Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə89/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   85   86   87   88   89   90   91   92   ...   229

 

232


göstərməsinə şərait yaranırdı ki, bu da müstəqil Azərbaycan dövləti üçün ciddi təhlükə 

yaradırdı. Belə vəziyyətin daha da kəskinləşməsinə imkan vermək olmazdı. 

Həmin vaxt  ABŞ-ın  Azərbaycan  dövlətçiliyi  üçün əhəmiyyətini, 

müstəqilliyimizin və  təhlükəsizliyimizin təmin olunmasında rolunu və yaranmış 

gərginliyin doğura biləcəyi təhlükəli vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan MR Ali 

Məclisinin sədri Heydər  Əliyev 1993-cü ilin yanvarında ABŞ Prezidenti Bill Klintona 

məktub göndərdi.  Məktubda yenicə prezidentlik fəaliyyətinə başlayan Bill Klintonu  

təbrik  edən Heydər  Əliyev ümidvar olduğunu bildirirdi ki, o, müstəqil Azərbaycan 

Respublikasına xoş və xeyirxah münasibət bəsləyəcək, dünyanın bir çox regionlarında  

baş verən silahlı konfliktlərin həllinə nail olmaq, Naxçıvanın Ermənistan tərəfindən 

blokadaya alınmasını aradan  qaldırmaq üçün Amerika dövlətinin  bütün 

imkanlarından  istifadə edəcəkdir. 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər  Əliyevin məktubu Ağ evdə  dərhal 

reaksiya doğurdu. 1993-cü ilin yanvar ayında  ABŞ  və Rusiya prezidentləri Dağlıq 

Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə  bəyanat 

verərək, münaqişəni  nizama salmaq üçün tezliklə ATƏM-in Minsk konfransının 

çağrılmasına tərəfdar olduqlarını  bəyan etdilər. 

Bunun ardınca,  1993-cü il fevral ayının 4-də ABŞ-ın Azərbaycandakı  səfiri 

Riçard Mayls Naxçıvana yola düşdü.  O, Ali Məclisin sədri Heydər  Əliyevlə  görüş 

zamanı ABŞ Prezidenti Bill Klintonun bölgədə yaranmış vəziyyətlə bağlı narahatlığını 

çatdırmaqla bərabər, Naxçıvana təcili humanitar yardım göstərilməsi haqqında 

Prezidentin  qərarı barədə Dövlət Departamentinin humanitar yardımlar üçün 

proqramının rəhbəri Riçard Armitac  tərəfindən göndərilən  məktubu  təqdim etdi.  

Görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, Ermənistan-

Azərbaycan  münaqişəsi  və  Dağlıq Qarabağ problemi, Naxçıvanın blokadası və onun 

ağır nəticələri haqqında geniş fikir mübadiləsi edilmiş, bütün bu problemlərin həlli 

yolları aranmışdır. 

Az keçmədən Azərbaycana qarşı  hər cür yardımı qadağan edən "907-ci 

düzəlişə" baxmayaraq,  Amerikanın humanitar yardımla yüklənmiş  təyyarəsi 

Naxçıvana enir.  Bu, Azərbaycan-ABŞ  əlaqələrində    gərginliyin yumşaldılmasına  və 

aradan qaldırılmasına yönələn ilk addım kimi gələcək münasibətlərə  də öz müsbət 

təsirini göstərdi. 

1993-cü ilin aprel-may aylarında Bakıda və Vaşinqtonda iki ölkənin səfirlikləri 

fəaliyyətə başladı. Bunun ardınca konqresmen Qreq Laflinin başçılıq etdiyi 




 

233


nümayəndə heyətinin və Demokrat Partiyasından Konqresin üzvü Riçard Lemanın 

rəhbərliyi ilə bir qrup  konqresmenin Azərbaycana səfərləri oldu. Kəlbəcərin 

Ermənistan tərəfindən işğalı ilə bağlı ABŞ Prezidenti Bill Klinton Azərbaycan 

Prezidentinə  məktub göndərərək ermənilərin Kəlbəcəri işğal etməsini pislədi. Eyni 

zamanda,  həmin dövrdə ABŞ Türkiyə  və Rusiya ilə birlikdə erməni silahlı  

qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və münaqişənin ATƏM çərçivəsində 

danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanmasında və onun həyata 

keçirilməsi istiqamətində  səylər göstərdi. 1993-cü ilin may-iyun aylarında ABŞ-ın 

Dövlət Departamentinin Dağlıq Qarabağ problemi üzrə danışıqlarda nümayəndəsi Con 

Mareska və yeni müstəqil dövlətlərlə  əlaqələr üzrə müşaviri  Stroub  Talbott Bakıya 

səfər etdi. Lakin bütün bunlar ABŞ-ın münaqişəyə tam fəallıqla yanaşması, 

Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət verməsi və Dağlıq Qarabağ 

problemini aradan qaldırmaq üçün malik olduğu imkanlardan maksimum istifadə 

etməsi demək deyildir. Hələlik ABŞ-ın rəsmi dairələri Ermənistan-Azərbaycan 

münaqişəsi və Dağlıq Qarabağ probleminin mahiyyəti,  təcavüzkar və təcavüzə məruz 

qalmış  tərəflər, münaqişənin  həllinin prinsipləri və yolları haqqında tam obyektiv və 

prinsipial mövqedən çıxış etmirdilər. 

Bir tərəfdən,  Ə.Elçibəy hökumətinin passiv xarici siyasəti, digər tərəfdən, 

Ermənistanın və Amerikada yaşayan erməni lobbisinin anti-azərbaycan  təbliğatı  və 

tədbirləri rəsmi Vaşinqtonu Azərbaycandan çox uzaq bir qütbə salmışdı. Məhz elə 

bunun nəticəsi idi ki, 1993-cü ilin sonuna qədər Vaşinqton Ermənistan-Azərbaycan 

münaqişəsi və Dağlıq Qarabağ problemi ilə bağlı dəfələrlə Ermənistanın mövqeyini əks 

etdirən, onu münaqişədə haqlı hesab edən bəyanatlar yaymış,  bu ölkəyə həm mənəvi, 

siyasi,  həm də maddi yardım göstərmişdir.  Azərbaycana münasibətdə  isə,  əksinə,  

müxtəlif sanksiyalar tətbiq etmiş, haqq işi uğrunda ədalətli mübarizə apardığı halda onu 

günahlandırmışdır.  Ermənilər  bu  dövrdə istədiklərinə qismən nail olsalar da, 

Azərbaycanda 1993-cü ilin yayında baş verən ictimai-siyasi dəyişikliklər  və  bunun 

nəticəsində Heydər  Əliyevin yenidən rəhbərliyə qayıtması onların çirkin əməllərinin 

qarşısına sipər çəkdi. Ermənistanın anti-azərbaycan siyasətinə  qarşı Azərbaycan 

rəhbərliyinin daha uzaqgörən və çevik siyasəti qoyuldu.  Heydər Əliyev hələ Naxçıvan 

MR Ali Məclisinin sədri vəzifəsində  işləyərkən dəfələrlə o zamankı Azərbaycan 

rəhbərliyini xəbərdar etmişdi ki, ermənilərin 1988-ci ildən beynəlxalq aləmdə 

Azərbaycana qarşı yeritdikləri təbliğat və informasiya müharibəsi çox təhlükəlidir və bu 

ağır nəticələrə gətirə bilər. 




 

234


Bu təhlükənin reallığı 1992-ci ilin sonunda tam təsdiqləndi. Məlum oldu ki:  

əvvəla, keçən dörd ildə ermənilər bütün dünyada Azərbaycan xalqını qaniçən, 

fundamentalist, sivil dünya dəyərlərindən çox uzaq, erməniləri, xristianları soyqırımına 

məruz qoyan,  məhv edən vəhşi bir millət kimi tanıtmış; ikincisi, öz irticaçı və işğalçı 

sifətlərini məharətlə gizlədərək və dünya ictimai rəyində müsəlmanların  əhatəsində 

məhv olan, yazıq erməni siması yaradaraq, Azərbaycan dövlətinə və xalqına qarşı əsl 

nifrət oyada bilmiş;  üçüncüsü, formalaşmış anti-azərbaycan beynəlxalq rəyindən 

məharətlə istifadə edərək, bir tərəfdən, Azərbaycan torpaqlarını  işğal etmiş,  yüz 

minlərlə  əhalini  öz  torpağından didərgin salmış, digər tərəfdən isə ABŞ  və başqa 

böyük dövlətlərin beynəlxalq himayəsinə  və güclü yardımına nail  olmuş; 

dördüncüsü, aparılmış təbliğat və formalaşmış beynəlxalq rəyə əsaslanaraq ABŞ-da 

və onun Avropa müttəfiqlərində Azərbaycana nifrət hissi  oyatmış,  onun  tam təcrid 

olunmasına və müxtəlif dövlətlərin ona qarşı sanksiyalarının tətbiq edilməsinə nail ola 

bilmişdir. 

1993-cü ildə    Heydər  Əliyevin  hakimiyyətə    gəlişi ilə başlanan Azərbaycan-

Amerika dialoqu  və  müstəqil  dövlətimizin okeanın  əks qütbünə yönələn xarici 

siyasət xətti nəinki bu çirkin erməni siyasətinə öz məqsədlərinə tam nail olmağa imkan 

vermədi,  əksinə,  tezliklə iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına müsbət 

təsirini göstərdi. 

Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti, o cümlədən ABŞ ilə 

münasibətləri yeni mərhələyə  qədəm qoyaraq məqsədyönlü xarakter  aldı  və daha 

ardıcıl surətdə  həyata keçirilməyə başladı. Azərbaycan Respublikası Prezidentinin 

səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər  Əliyev 1993-cü ilin sentyabr 

ayında ABŞ Prezidenti Bill Klinton, vitse-prezident Albert  Qor  və Konqresin spikeri 

Tomas Foliyə  məktub göndərərək, ABŞ Konqresi tərəfindən qəbul edilmiş 907-ci 

düzəlişin qeyri-obyektiv olduğunu  əsaslandırmış  və Azərbaycan barəsində ayrı-

seçkilik bəndinin ləğv olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Vaşinqton 

dərhal bu məktuba reaksiya vermiş və öz nümayəndəsini Bakıya göndərmişdir. 

1993-cü ilin sentyabr ayında Heydər Əliyev   tərəfindən qəbul edilən ABŞ dövlət 

katibinin yeni müstəqil dövlətlər üzrə müşaviri Stroub Talbott Prezident Bill Klintonun  

cavab məktubunu Azərbaycan rəhbərinə  təqdim etmişdir. ABŞ Prezidenti məktubda 

Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemindən narahatlıq 

keçirdiyini bildirməklə  bərabər, Azərbaycana edilən son hücumları  və bunun 

nəticəsində bir çox Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pislədiyini  qeyd etmiş, 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə