın zəngin təbii, xüsusən enerji və 

karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit torpağa, kənd təsərrüfatı və sənaye 

infrastrukturlarına, işlək  əhaliyə  və turizm  üçün əlverişli resurslara malik olması onun 

iqtisadi perspektivlərini xüsusi cəlbedici edir.  

1996-cı ildən başlayaraq ümumi daxili məhsul istehsalının orta hesabla hər il 

10%-dən yuxarı artımı, inflyasiyanın sabit saxlanması,  əhalinin pul gəlirlərinin və 

yaşayış həddinin yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin  payının 

artması, idxal-ixrac  saldosunun  bərabərləşməsi və s. ölkənin iqtisadi resurslarının 

səmərəli istifadəsindən xəbər verir.  

Azərbaycanda bazar iqtisadiyyatına keçid, biznes mühitinin liberallaşması, 

iqtisadi rəqabətin yaradılması, özəlləşmə  və maliyyə-pul islahatatlarının müsbət 

nəticələri son beş ildə hiss olunacaq dərəcədə özünü göstərməkdədir.  Bütün bunlar 

müasir dünya göstəriciləri ilə müqayisədə müsbət qiymətləndirilir. 

Əgər Sovet hakimiyyəti illərində Azərbaycan bəzi  ərzaq məhsullarının 

istehsalında (ət, yağ, kartof, taxıl və s.)  əsasən xarici ölkələrdən asılı vəziyyətdə idisə, 

müstəqillik dövründə bu balans daxili istehsal hesabına kəskin dəyişib (taxıl istisna 

olmaqla). 

Azərbaycan iqtisadiyyatı müstəqilliyinin ilk illərində  əsasən xarici kapitaldan və 

neft sənayesindən asılı idisə, indi yerli kapital və qeyri-neft sektorunun payı getdikcə 

yüksəlir. Dövlətin xarici borclarının miqdarı milli iqtisadiyyat üçün heç bir təhlükə 

yaratmır və digər postsovet ölkələri ilə müqayisədə çox aşağı həddədir.  

Azərbaycanın xarici şirkətlərlə birgə  Xəzər dənizinin milli sektorunda kəşf etdiyi 

və istehsalına başladığı neft-qaz ehtiyatları ölkəni dünya enerji bazarında mühüm bir 

faktora çevirmişdir.  Hazırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin enerji 

sahəsində  ən sabit və etibarlı partnyorlarından biri kimi dəyərləndirərək,  onun dünya 

enerji bazarına çıxması üçün lazım olan köməkliyi göstərirlər. 

İqtisadiyyatın qloballaşdığı yeni minillikdə    Azərbaycan dünyanın  universal 

iqtisadi  sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya 

Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı  və başqa qurumlarla 

hərtərəfli əməkdaşlıq edir.  



 

210


Azərbaycan iqtisadiyyatı müasir dünya miqyasında hələ ki, özünün enerji və 

xammal resursları,  müəyyən qədər kənd təsərrüfatı  məhsulları ilə  təmsil olunur. 

Düzdür, xarci kapital qoyuluşunun həcminə görə Azərbaycan qabaqcıl ölkələr 

sırasındadır, lakin bu investisiyların da çoxu neft, qaz, enerji, nəqliyyat və 

kommunikasiya layihələrinə yönəlib.  Potensial imkanı geniş olan qeyri-neft sektoru, 

turizm, kənd təsərrüfatı  və emal sənayesi hələ ki, əsasən daxili kapital hesabına 

maliyyələşir. 

Azərbaycan Cənubi Qafqaz və keçimş postsovet məkanında iqtisadi potensialına 

görə yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Belarusdan geridə qalır. Qalan digər 

respublikalardan həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə irəlidədir.  

Azərbaycan hərbi resurslarına görə  də    Cənubi Qafqazın lider dövləti hesab 

olunur. Baxmayaraq ki, ATƏT-in “Avropada adi Silahlı Qüvvələr haqqında” müqavilənin 

cinah sazişi ilə (bu müqavilə 15 may 1992-ci ildə Azərbaycanın o zamankı müdafiə 

naziri R. Qazıyev tərəfindən imzalanmışdır)  Qafqazda Azərbaycan, Gürcüstan və 

Ermənistan bərabər sayda tank (hər biri 220), zirehli döyüş maşını (220), top (285) və 

hərbi təyyarə (100) saxlaya bilər. Əlbəttə, bü müqavilədə   Azərbaycanın hüquqları  açıq 

şəkildə pozulmuş, həm ərazisinin həcmi,  həm də əhalisinin  sayı nəzərə alınmadan ona 

Gürcüstan və Ermənistana ayrılan kvota həcmində ağır hərbi texnika saxlamaq hüququ 

verilmişdir.  Halbuki ərazisinin həcmi və  əhalisinin sayına müvafiq bölgü aparılsa idi 

(qalan bütün dövlətlərdə bölgü məhz bu prinsiplərlə aparılıb) Azərbaycanın kvotası tank 

üzrə müvafiq olaraq 565, ZDM üzrə 860, top üzrə 566 ədəd olmalı idi.  

Azərbaycanın daimi ordusunun miqdarı  (əhalinin sayına müvafiq olaraq)  həm 

Gürcüstandan, həm də Ermənistandan  çoxdur. Bundan başqa, ordu quruculuğuna 

yönəltdiyi ümumi xərclərə görə  də  Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab 

olunur. 

Azərbaycanın xarici siyasət resursları  sırasına onun dövlət vəzifələrini həyata 

keçirən siyasi hakimiyyət strukturları da daxildir. Ölkənin siyasi idarəçilik institutlarını 

fərqləndirən  əsas xarakterik xüsusiyyətləri sırasına tədqiqatçılar Prezident başda  

olmaqla güclü, möhkəm daxili birliyə malik icra hakimiyyətinin mövcudluğunu

hakimiyyət qanadları arasında konstruktiv əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin 

hökm sürməsini, daxili və xarici siyasət sahəsində vahid strateji xətt yürüdülməsini qeyd 

edirlər.  

Azərbaycanın siyasi hakimiyyəti 1993-2005-ci illər arasında dəqiq 

müəyyənləşdirilmiş xarici siyasət prioritetləri, istiqamət və vəzifələri çərçivəsində effektiv 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə