Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə75/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   71   72   73   74   75   76   77   78   ...   229

 

193


avantürist addımlara  sövq olunar ki, bu da onun başqa dövlət və xalqlarla 

qarşıdurmasına səbəb ola bilər.  

Ümumiyyətlə, dövlətin xarici siyasət prioritetlərinin həlli onun obyektiv, yaxud 

subyektiv dəyərləndirilməsindən, istək və arzuların real vəziyyətə 

uyğunlaşdırılmasından asılıdır.  Çünki beynəlxalq aləmin siyasi, iqtisadi, hərbi, 

demoqrafik, informasiya  imkanları və şəraiti qloballaşma nəticəsində elə bir vəziyyətə 

gətirilmişdir ki,  burada nəyin milli marağa uyğun gəlib-gəlməməsini müəyyənləşdirmək 

çox çətindir.  

Ölkənin xarici siyasət prioritetləri açıq diplomatiyaya aid edilir və bir qayda olaraq 

dövlət başçıları, xarici siyasət  idarələri    bu  barədə açıq danışırlar. Prioritetin istinad 

qaynağı milli və milli-dövlət maraqları hesab olunur ki, bunun da əsasını  hər bir ölkənin 

ali qanunu olan Konstitusiya təşkil edir.  

Azərbaycan Respublikasının xarici siyasətinin  əsas vəzifələri və prioritetləri 

Azərbaycan dövlətinin Konstitusiyasında  əks olunmuşdur. Dövlət başçısı Konstitusiya 

tələblərindən çıxış edərək hər bir konkret zaman, məkan və  şərait çərçivəsində xarici 

siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçirilməsini təmin edir. 

Hər bir dövlətin xarici siyasət prioritetlərinin düzgün müəyyən olunması onda öz  

milli maraqlarını, ölkəni əhatə edən qonşu və region dövlətlərinin imkan və mövqelərini, 

dünya siyasəti və beynəlxalq münasibətlərin mahiyyəti  və reallıqlarını, planetin 

birgəyaşayış normalarını müəyyən edən böyük dövlətlərin, beynəlxalq təşkilatların, güc 

mərkəzlərinin maraq və  mənafe çərçivələrini, onlara təsir imkanlarını  dəqiq 

qiymətləndirə bilməsindən asılıdır.  

Hakimiyyət dairələrində ölkənin xarici siyasət perspektivləri, dünya dövlətləri 

arasında qazanacağı  uğurlar, beynəlxalq münasibətlər sistemində tutacağı yer 

haqqında eyforik deyil, real, praqmatik düşüncə olmalı, dövlətin mövcud xarici siyasət 

resursları, dünya dövlətləri üçün kəsb etdiyi iqtisadi, siyasi və  mədəni  əhəmiyyəti 

düzgün dərk edilməli, beynəlxalq münasibətlərin axarı, tendensiyaları, ölkələrin real 

maraqları  nəzərə alınmalıdır. Məsələn, 1992-ci ildə Azərbaycanın siyasi rəhbərlərində 

belə bir fikir  formalaşmışdı ki, SSRİ-nin tərkibindən çıxmaq, demokratik inkişaf və 

Qərbə inteqrasiya kursu elan etməklə bütün dünya ölkələrinin etimadına və  dəstəyinə 

nail olacaq, Azərbaycanı dərhal “Ümumavropa” evinə qəbul etdirəcək və ölkənin iqtisadi 

inkişafı üçün dünya dövlətlərindən hərtərəfli yardım alacaqlar. Əlbəttə, bu,  meydan  

hərəkatından, Qərb dəyərləri və  Qərb ölkələri haqqında müxtəlif təbliğat  vasitələrinin 

ideoloji təsirindən doğan eyforiyadan başqa bir şey deyildi.  




 

194


Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici siyasət prioritetləri bir neçə  əsas 

vacib sahə üzərində qurulmalı idi: 

1. Ölkənin daxilində düşünülmüş siyasət yürütməklə  bütün vətəndaşların, milli, 

sosial təbəqələrin, siyasi, ictimai və digər resursların Azərbaycanın  müstəqil dövlətçiliyi 

və ərazi bütövlüyünün  qorunması ətrafında səfərbər edilməsi; 

2. Bütün xarici siyasət resursları, diplomatik və siyasi  imkanlardan istifadə 

etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş  təhlükələrin aradan 

qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, erməni separatçıları  və Ermənistan 

qoşunlarının ölkənin  ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə 

bölgədə və dünyada müttəfiqlərin qazanılması, əleyhdarların bitərəfləşdirilməsi; 

3. Dünya siyasətinə  təsir imkanı olan böyük dövlətlərlə, beynəlxalq və regional  

təşkilatlarla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək 

institutlarla, kütləvi  informasiya vasitələri ilə, diaspora mərkəzləri və başqa qurumlarla 

hərtərəfli işin aparılması, Azərbaycanın onlar üçün kəsb edəcəyi  əhəmiyyətin 

anladılması; 

4. SSRİ zamanında ölkənin mövcud olan iqtisadi, siyasi, sosial, mədəni 

əlaqələrinin müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirilməsi və tənzimlənməsi, 

bu  əlaqələrin alternativlərinin aranması  və xarici siyasət  istiqamətlərinin yumşaq 

formada, tədricən, milli maraqlara müvafiq şəkildə dəyişdirilməsi; 

5. Regionda  ölkənin maraqlar çərçivəsinin, bu yöndə region dövlətləri ilə əlaqə 

sisteminin, üst-üstə düşən və  kəsişən məqamların tədqiq olunması, çevik və operativ 

fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsi. 

Əlbəttə, bu siyahını istənilən qədər uzatmaq da olar. Əsas məsələ ondadır ki, 

1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi  nəinki bu prioritet vəzifələri müəyyənləşdirib 

həyata keçirə bilmədi,  əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı bir siyasət 

yeridərək ölkəni çətin duruma saldı. Nə vaxtsa, hansısa emosional şəraitdə    səslənən 

“türkün türkdən başqa dostu yoxdur”, “İran ağlını başına yığmalı və Cənubi Azərbaycan 

məsələsini həll etməlidir”, “Orta Asiya dövlətləri müstəqilliklərini özləri qazanmayıb, 

yaxud qeyri-demokratik ölkələrdir, odur ki, onlarla münasibət qurmaq olmaz”, “Rusiya ilə 

bizim haqq-hesabımız hələ irəlidədir”, “Çində insan hüquqları pozulur” və s. bəyanatlarla  

Azərbaycanı  həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də  xarici 

aləmdə çox böyük problemlərlə üzbəüz qoydu.   

Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən 

özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni 




 

195


işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını 

almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər  

müvafiq olaraq o dövrdəki ölkə rəhbərliyinin  taleyini həll etdi.  

Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması  və prioritet vəzifələrin 

müəyyənləşməsi Prezident Heydər  Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə 

Azərbaycanın beynəlxalq münasibətlər sistemində  iştirakı  və özünəməxsus mövqelər 

qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici  aləm üçün kəsb etdiyi maraqlar 

dairəsi, geosiyasi  və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin 

Cənubi Qafqazda, Xəzər regionunda  və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, 

kəsişən maraq dairələri  müəyyənləşdirildi. Beynəlxalq münasibətlərin yeni düzəni

dövlətlərarası    ələqalərin prinsipləri, beynəlxalq  hüququn təsir gücü və dairəsi, 

dünyanın böyük  dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların 

Azərbaycanla bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edildi. 

Dünyada baş verən qloballaşma, demokratikləşmə  və beynəlxalq inteqrasiya 

fonunda gənc bir dövlətin birmənalı müstəqil xarici siyasət  kursunun müəyyən edilməsi 

o zaman çox çətin idi. Xüsusən nəzərə alınsa ki,  Rusiya və  İran qərbyönümlü xarici 

siyasətə xüsusi qısqanclıq və  həssaslıq nümayiş etdirirdilər, qonşu Ermənistan  ərazi 

iddiası    ilə ölkəyə  işğalçı ordu yeritmişdi və Azərbaycan beynəlxalq təcridolunmaya 

məruz qalmışdı, onda Azərbaycanın xarici siyasət fəaliyyətinin hansı  çətin  şəraitdə 

həyata keçirildiyini təsəvvür etmək olardı.  İlk növbədə    Azərbaycanın bir dövlət kimi 

gələcək dünya nizamında yeri,  daxili və xarici siyasətinin xarakteri və prioritetləri 

müəyyən edilməli, Qərbə, Şərqə, yoxsa Rusiyaya və keçmiş SSRİ məkanında mövcud 

olan dövlətlərin birliyinə inteqrasiya xətti seçilməli, ölkənin təhlükəsizliyi hansısa mövcud 

beynəlxalq təhlükəsizlik sistemləri ilə  əlaqədə, yoxsa müstəqil, bitərəf  şəkildə  təmin 

olunması kimi məsələlər həllini tapmalı idı.  Bütün bu məsələlər ətrafında operativ, lakin 

düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş qərarlar qəbul edilməli idi.  

1993-1994-cü illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə  Azərbaycanın xarici 

siyasətinin və beynəlxalq münasibətlər sistemində    təmsilçiliyinin strateji və cari 

vəzifələri, xarici aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. 

Beləliklə, göründüyü kimi, 1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasəti 

özündən müştəbehlik üzərində qurulmuş illüziyalardan, “demokratik utopizm”dən xilas 

olaraq,  real və praqmatik məzmun kəsb etmişdir. Ilk növbədə ölkənin pozulmuş  ərazi 

bütövlüyünün bərpası, işğalçıların Azərbaycan torpaqlarından çıxarılması, dövlət 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə