Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə73/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   69   70   71   72   73   74   75   76   ...   229

 

188


qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər 

sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı. 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin  ən mühüm strateji 

istiqamətlərindən biri də  Qərbin və  Şərqin aparıcı ölkələri ilə münasibətlərin  

tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan 

qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi.  Bunun üçün ilk növbədə Azərbaycanın 

geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin 

amillərin bəhs edilən ölkələrin  iqtisadi  və  siyasi  maraqları ilə uzlaşdırılması 

yönümündə təsirli addımlar atılmalı idi.  

Bu zərurəti tam aydınlığı ilə  dərk edən Azərbaycan hökuməti 1993-cü ilin 

axırlarından başlayaraq həm  Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri 

ayrı-ayrı  təsadüfi  əlaqələr səviyyəsindən sistemli xarici siyasət kursu səviyyəsinə 

qaldırmaq taktikası seçdi.   

Həyata keçirilən yeni xarici siyasət dünyanın  aparıcı dövlətlərinin iqtisadi və 

siyasi maraqlar sisteminə daxil olan müstəqil Azərbaycan dövlətinə    öz  təhlükəsizliyi 

və    digər dövlətlərlə qarşılıqlı faydalı  əlaqələr yaratması üçün etibarlı beynəlxalq 

təminat qazanmağa imkan verdi. Müstəqil  dövlət quruculuğunun həyata keçirilməsi və 

onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və  əzmi, xarici amilin isə 

beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil 

Azərbaycan dövlətinin qorunması  və inkişafını  şərtləndirən hər iki amilin təmin 

edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar. 

Müstəqillik və dövlətçilik mənafelərini qorumaq,  bu sahədə qarşıya çıxan 

problemləri beynəlxalq aləmin dəstəyi ilə  həll etmək üçün Azərbaycan diplomatiyası 

beynəlxalq və  məhəlli təşkilatlarla   sıx  əlaqələr yaratmaq,  beynəlxalq hüquq 

normaları  və qarşılıqlı faydalı  əməkdaşlıq prinsipləri ilə  tənzimlənən  böyük dünya  

siyasətinə  qatılmaq  sahəsində  də mühüm işlər görmüşdür. Xüsusən BMT, Avropa 

Birliyi, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və 

Orta  Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz  ətrafı dövlətləri birləşdirən 

Qara dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq,  məhəlli təşkilatlarla sıx 

inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları  və vasitələri 

müəyyənləşdirilmiş və həyata keçirilmişdir. 

Ermənistanın təcavüzünün  dəf  edilməsi, respublikamızın pozulmuş  ərazi 

bütövlüyünün bərpa olunması  və  işğalçıların ölkə  ərazisindən çıxarılması,  Dağlıq 

Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq  aləmin dəstəyinin qazanılması müstəqil 




 

189


dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının qarşısında  

qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri  olmuşdur.  Dağlıq Qarabağ 

ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə 

almadan,  ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin dəstəyinə nail 

olmadan,   hərtərəfli  düşünülmüş diplomatik iş aparmadan güc tətbiq etməklə bu 

məsələnin həllinə yönələn hər bir cəhd  əvvəlcədən acı  nəticəyə  və  uğursuzluğa 

məhkumdur. Ona görə  də,  Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü 

müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına, 

ictimai-siyasi,  iqtisadi və  mənəvi həyatın bütün  sahələrində dünya birliyinə 

inteqrasiya olunmasına yönəldərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin,  respublikamızın  ərazi  bütövlüyü  problemlərinin həllinə  əlverişli 

beynəlxalq dəstəyin təmin edilməsi zərurəti ilə qarşılaşmışdır. Bunun üçün bu 

problemin dünya səviyyəsinə  çıxarılması  və  həlli  ilə    bağlı xüsusi bir konsepsiya 

hazırlanmış və bəzi konkret vəzifələrin həyata keçirilməsini nəzərdə tutan ardıcıl siyasi 

kurs yeridilmişdir. 

Əvvəla, Ermənistanı    dəstəkləyən ölkələrin bir qismi bitərəfləşdirilmiş,  bu 

məsələdə    əvvəlcədən bitərəf qalan dövlətlər Azərbaycanın  ədalətli mövqelərinin 

müdafiəsinə  cəlb edilmiş, ölkəmizin müstəqil dövlətçiliyində marağı olan və onu 

müdafiə edən  dövlətlərin,   beynəlxalq təşkilatların bu işə qoşulması, Ermənistana 

təzyiq etməsi üçün hərtərəfli düşünülmüş   diplomatik və siyasi iş aparılmışdır. 

İkincisi, Dağlıq Qarabağın və bu bölgə ətrafında yaranmış problemlərin  tarixi,  

mahiyyəti  və kökləri  hərtərəfli açıqlanmış, Azərbaycanın haqq səsi bütün dünya 

ictimaiyyətinə çatdırılmış, mövcud informasiya  boşluğu  doldurulmuş  və dünyada 

ictimai rəy respublikamızın xeyrinə  dəyişdirilmişdir. Bu məqsədilə qeyd olunan 

problemin milli zəmin əsasında, etnik münaqişə və ya insan hüquqlarının pozulması ilə 

meydana çıxan qarşıdurma  deyil,  Azərbaycanın istiqlaliyyəti yolunda süni yaradılmış 

maneə və  ayrı-ayrı dövlətlər tərəfindən düşünülmüş siyasi  məsələ və Ermənistanın 

Azərbaycana qarşı ərazi iddiasının nəticəsi olduğunu inandırıcı şəkildə bütün dünyaya 

bəyan etmişdir. 

Üçüncüsü, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinə qarşı 

yönəlmiş  çıxışlarının beynəlxalq separatizmin tərkib hissəsi  kimi qorxulu,  ağır 

nəticələr törədən və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına 

təkan verən  təhlükəli proses olduğunu sübut etmiş, dünya ictimaiyyətini belə 

təhlükənin qarşısını almağın vacibliyinə inandırmışdır. 




 

190


Dördüncüsü, bu  problemin  Azərbaycanın Qərbə  inteqrasiyasının qarşısını 

almaq,   ayrı-ayrı region dövlətlərinin təsir və nüfuz dairəsində saxlamaq  üçün və 

xüsusi məqsədlə ortaya atılmış  bir məsələ  olduğunu sübut etmiş,  beynəlxalq aləmdə 

bu istiqamətdə geniş təbliğat aparılmışdır. 

Qeyd  edilən  məsələlər, o cümlədən 1991-1993-cü illərdə Azərbaycanın xarici 

siyasətində    nəzərdən  qaçırılmış,  aktuallığına  və praktiki əhəmiyyətinə ciddi fikir 

verilməmiş digər problemlər də bu dövrdə  həll edilmiş  və aradan qaldırılmışdır. 

Azərbaycan diplomatiyası yalnız 1993-cü ilin ortalarından başlayaraq Dağlıq Qarabağ 

probleminin həlli ilə bağlı  bəhs edilən məsələlər üzərində  gərgin  işləmiş,  hərtərəfli,  

düşünülmüş      və real praktiki addımlar ataraq onu ardıcıl surətdə  həyata keçirməyə 

başlamışdır. 

Azərbaycanın xarici siyasətinin  əsas prioritet istiqamətlərdən birini də 

terrorizmə qarşı mübarizədə   beynəlxalq proseslərə qatılmaq və ABŞ-ın təşkil etdiyi 

anti-terror koalisiyasında iştirak etməkdən ibarət olmuşdur.  Hələ Sovet İttifaqının 

tərkibində olduğu zamandan etibarən erməni terrorizminə  məruz qalmış Azərbaycan 

Respublikası bütün dünya üçün təhlükə doğuran  belə problemlərin aradan 

qaldırılmasına dair məsələləri özünün daxili və xarici siyasətinin diqqət mərkəzində 

saxlamışıdır.  Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq  əməkdaşlığın 

dərinləşdirilməsini və təsirli tədbirlərin görülməsini həmişə zəruri hesab etmişdir. Lakin 

erməni terrorizmi ilə bağlı Azərbaycanın çağırışlarına beynəlxalq aləmdə uzun müddət 

adekvat münasibət göstərilməmişdir.  

2001-ci ilin sentyabrında   ABŞ-da törədilmiş terror aktından sonra beynəlxalq 

aləmdə anti-terror koalisiyası formalaşmağa başladı.  Azərbaycan beynəlxalq 

terrorizmi pisləyən və ona qarşı  fəal mübarizəyə qoşulan  ilk ölkələrdən biri oldu. 

Azərbaycanın hərbi kontingenti hazırda Kosovo, Əfqanıstan və  İraqda beynəlxalq 

sülhməramlı  qüvvələr tərkibində  iştirak edərək, respublikamızın anti-terror 

mübarizədə həmrəyliyini və prinsipial mövqeyini nümayiş etdirir. 

Bununla yanaşı, Azərbaycan rəhbərliyi  erməni terrorizminin  ölkəmizə  və 

regional təhlükəsizliyə  vurduğu ağır zərbələr barədə həqiqətləri BMT, Avropa Şurası 

və digər  yüksək tribunalardan dünya ictimaiyyətinə  çatdıraraq, Azərbaycan dövlətinin 

terrorun hər cür təzahürünə  qarşı beynəlxalq əməkdaşlığa  hazır olduğunu dəfələrlə 

bəyan edib. Hazırda bu sahədə aparılan işlər Azərbaycanın xarici siyasətində öz 

aktuallığını saxlayır. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə