Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə79/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   75   76   77   78   79   80   81   82   ...   229

 

203


ölkələrdə  fəaliyyət göstərən diplomatik nümayəndəliklər və  səfirliklər vasitəsilə ölkənin  

xarici əlaqələrinin vahid iş sxemini planlaşdırır və həyata keçirir.  

Xarici  İşlər Nazirliyinin əsas funksiyaları  sırasına ölkənin  xarici siyasət 

strategiyasının  hazırlanması məqsədilə ölkə başçısına təkliflər vermək, gündəlik xarici 

siyasət kursunu həyata keçirmək, ölkənin suveren hüquqlarının, təhlükəsizlik 

maraqlarının, iqtisadi, siyasi və sosial mənafelərinin, Azərbaycan vətəndaşlarının, 

onlara məxsus təşkilatların hüquq və maraqlarının xarici aləmdə qorunması, ölkənin 

diplomaitik və konsulluq xidmətlərinin təşkili və s. aid etmək olar. 

Bundan başqa, Xarici İşlər Nazirliyi ölkənin digər rəsmi orqanlarının  xarici 

siyasət fəaliyyətində vahid standartların və  xəttin müəyyən edilməsi və  

əlaqələndirilməsini də  həyata keçirir. Ümumiyyətlə, Nazirlik ölkənin xarici siyasət 

fəaliyyətinin əsas orqanı kimi, onu gündəlik olaraq həm xarici aləmdə,  həm də ölkənin 

içində (xarici ölkələrin səfirləri, nümayəndələri ilə ünsiyyətdə) təmsil edir. Nazirlik 

tabeçiliyində olan qurumları vasitəsilə xarici aləmlə sistemli əlaqə yaradır, ölkə başçısını 

beynəlxalq  aləmdə baş verən hadisələr haqqında operativ məlumatlarla təmin edir, 

təkliflər verir, qəbul edilmiş  qərarları icra edir. Diplomatik nümayəndəlik və  səfirlikləri 

ixtisaslı kadrlarla  təmin etmək, onların işinə rəhbərliyi həyata keçirmək, daxili və xarici 

informasiya orqanlarını ölkənin xarici siyasəti  və diplomatik fəaliyyəti haqqında operativ 

surətdə məlumatlandırmaq  vəzifəsi də Xarici İşlər Nazirliyinin funksiyaları hesab olunur.  

Xarici  İşlər Nazirliyinin fəaliyyəti “Diplomatik xidmət haqqında” qanun, Prezident 

tərəfindən təsdiq olunmuş əsasnamə və digər qanunvericilk aktları ilə tənzimlənir.  

XİN-in aparatı, departamentləri və Konsulluq idarəsinin işçiləri nazirliyin 

qarşısında qoyulmuş  vəzifələrin həllində mövcud əsasnamənin verdiyi səlahiyyətlər 

çərçivəsində iştirak edirlər.  

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri  hazırda 38 Səfirlik, 

4 Nümayəndəlik, 4 Baş Konsulluq və bir  Fəxri Konsulluqdan ibarətdir. Bu qurumlarda 

bütövlükdə 500 nəfərdən artıq azərbaycanlı diplomat və inzibati işçi çalışır. Bunlardan 

350 nəfəri diplomat, qalanları isə konsulluq  və inzibati xidmət göstərən işçilərdən 

ibarətdir. Diplomatik nümayəndəliklərin sayı ildən-ilə artır.  

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununa görə (maddə 

2) Xarici İşlər Nazirliyi sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı, onun fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı  təşkilatlar və  təhsil 

müəssisələri, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları daxildir. Xarici İşlər 

Nazirliyi Azərbaycanın siyasi, iqtisadi, sosial və digər maraqlarının diplomatik üsul və 




 

204


vasitələrlə  təmin olunması; beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi, 

Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi  şəxslərinin xaricdə 

hüquq və maraqlarının müdafiə olunması, xarici ölkələrlə  və beynəlxalq qurumlarla 

diplomatik və konsul əlaqələrini və s. vəzifələri də həyata keçirir.  

Diplomatik xidmət orqanları    Azərbaycanın xarici dövlətlərlə  və beynəlxalq 

təşkilatlarla münasibətlərdə  təmsil edilməsi, bu sahədə iqtisadi, sosial, elmi-texniki

mədəni və s. əməkdaşlığın inkişafına kömək göstərilməsi, respublikamızla xarici ölkələr 

və beynəlxalq qurumlar arasında danışıqların aparılması  və beynəlxalq müqavilələrin 

imzalanmasının təşkili kimi əsas funksiyaları yerinə yetirir. Həmçinin, burada 

Azərbaycanın xarici və daxili siyasəti, ölkəmizin  sosial və  mədəni həyatı haqqında 

informasiyanın diplomatik nümayəndəliklər vasitəsilə xaricdə yayılmasının təmin 

edilməsi, respublikanın dövlət orqanlarının və kütləvi informasiya  vasitələrinin 

Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti  haqqında məlumatlandırılması 

mühüm yer tutur.  

Ölkəmizin  ərazisindəki diplomatik nümayəndəliklərin və konsulluqların 

fəaliyyətinə kömək göstərilməsi, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən 

təşkilatların fəaliyyətinə  nəzarət edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq  müqavilələrin qeydiyyatı, uçotu və saxlanılması üzrə vahid dövlət sisteminin 

fəaliyyətinin təmin edilməsi diplomatik xidmət orqanlarının funksiyalarına daxildir. 

Göstərilənlərlə yanaşı, bu orqanlar ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 

icrası üzərində ümumi müşahidəni həyata keçirir, beynəlxalq münasibətlər sahəsində 

Azərbaycan qanunvericiliyinin  təkmilləşdirilməsinə və onun  respublikamızın beynəlxalq 

hüquqi öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflər hazırlayır. 

Diplomatik xidmət orqanlarında  vəzifələrə  təyin olunma və  vəzifələrdən azad 

edilmə qaydaları, həmçinin vəzifə  tutan şəxslərlə bağlı  tələblər Azərbaycan 

Konstitusiyası, qanunları  və digər normativ hüquqi  aktlar, ölkəmizin tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrlə    tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti xarici 

səfirlik və nümayəndəliklərin rəhbərlərinə, konsullara Konstitusiyanın 109-cu maddəsinə 

müvafiq olaraq  Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və 

Səlahiyyətli Elçi diplomatik rütbələri verir.  Diplomatik xidmət  əməkdaşlarının rütbələri 

işlərində mühüm nailiyyətlər və ya xüsusi xidmətlər olduğu hallarda, müddətin başa 

çatmasından asılı olmayaraq yerinə yetirən və ya növbədənkənar artırıla bilər.  

Qanuna görə (maddə 12) diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət 

orqanlarının inzibati-texniki xidmətini yerinə yetirən  şəxslərin vəzifə rejimləri ixtisas, 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə