Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə60/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   56   57   58   59   60   61   62   63   ...   229

 

153


bağlı  tədbirlərin keçirilməsi, maliyyə  və  sənaye qurumlarına tövsiyələrin verilməsi, 

iqtisadiyyatda texnoloji tədqiqatların aparılmasının təmin edilməsi kimi vəzifələr qoyur.  

Müşahidələr göstərir ki, DBİF nəinki regional sosial-iqtisadi məsələlərin, eləcə də  qlobal 

miqyaslı iqtisadi problemlərin həllində yaxından iştirak edir, dünya iqtisadiyyatının və 

onun inkişaf meyllərinin müəyyənləşməsində mühüm rol oynayır.  

Bundan başqa,  dünyada London və Paris Beynəlxalq Klubları  kimi  qeyri-

formal iqtisadi strukturlar da mövcuddur ki, bu klublar hazırda beynəlxalq valyuta 

münasibətlərinin formalaşması  və inkişafını  təmin edir. Dünyanın inkişaf etmiş  sənaye 

dövlətlərinin təmsil olunduğu bu təşkilatlar  əsasən, müxtəlif maliyyə proqramları həyata 

keçirir və iqtisadi dirçəlişə nail olmaq üçün kreditlər verirlər.  

Qeyri-formal beynəlxalq qurumlardan biri də    Beynəlxalq  Əmək Təşkilatıdır 

(BƏT). Bu təşkilat 1919-cu ildə Versal sülh müqaviləsinin tələblərinə uyğun olaraq 

yaradılmış, hazırda isə BMT-nin ixtisaslaşmış qurumu statusunda çıxış edir.  BƏT-in 

qarşısında dünyada sosial ədalətin təmin olunması, lazımi əmək şəraitinin yaradılması, 

fiziki işlə  məşğul olan insanların sosial rifah halının yaxşılaşdırılması kimi vəzifələr 

dayanır. Bu təşkilatın hər il keçirdiyi Beynəlxalq  Əmək Konfransında  əmək 

münasibətlərində beynəlxalq prinsiplərin və normaların vəziyyətinə xüsusi önəm verilir. 

Bu istiqamətdə aparılan müzakirələrin nəticəsində BƏT 170 beynəlxalq konvensiya və 

180 tövsiyə qəbul etmişdir. BƏT tərəfindən dünya əmək bazarının tənzimlənməsi üçün  

hazırlanan proqramlarda məcburi  əməyin ləğv edilməsi,  əmək münasibətlərində ayrı-

seçkiliyin aradan qaldırılması, məşğulluq xidməti təşkilatlarının yaradılması, zəruri sosial 

təminatların təşkili və s. məsələlər  əks olunur. Bu məsələlər həmçinin Beynəlxalq Əmək 

Məcəlləsinin əsas prinsiplərini təşkil edir.  

1945-ci ildə BMT çərçivəsində yaradılan və hazırda 180-dən çox üzv dövləti 

birləşdirən  YUNESKO (bu BMT-nin təhsil, elm və  mədəniyyət təşkilatıdır) göstərilən 

sahələr üzrə beynəlxalq münasibətlərin və dövlətlərarası  əlaqələrin inkişafına  əsaslı 

təsir edir.  Bu təşkilat dünyada savadsızlığın ləğv edilməsini prioritet məsələlərdən biri 

kimi qiymətləndirir və  təhsil, elm, mədəniyyətin inkişafı üçün “Elm, texnologiya və 

cəmiyyət”, “İnsan və biosfera” və s. proqramları  həyata keçirir. Təşkilatda tərcümə  və 

informatikaya dair hökumətlərarası proqramlara da geniş yer verilir.  

 

 



 


 

154


 BMT: STRUKTURU, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, FƏALİYYƏTİNİN ƏSAS 

İSTİQAMƏTLƏRİ 

 

Ən universal beynəlxalq hökumətlərarası    təşkilat 1945-ci il oktyabrın 24-də    - 

İkinci dünya müharibəsi başa çatdıqdan dərhal sonra  yaradılmış BMT-dir.  Həmin vaxt 

dünyanın 50 ölkəsinin razılığı ilə bu beynəlxalq təşkilatın Nizamnaməsi qüvvəyə minmiş 

və  sənəd Təhlükəsizlik  Şurasının beş daimi üzvü, həmçinin onu imzalayan əksər 

dövlətlər tərəfindən ratifikasiya edilmişdir.  

BMT-nin yaradılması  və Nizamnaməsinin qəbul edilməsi məsələsi San-

Fransiskoda (ABŞ) 1945-ci il 25 apreldən 25 iyuna qədər davam edən konfransda 50 

dövlətin nümayəndələrinin iştirak ilə müzakirə edilmişdir. Bu konfrans SSRİ, ABŞ, Çin 

və Böyük Britaniyanın təşəbbüsü ilə keçirilmişdir.  Hazırda 189 dövlət  BMT-nin 

üzvüdür. Təşkilata yeni üzvlərin qəbulu Baş Assambleyanın qətnaməsi ilə Təhlükəsizlik 

Şurasının tövsiyələri əsasında həyata keçirilir.  

Təşkilatın  əsas məqsədi beynəlxalq təhlükəsizliyin və dövlətlərarası 

əməkdaşlığın inkişafının təmin edilməsidir. BMT dünyada yeganə  təşkilatdır ki, 

beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı  məsələləri araşdırıb qərarlar 

qəbul etmək səlahiyyətinə malikdir. Bu təşkilatda təmsil olunan dövlətlər səsvermə 

hüquqlarından istifadə edərək müvafiq qərarlar verirlər.  BMT-nin Nizamnaməsində üzv 

dövlətlərin hüquq və  vəzifələri, təşkilatın fəaliyyət istiqamətləri, eləcə  də    beynəlxalq 

münasibətlərin  əsas prinsipləri öz əksini tapır. Nizamnamədə bu təşkilata üzvlük 

qaydaları, mübahisələrin sülh yolu ilə  həlli, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, 

beynəlxalq iqtisadi əməkdaşlığın yaradılması kimi beynəlxalq hüquq məsələləri ehtiva 

olunur (BMT haqqında daha təfsilatı ilə  məlumata “Azərbaycanın BMT ilə  əlaqələri” 

bölməsinə bax).  

 

REGİONAL TƏŞKİLATLAR VƏ MÜASİR DÜNYA SİYASƏTİ 



 

Müasir dünya siyasətində mühüm rol oynayan qurumların bir qismi ərazi 

prinsipinə  görə regional təşkilatlar  adlanırlar. Bunların sırasında öz funksiyaları ilə 

seçilən  iqtisadi və sosial təşkilatlar mühüm yer tuturlar. Məsələn, Amerika qitəsində 

fəaliyyət göstərən və  regional sosial-iqtisadi yüksəlişə nail olmaq məqsədilə yaradılan  

Şimali Amerika Azad Ticarət Sazişi (ŞAATS) 1990-cı illərdən başlayaraq mövcud 

regionda  ölkələrarası iqtisadi əlaqələrin möhkəmlənməsinə çalışır. ABŞ, Kanada və 




 

155


Meksikanın təmsil olunduğu  ŞAATS ilk olaraq bu üç ölkə arasında ticarət  əlaqələrinin 

inkişafına maneçilik törədən səbəblərin aradan qaldırılması yönündə fəaliyyətə başladı.  

Əslində bu təşkilatın yaranması hər üç ölkənin iqtisadi maraqlarının uzlaşması və yaxud 

üst-üstə düşməsinin nəticəsində mümkün olmuşdu. Məsələn, ABŞ-ın burada əsas 

marağı Amerika mallarının ixracını lazımi səviyyədə  təşkil etməyə  və xarici ticarət  

kəsirini aradan qaldırmağa yönəlmişdi. Kanada isə öz mallarını Amerika bazarında 

satmaq niyyətində idi. Çünki, 1980-ci illərdə ABŞ-ın ticarət  kəsiri ilə üzləşməsi onu 

proteksionist siyasət aparmağa məcbur etmişdi. Meksikanın bu sazişə daxil olması isə 

onun ABŞ bazarından asılılığı ilə  əlaqədar idi. 1990-94-cü illərdə    ŞAATS ticarətdə 

liberal meylləri daha da gücləndirdi və  Latın Amerikası ölkələri də bu sazişə qoşulmağa 

başladılar. Sonrakı dövrlərdə  ŞAAT-şın  əldə etdiyi uğurlar ümumamerika ticarət 

zonasının yaradılmasına təkan verdi.   

Regional beynəlxalq təşkilatlar içərisində  Cənub-Şərqi Asiya Dövlətləri 

Assosiasiyası (ASEAN) mövcud regionun sosial-iqtisadi vəziyyətinin dirçəldilməsi, 

siyasi və iqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərir. 1967-ci 

ildə yaranan və hazırda 9 ölkəni təmsil edən ASEAN səmərəli təşkilati struktura və  iş 

prinsiplərinə malikdir.  Əvvəllər bu təşkilat  siyasi məsələlərə daha çox diqqət 

yetirməsinə baxmayaraq, 1990-cı illərdən etibarən Cənub-Şərqi Asiya dövlətləri 

arasında ticarət, iqtisadi və  maliyyə  əlaqələrinin dərinləşməsi, mal və texnoloji 

vasitələrin mübadiləsinin təmin olunmasında aparıcı yerlərdən birini tutmağa başladı.  

1989-cu ildə yaranan və subregional mahiyyət kəsb edən  Asiya-Sakit Okean 



İqtisadi  Əməkdaşlıq Təşkilatı (ASOİƏT)  öz  əhatə dairəsinə görə daha geniş bir 

quruma çevrildi. Bu təşkilata   ASEAN-ın üzv dövlətlərinin əksəriyyəti, ABŞ, Yaponiya, 

Kanada, ÇXR, Rusiya Federasiyası  və s. dövlətlər qoşulurlar. ASOİƏT üzvləri sosial-

iqtisadi inkişafın səviyyəsinə, həmçinin iqtisadi siyasətin xarakterinə görə bir-birindən 

fərqlənirlər.  Qurum regionda ticarət və investisiya qoyuluşu üçün  azad zonaların 

yaradılmasını  əsas niyyətlərindən biri hesab edir. Təşkilat regional ticarət 

münasibətlərini lazımi inkişaf səviyyəsinə çatdırmaq üçün müxtəlif proqramlar həyata 

keçirir.  

Regional iqtisadi qurumlar sırasında neft ixrac edən ölkələrin təşkilatı hesab 

olunan OPEK xüsusi yer tutur. Bu təşkilat  1960-cı ildə yaradılmış və xam neftin ixracı 

ilə    məşğul olan 12 dövlət onun üzvüdür. OPEK üzv dövlətlərin neft siyasətinin 

koordinasiyası  və dünya neft bazarında  qiymətlərin tənzimlənməsi sahəsində mühüm 

təsirə malikdir. Təşkilat qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün effektiv təşkilati 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə