Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə59/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   55   56   57   58   59   60   61   62   ...   229

 

150


(İnterpol) hüquqi baxımdan qeyri-hökumət beynəlxalq təşkilatları qrupuna daxildir. Buna 

görə  də,  birmənalı olaraq hökumətlərarası  və qeyri-hökumət beynəlxalq təşkilatları 

arasındakı  dəqiq sərhədləri və onları bir-birindən fərqləndirən xüsusiyyətləri tam 

dolğunluqla müəyyənləşdirmək çətindir. Bu xüsusiyyəti Avropa Teleradio Verilişləri 

İttifaqına da şamil etmək olar. Belə ki, bu təşkilatda dövlət teleradio kampaniyaları təmsil 

olunmasına baxmayaraq, qurum beynəlxalq qeyri-hökumət təşkilatı hesab olunur.  

Coğrafi prinsip baxımından beynəlxalq təşkilatlar qlobal, subregional və regional 

təşkilatlara bölünürlər.  Bəzi hökumətlərarası beynəlxalq təşkilatlar da qlobal təşkilatların 

strukturuna daxil edilirlər. Bu zaman hökumətlərarası beynəlxalq təşkilatların dünyanın 

bütün regionlarını  əhatə etməsi və onların fəaliyyətinin daha genişmiqyaslı olması 

nəzərə alınır. Tarixi təcrübə göstərir ki, bəzən dünya dövlətləri qlobal təşkilatlardan daha 

çox regional qurumlarda təmsil olunmağa üstünlük verirlər. Bu meyl regional təşkilatlara 

üzvlüyün həm hüquqi baxımdan asanlığı, həm də bu məsələdə maddi xərclərin azlığı və 

təşkilatın səmərəli fəaliyyəti ilə bağlıdır.  

Dünya dövlətlərinin BHAT və BQHT-də  təmsil olunmaları  kəmiyyət baxımından  

müxtəlifdir. Məsələn, ABŞ, Qərbi Avropa ölkələri, Kanada, Avstraliya və Yaponiya kimi 

dövlətlər üzvlük nöqteyi-nəzərindən BHAT-larda üstünlük təşkil edir və üzvlük haqqı 

ödəyirlər. Afrika və Asiya dövlətləri isə  həmin təşkilatlarda zəif, BQHT-lərdə isə  fəal 

təmsil olunurlar. Bunun əsas səbəbini həmin dövlətlərin müstəmləkə asılılığından bir 

qədər gec yaxa qurtarması  və BQHT-lərə üzvlüyün maliyyə baxımından daha asan 

olması ilə bağlayırlar.      Afrika  və Asiya dövlətləri daha çox əsasən böyük dövlətlər 

tərəfindən maliyyələşən və üzvlük haqqı  tələb olunmayan  BQHT-də  təmsil olunurlar. 

Eləcə  də, bəzi beynəlxalq təşkilatlar qlobal xarakter daşımasına baxmayaraq, müxtəlif 

regional  dövlətləri və OPEK kimi qurumları da üzvlüyə qəbul edirlər.  Göründüyü kimi, 

beynəlxalq təşkilatlara üzvlük məsələsində coğrafi prinsiplərlə yanaşı, siyasi və iqtisadi 

faktorların da təsiri böyükdür.  

Funksional baxımdan beynəlxalq təşkilatlar iki qrup üzrə:  ümumi (çoxfunksiyalı) 

və xüsusi (konkret məqsədli) səlahiyyətli təşkilatlara ayrılırlar. BHAT və BQHT-lərın 

sırasında xüsusi səlahiyyət daşıyan qurumlar da vardır. Məsələn,  genişmiqyaslı sosial, 

iqtisadi, siyasi məsələlərin həlli ilə  məşğul olan ümumi səlahiyyətli BHAT-larla (BMT, 

Afrika Birliyi Təşkilatı, Amerika Dövlətlərinin Təşkilatı) yanaşı,  müqayisədə daha çox 

xüsusi funksiyaları yerinə yetirənlər də (NATO, Dünya Bankı, YUNESKO) mövcuddur. 

Yaxud iqtisadi məsələlərlə məşğul olan təşkilatlar böyük üstünlüyə malik olaraq,  BHAT 

üzvlərinin yarısından çoxunu təşkil edirlər.  




 

151


Müasir dövrdə dünyada beynəlxalq təşkilatların funksional baxımdan müxtəlif 

qruplar üzrə bölünməsi əslində nisbi xarakter daşıyır.  Belə ki, NATO kimi təşkilat hərbi-

siyasi məqsədlər üçün yaradılmasına və bu istiqamətdə  fəaliyyət göstərməsinə 

baxmayaraq, dünya siyasəti, konfliktlərin nizamlanması,  elmi-texniki,  iqtisadi və s. 

məsələlərlə də məşğul olur. Eləcə də, bu cəhəti Ümumdünya Bankına aid etmək olar. 

Bu təşkilat  maliyyə və iqtisadi vəzifələri yerinə yetirməklə yanaşı, həm də ətraf mühitin 

müdafiəsi məsələləri ilə məşğul olur.  

 

QLOBAL İQTİSADİ VƏ SOSİAL TƏŞKİLATLAR 



 

1944-cü ildə beynəlxalq təşkilatların Bretton-Vuds sisteminin yaranması 

dövlətlərarası maliyyə və iqtisadi münasibətlərin inkişafında böyük hadisə oldu. Belə ki, 

həmin il ABŞ-ın Bretton-Vuds şəhərində Birləşmiş Millətlərin valyuta və maliyyə 

Konfransında Beynəlxalq Valyuta Fondunun (BVF) və Beynəlxalq Yenidənqurma və 

İnkişaf Bankının (BYİB) yaradılması  qərara alındı. Bretton-Vuds sisteminin 

yaradılmasını stimullaşdırmaqla  ABŞ II 

Dünya müharibəsindən sonrakı dövrdə 

Avropada və dünyada beynəlxalq iqtisadi vəziyyəti tənzimləmək məqsədi güdürdü. 

Lakin 1971-ci ildə  ABŞ-da dolların qızıla azad mübadiləsi aradan qaldırıldıqdan sonra 

Bretton-Vuds sistemi öz fəaliyyətini dayandırdı. BVF və BYİB-ın mövqeləri isə 

möhkəmləndi və onlar dünyada qlobal iqtisadi təşkilatlar səviyyəsinə qədər yüksəldilər. 

Hazırda BVF dövlətlərarası valyuta-maliyyə münasibətlərinin tənzimlənməsində aparıcı 

rol oynayır və üzv ölkələrin maliyyə sisteminin təkmilləşdirilməsində xüsusi yer tutur. 

Xüsusilə,  Fond dövlətlərin maliyyə-pul siyasətinin səmərəli şəkildə həyata keçirilməsi ilə 

bağlı vahid konsepsiya və monetarizm prinsipinə əsaslanaraq  onlara dəyərli  tövsiyələr 

verir.  

Beynəlxalq münasibətlər sistemində mühüm yer tutan Ümumdünya Bankının 

tərkibinə BYİB, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq  İnkişaf Assosiasiyası, 

İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik  və s. daxildir.  Bu təşkilatlar zəif inkişaf 

etmiş dövlətlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün onlara uzunmüddətli 

istiqrazlar verir. Bu zaman həmin dövlətlər sosial və iqtisadi inkişafa nail olmaq üçün 

Bankın tövsiyələrini nəzərə alırlar.  Hazırda 180 dövlət Ümumdünya Bankı ilə  sıx 

əməkdaşlıq edir. Bank həmin dövlətlərdə sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün 

müxtəlif maliyyə layihələri və inkişaf proqramları  həyata keçirir. BVF isə dünyada 

valyuta sabitliyinə və valyuta siyasətinə nəzarət edir.  




 

152


Müasir beynəlxalq münasibətlərdə  və dünya iqtisadiyyatının qloballaşması 

prosesində aparıcı yer tutan  qurumlardan biri də  Ümumdünya Ticarət Təşkilatıdır 



(ÜTT). 1995-ci il yanvarın 1-də  fəaliyyətə başlayan bu təşkilatın  əsas məqsədi dünya 

ticarətini liberallaşdırmaqdan ibarətdir.  ÜTT-nin üzvü olan bütün dövlətlərin üzərinə 

“çoxtərəfli ticarət sazişi” adlanan 18 sazişin tələblərini yerinə yetirmək vəzifəsi düşür.  

BHAT və BQHT-lərin yaranması və inkişafı əsasən İkinci  dünya müharibəsindən 

sonrakı dövrə  təsadüf edir. Bu həmin dövrdə dünya birliyinin üzləşdiyi müxtəlif 

problemlərin,  sosial-iqtisadi böhranların, dövlətlərarası münaqişələrin aradan 

qaldırılmasının zəruriliyindən doğurdu. Məsələn, 1948-ci ildə yaradılan Avropa İqtisadi 

Əməkdaşlıq Təşkilatının  (AİƏT) qarşısında Qərbi Avropa ölkələrində sosial-iqtisadi 

vəziyyətin yaxşılaşdırılması üçün ölkələrarası münasibətləri tənzimləmək dururdu. Bu 

təşkilatla yanaşı, yenə də zərurətdən doğan daha bir beynəlxalq təşkilat - ABŞ və Qərbi 

Avropa ölkələri, eləcə də   Şərqi Avropa dövlətlərinin birgə sosial-iqtisadi inkişafına nail 

olmağı  nəzərdə tutan İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatı  (İƏİT) yaradılmışdır. 

Hazırda 29 ölkənin təmsil olunduğu bu təşkilat  dövlətlərarası iqtisadi əlaqələrin daha 

səmərəli olması  və  əhalinin həyat səviyyəsinin yüksəlməsi yönündə  fəaliyyət göstərir. 

İƏİT  ona üzv olan dövlətlərin üzləşdiyi problemlərin qarşılıqlı inam və  əməkdaşlıq 

əsasında həll edilməsinə çalışır. Bu təşkilat dünyada gedən qlobal iqtisadi prosesləri 

nəzərə alıb, üzv ölkələrin sosial və iqtisadi siyasətinin çevik, səmərəli həyata 

keçirilməsini təmin edir.  

Müxtəlif tarixi dövrlərdə İƏİT-in qarşısında dayanan vəzifələr də xüsusi cəhətləri 

ilə bir-birindən fərqlənir.  Məsələn, əgər 1960-cı illərdə İƏİT daha çox maliyyə və vergi 

siyasəti ilə  məşğul olurdusa, 1970-ci illərdə bu qurum sosial-iqtisadi böhranın aradan 

qaldırılması üçün anti-inflyasiya  tədbirlərinin həyata keçirilməsinə daha çox üstünlük 

verirdi. 1980-90-cı illərdə  İƏİT-in fəaliyyət məkanı daha da genişləndi. Həmin dövrdə 

investisiya qoyuluşunda və ticarətdə proteksionizmə qarşı mübarizə aparmaq, 

iqtisadiyyatda və  sənayedə yeni texnologiyaların tətbiqinə nail olmaq, ətraf mühitin 

mühafizəsi kimi məsələlər  İƏİT-in əsas diqqət mərkəzində dayanırdı.  

Qeyri-formal beynəlxalq strukturların da beynəlxalq münasibətlərdə xüsusi yeri 

vardır.  Qlobal miqyasda sosial-iqtisadi məsələlərin həllinə  və iqtisadi inteqrasiya 

proseslərinə mühüm təsir göstərən bu cür təşkilatların yaranması tarixi əsasən XX əsrin 

II yarısından başlayır. Belə  təşkilatlardan biri 1970-ci ildə yaranan Davos Beynəlxalq 

İqtisadi Forumu (DBİF) beynəlxalq təşkilatlar arasında böyük nüfuzu ilə seçilir.  DBİF 

öz qarşısına dünyanın müxtəlif regionlarında müvafiq hüquqi biliklərin artırılması ilə 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə