Microsoft Word Azerb. Xar. Siyas son doc


Beynəlxalq və yerli jurnallar



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə66/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   62   63   64   65   66   67   68   69   ...   229

 

168


Beynəlxalq və yerli jurnallar 

 

III Era. Bakı, 1997. 

Вестник  Московского  Университета.  Серия:  Социология  и  политология.  Москва, 

1998-2005. 

Компас. Москва, 2002-2005. 

«Полис». Москва, 1997-2005. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

169


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

II HİSSƏ 

 

 

 

AZƏRBAYCANIN  XARİCİ  SİYASƏTİ  VƏ MÜASİR  

BEYNƏLXALQ  MÜNASİBƏTLƏR  SİSTEMİNƏ  QATILMASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

170


IV  FƏSİL 

 

AZƏRBAYCANIN   BEYNƏLXALQ  MÜNASİBƏTLƏR  SİSTEMİNƏ 

QATILMASI: XARİCİ  SİYASƏT  FƏALİYYƏTİNİN  FORMALAŞMASI   

VƏ  İNKİŞAFI 

 

Mövzular 

 

1. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılması   

2. Xarici siyasətin əsas vəzifələri və prinsipləri 

3. Xarici siyasətin əsas istiqamətləri 

4. Azərbaycanın xarici siyasət prioritetləri 

5. Azərbaycanın xarici siyasət resursları və  mexanizmləri 

 

 

1. AZƏRBAYCANIN  BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNƏ 

QATILMASI   

 

XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava 

Müqaviləsi Təşkilatının ləğv edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin 

dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə  dəyişməsinə  və yeni 

geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan 

yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz 

maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada 

dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşmasına gətirib çıxardı. Bu, bir 

tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan 

qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan strateji 

əhəmiyyət kəsb edən və  mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli 

mərkəzlərin meydana çıxması  ilə müşayiət olunurdu. 

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il 

oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin 

əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə 

uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib 




 

171


məsələ kimi ön plana çəkdi. Qısa müddət  ərzində dünyanın bir sıra dövlətləri 

tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də 

BMT-nin üzvlüyünə qəbul edildi. 

Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq Qarabağda erməni 

separatizmi və Ermənistanın hərbi təcavüzü ilə  dərinləşən ciddi siyasi və iqtisadi 

problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr 

qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini 

aradan qaldırmaq, dövlətin  ərazi bütövlüyünü və  təhlükəsizliyini təmin etmək, dünya 

birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü , ardıcıl və fəal 

xarici siyasətin həyata keçirilməsini tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə 

qarşılıqlı faydalı  əməkdaşlıq  əlaqələrinin qurulması  zəruriliyinə inandırmaq, milli 

maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, 

Azərbaycanın müstəqilliyinə  və  təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox 

ciddi səylər edilməli və gərgin fəaliyyət göstərilməli idi. 

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin 

qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm 

əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən 

səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli 

zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan 

maksimum bəhrələnmək beynəlxalq aləmdə  cərəyan edən proseslərin ciddi 

araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli 

əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi. 

Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və 

bazar iqtisadiyyatı yolunu seçən  Azərbaycan Respublikası dünya təcrübəsində uğurla 

sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi 

potensialını  hərəkətə  gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl 

texnologiyasını  və maliyyə imkanlarını  cəlb edir, onlarla qarşılıqlı faydalı  əməkdaşlıq 

əlaqələrini inkişaf etdirir. 

1991-ci ilin sonu-1992-ci ildə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl 

şəkildə tanınması  və diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə 

sistemli surətdə inteqrasiyasına geniş yol açdı. Ikitərəfli siyasi münasibətlərin 

qurulması iqtisadi və  mədəni  əlaqələrin inkişafına  əlverişli zəmin yaradırdı. Qarşılıqlı 

faydalı iqtisadi əməkdaşlıq  isə öz növbəsində siyasi münasibətlərin dərinləşməsi, 

qarşılıqlı etimadın güclənməsi yolunda mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə