Microsoft Word Azerb. Xar. Siyas son doc


XARİCİ  SİYASƏTİN ƏSAS VƏZİFƏLƏRİ  VƏ PRİNSİPLƏRİ



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə69/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   65   66   67   68   69   70   71   72   ...   229

 

177


2. XARİCİ  SİYASƏTİN ƏSAS VƏZİFƏLƏRİ  VƏ PRİNSİPLƏRİ 

 

 

Hər bir  müstəqil  dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə  fərqlənən,  

müxtəlif istiqamətli daxili və xarici siyasət  yeridir. Dövlətin  daxili siyasəti xalqın ümumi 

rəyi ilə yaradılmış  və  qəbul olunmuş Konstitusiya əsasında onun tam bir varlıq  kimi 

yaşamasına, fəaliyyətinə,  ictimai-siyasi, iqtisadi və  mənəvi həyatın bütün sahələrində 

təmsil etdiyi vətəndaşların maddi və  mənəvi tələbatının fasiləsiz təmin edilməsinə 

yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində 

qanunverici, icraedici və  məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata 

keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrı-

ayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın 

bütün sahələrində    əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə;  qarşıya  

çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə 

və s. xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və  

qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər 

sahəsində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini, prinsiplərini 

müəyyənləşdirir və şərtləndirir.  Bu mənada xarici siyasəti dövlətin daxili inkişafının əsas 

vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında 

sivil birgəyaşayış qaydaları  və normaları    əsasında uyğunlaşdırılmış,  uzlaşdırılmış 

münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü  kimi  

xarakterizə etmək olar. 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin konseptual əsasları, məqsədi, 

prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş 

Konstitusiyasında və Prezident Heydər Əliyevin çıxışlarında öz əksini tapmışdır. 

Azərbaycan Respublikasının Konstitusiyasının 10-cu maddəsində göstərilir ki, 

Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları 

və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti 

1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi  ilə bağlı keçirilən  rəsmi  andiçmə 

mərasimindəki çıxışında qeyd etmişdir ki, "respublikamızın qarşısında duran əsas 

vəzifələrdən  biri  Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən 

ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir.  Qarşıda böyük vəzifələr durur. Bizim 

xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə 

yönəldilməlidir.  Vəzifə dünyanın bütün dövlətləri  ilə    bərabərhüquqlu,  qarşılıqlı-

faydalı  əlaqələr yaratmaq və inkişaf etdirməkdən,  bu əlaqələrdən həm Azərbaycan 



 

178


Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək üçün, həm də respublikanın 

iqtisadiyyatını,  elmini,  mədəniyyətini inkişaf etdirmək üçün  səmərəli istifadə 

etməkdən ibarətdir". 

Azərbaycan dövlətinin xarici siyasətdə rəhbər tutduğu əsas vəzifələri aşağıdakı 

istiqamətlərdə qruplaşdırmaq olar: 

- ölkənin müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri 

çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini regional və beynəlxalq 

təhlükəsizlik  sistemi  ilə sıx əlaqələndirmək; 

- Azərbaycanın bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunması, sivil 

birgəyaşayış  qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatılması, beynəlxalq 

və regional münasibətlərin həllində  fəal iştirak etməsi zəminində dünyanın siyasi 

xəritəsində layiqli yer tutmasına nail olmaq; 

- dünyanın bütün dövlətləri ilə  bərabərhüquqlu, qarşılıqlı-faydalı  əməkdaşlıq 

əlaqələri yaratmaq,  bu əlaqələrdən respublikanın iqtisadiyyatının,  elminin və 

mədəniyyətinin inkişafında səmərəli amil kimi istifadə etmək; 

- mənafeyi  Azərbaycanın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn 

dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq, respublikanın beynəlxalq 

mövqelərinin möhkəmlənməsi üçün onların imkanlarından istifadə etmək; 

- ölkənin demokratiya  və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi,  müstəqil 

daxili və xarici  siyasət  yeritməsi üçün əlverişli beynəlxalq şəraitin bərqərar olmasına 

çalışmaq; 

-  əhalinin  əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq 

normaların həyata keçirilməsinə şərait yaratmaq; 

- regionda gərginliyin aradan qaldırılmasına və mehriban qonşuluq 

münasibətlərinin yaradılmasına səy göstərmək; 

- Azərbaycana xarici təzyiqlərin qarşısını alan və ya onları minimuma endirən 

beynəlxalq himayə mexanizminin yaradılmasına nail olmaq; 

- dövlətin bütün beynəlxalq,  regional, iqtisadi, elmi-texniki,  mədəni, humanitar 

və s. təşkilatlarda fəal iştirakına çalışmaq; 

- xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeritmək, ölkə 

iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası üçün bütün xarici və daxili 

amillərdən bəhrələnmək; 

-xarici ölkələrlə elmi,  mədəni, humanitar əlaqələr və geniş informasiya 

mübadiləsi mexanizmləri yaratmaq və s. 




 

179


Bütün bu vəzifələr və onların həyata keçirilməsi ilə bağlı konkret səylər 

Azərbaycan dövlətinin beynəlxalq, regional və dövlətlərarası münasibətlər sahəsində 

atdığı  praktiki addımlarda,  bağlanan müqavilələrdə öz əksini tapmışdır. 

Müstəqil Azərbaycan dövlətinin xarici siyasəti özünəməxsus xüsusiyyətləri ilə 

də seçilir.  

Siyasi sahədə Azərbaycan dövlətinin xarici siyasətinin  əsas mahiyyəti 

beynəlxalq hüquq normaları  və    prinsipləri  ilə  tənzimlənən sivil dövlətlərarası 

münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq, regional və dövlətlərarası 

münaqişələri sülh və danışıqlar yolu ilə  həll etməkdən, bütün dövlətlərin suveren 

hüquqlarına hörmətlə yanaşmaqdan; 

iqtisadi sahədə -  qarşılıqlı-faydalı  əməkdaşlıq etməkdən, iqtisadi maraqların 

uzlaşdırılmasından, uyğunlaşdırılmasından,  qarşılıqlı    tə'minat mexanizminin 

yaradılmasından və onun qorunmasından; 

mədəni sahədə    -    dövlətlərarası  əlaqələrə  və ünsiyyətlərə mane olan hər cür 

məhdudiyyətləri aradan qaldırmaqdan,  mənəvi sərvətlərin maneəsiz,  azad və 

demokratik mübadiləsindən və s. ibarətdir. 

Respublikanın xarici siyasətinə xas olan xüsusiyyətlərdən bəhs edərkən 

beynəlxalq, regional və dövlətlərarası münasibətlərin inkişaf tendensiyasına uyğun 

çevik, praqmatik və tarazlı siyasət yeridilməsini, qonşu ölkələrlə əlaqələr qurulmasına 

üstün yer verilməsini, dünya siyasətinə  əhəmiyyətli təsir göstərən böyük dövlətlərlə 

partnyorluq münasibətlərinin yaradılmasının ön plana çıxarılmasını, onların maraqları 

ilə Azərbaycanın strateji mənafelərinin uzlaşdırılması  zərurətini  və  s. mühüm amilləri 

də xüsusi qeyd etmək lazımdır. 

Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolu tutduğundan  onun 

xarici siyasəti də dünya təcrübəsinin bütün mütərəqqi nailiyyətlərini,  sivil beynəlxalq 

normaları özündə  əks etdirir və  hər cür  etnik və dini məhdudiyyətləri inkar edir. 

Azərbaycanın müasir xarici siyasəti açıq və demokratik prinsiplər əsasında qurulmuş,  

xalqın və dövlətin mənafelərinə, mentalitetinə zidd olmayan bütün beynəlxalq 

normaları özündə birləşdirmişdir. 

Müstəqilliyinin ilk illərində xarici siyasətini  əsasən etnik və dini təəssübkeşlik 

üzərində qurmağa cəhd edən Azərbaycan hökuməti zamanın sınağından çıxa bilmədi. 

Çünki beynəlxalq aləmin yüzillərlə yaranmış və formalaşmış sivil münasibətlər sistemi 

dövlətlərarası  əlaqələrin etnik və milli birlik amili üzərində    deyil,    tərəflərin 

mənafelərinin  tarazlığı, qarşılıqlı  təminatı üzərində qurulmasını  tələb edirdi.  Heç 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə