Microsoft Word Azerb. Xar. Siyas son doc


İslam Konfransı  Təşkilatı  (İKT)



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə63/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   59   60   61   62   63   64   65   66   ...   229

 

160


İslam Konfransı  Təşkilatı  (İKT).    Müsəlman dövlətlərinin cəmləşdiyi bu 

subregional təşkilat  1969-cu ildə yaradılmış  və hazırda dünyanın müxtəlif 

regionlarından olan 58 müsəlman dövlətini öz tərkibində birləşdirir. Üzv ölkələrinin 

iqtisadi potensialının yüksəldilməsi, dövlətlərarası  əməkdaşlıq və  həmrəyliyin 

möhkəmləndirilməsində İKT-nin böyük rolu vardır.  İKT-nin  təşkilati strukturu Dövlət və 

Hökumət Başçılarının Konfransı (üç ildə bir dəfə keçirilir) və xarici işlər nazirlərinin hər il 

keçirilən konfransından ibarətdir. Bu tədbirlərdə üzv dövlətlər  ətrafında yaranmış 

beynəlxalq vəziyyət, ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi yolları, habelə islam 

dininin inkişaf məsələləri müzakirə olunur.  Ötən dövr ərzində  təşkilat üzv dövlətlərin 

beynəlxalq-siyasi vəziyyəti ilə bağlı yaranan problemlərə öz münasibətini bildirmiş, dini-

etnik münaqişələrin, mübahisəli  ərazi məsələlərinin  ədalətli həllini nəzərdə tutan 

müvafiq addımlar atmışdır.  



 MÜASİR DÜNYA SİYASƏTİNİN FORMALAŞMASINDA BGHT-LƏRİN ROLU 

 

Son on ildə beynəlxalq münasibətlər sistemində baş vermiş mühüm proseslər – 

dünya siyasətinin transmilliləşməsi, demokratik transformasiya, qloballaşma və regional 

inteqrasiya dövlətlərarası  əlaqələrin həm mahiyyətinə, həm də  tərkibinə ciddi 

dəyişikliklər etmişdir. Beynəlxalq münasibətlərin subyektləri  sırasına milli dövlətlər, 

hökumətlərarası beynəlxalq qurumlarla yanaşı çoxsaylı qeyri-hökumət təşkilatları da 

qoşulmuşlar. Hazirda dünyada on minə yaxın müxtəlif funksiyalı    Beynəlxalq Qeyri-

Hökumət Təşkilatı  (BQHT) vardır. Bu təşkilatlar transmilli əlaqələrin daha da 

təkmilləşdirilməsi və  bəzi sahələr üzrə milli dövlətlərin suveren hüquqlarının 

məhdudlaşdırılması  zərurətindən yaranmışdır. Müasir dünyada gedən qloballaşma 

prosesləri isə BQHT-lərin sayının artmasına xüsusi təsir göstərmişdir.  

BMT Baş Assambleyasının 23 may 1968-ci il qətnaməsinə görə hökumətlərarası 

razılıq əsasında təsis olunmayan istənilən beynəlxalq təşkilatı BQHT hesab etmək olar. 

BQHT-ni səciyyələndirən əsas cəhətlər onların fəaliyyətində kommersiya məqsədlərinin 

olmaması  və transmilli problemlər üzrə  daha çox müstəqil fəaliyyət göstərmələridir. 

BQHT qrupuna üzvləri hökumətlərdən və yaxud hökumət orqanlarından olan qarışıq 

təşkilatlar da daxildir.   

BQHT ilə hökumətlərarası  təşkilatların qarşılıqlı  fəaliyyəti və müasir dünyanın 

ayrı-ayrı sahələr üzrə transmilli siyasətinin formalaşmasında onlardan ekspert kimi 

istifadə edilməsi bu qurumların beynəlxalq münasibətlərə  təsirini ciddi artırır. 

Hökumətlərarası  təşkilatlar müvafiq qərarlar qəbul edərkən, BQHT-nin informativ və 




 

161


ekspert imkanlarından geniş  istifadə edir. BQHT-nin qlobal və regional hökumətlərarası  

təşkilatlarla  əlaqələri son illər daha da dərinləşmişdir. Beynəlxalq ictimai rəyin 

formalaşmasında BQHT-nin mühüm yer tutması dünya dövlətləri tərəfindən nəzərə 

alınır. Tarixdən məlumdur ki, beynəlxalq aləmdə yaranmış vəziyyətlə əlaqədar  BQHT-

lər müxtəlif vaxtlarda çoxsaylı tədbirlər həyata keçirmişlər. Məsələn, sovet qoşunlarının 

Əfqanıstana  daxil olmasına  etiraz əlaməti  kimi Beynəlxalq Olimpiya Komitəsi dünya 

ölkələrini 1980-ci ildə  Moskvada keçiriləcək olimpiya oyunlarını boykot etməyə 

çağırmışdır.  

 Hazırda BQHT-lər dünya dövlətlərinin daxili və xarici siyasətində müasir 

tələblərə uyğun  yeniləşmələr və müəyyən düzəlişlər aparmasına mühüm təsir göstərir. 

BQHT-nin beynəlxalq proseslərdə  iştirakı BMT tərəfindən dəstəklənir və yüksək 

qiymətləndirilir. BMT-nin Nizamnaməsinin 71-ci maddəsində təşkilatın İqtisadi və Sosial 

Şurasının BQHT ilə birgə  məsləhətlər aparması  nəzərdə tutulur. Bu isə BQHT-lər və 

BMT arasında  qarşılıqlı əməkdaşlığın inkişafı üçün lazımi imkanlar yaradır. 

BQHT-lər sırasında son illərdə bütün dünyada geniş  fəaliyyət göstərən və  

Sərhədsiz həkimlər” təşkilatı  adlanan qurumu xüsusi vurğulamaq olar. Bu təşkilat 

1971-ci ildə yaradılmış  və  əsas məqsədi hərbi  əməliyyatlar zamanı, eləcə  də dinc 

şəraitdə  əhaliyə tibbi yardım  göstərməkdən ibarətdir. “Sərhədsiz həkimlər”i digər 

beynəlxalq humanitar qurumlardan fərqləndirən  əsas cəhət istənilən gərgin 

vəziyyətlərdə onun fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməsidir. Hərbi 

əməliyyatlar zamanı və yaxud digər böhran vəziyyətində bəzən BQHT-lər üçün inzibati 

və hüquqi məhdudiyyətlər ortaya çıxdığı halda, bunu “Sərhədsiz həkimlər” təşkilatına 

aid etmək mümkün deyil.  Hazırda bu təşkilat dünyanın 80-dən çox ölkəsinin əhalisinə 

təcili tibbi yardım göstərir. Təşkilat yarandığı vaxtdan bu günə qədər çoxsaylı humanitar 

əməliyyatlar həyata keçirmişdir. Dünyada insan hüquqlarının müdafiəsində  də 

“Sərhədsiz həkimlər” təşkilatının təsiri vardır.  

Geniş  fəaliyyəti ilə seçilən BQHT-lərdən biri də  “Qrinpis” (“Yaşıl dünya”) 

təşkilatıdır.  Əsas məqsədi qlobal ekoloji problemləri həll etmək olan bu qurum 1969-cu 

ilin oktyabrında ABŞ-ın Amçitka gölündə nüvə silahının sınaqdan keçirilməsinə etiraz 

əlaməti  kimi başlayan aksiyalar nəticəsində yaranmışdır. Həmin vaxt fəallar qrupunun 

təşəbbüsü ilə on min insan ABŞ-ın bu addımına etiraz əlaməti olaraq Kanada-ABŞ 

sərhədinə toplaşdı. 1971-ci ildə ABŞ-ın növbəti nüvə sınağını keçirməsi etiraz dalğasını 

daha da gücləndirdi. “Qrinpis” adlanan fəallar qrupunun dörd ay davam edən etiraz 

aksiyaları öz nəticəsini verdi və ABŞ nüvə  sınaqlarını dayandırdığını bildirdi. Sonrakı 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə