Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə58/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   54   55   56   57   58   59   60   61   ...   229

 

147


Qlobal dünyanın tələblərinə müvafiq olaraq dövlətlərarası  əlaqələrin getdikcə 

genişlənməsi və intensivləşməsi, daxili və xarici siyasət arasında qarşılıqlı asılılığın 

artması demokratikləşmənin  şərtlərinin və kompleks faktorlarının reallaşmasını artıq bir 

ölkə  çərçivəsində qeyri-mümkün edir və onun tənzimlənməsi istər-istəməz transmilli 

xarakter alır. Demokratik dövlətlər  öz dairələrinə, qarşılıqlı  əlaqələrinə  əsasən o 

dövlətləri cəlb etmək istəyirlər ki, onların  demokratikləşmə prosesləri daha çox ümumi  

standartlara cavab verir. Beləliklə, demokratikləşmə milli seçim və  fəaliyyət çərçivəsini 

aşaraq,  ümumdünya və transmilli tendensiyaya transformasiya edir.  

Dünya politoloqları demokratikləşmənin transmilli xarakteri məsələsində yekdil 

olsalar da, onun gələcək nəticələrinin proqnozlaşdırılması baxımından bir neçə fikir irəli 

sürürlər. Bir qrup tədqiqatçı hesab edir  ki,  dünyanın demokratikləşməsi dövlətlərarası 

münasibətlər sahəsində mövcud olan münaqişələrin aradan qalxmasına, dünyada sülh 

və ümumi tərəqqinin təmin olunmasına xidmət edəcək. Onların fikrinə görə, hazırkı 

dünyada insanlar və dövlətlər arasında baş verən bütün  münaqişələrin və 

anlaşılmazlıqların kökündə “qeyri-demokratik” rejimlər dayanır.  

Digər qrup tədqiqatçılar hesab edir ki, demokratikləşmə prosesi transmilli 

xarakter kəsb etsə də, Vestfal sistemindən başlayaraq dövlətlərarası səhnədə cərəyan 

edən 350 illik tarix sübut edir ki, bu prosesin başında  “millət-dövlət” faktoru dayanaraq 

insanlığı idarə etmişdir. Onların fikrinə görə,  “dövlət-millət” faktoru son dövrlərdə 

qloballaşma nəticəsində müəyyən qədər sıxışdırılır və bu işdə beynəlxalq institutların 

rolu genişləndirilir.  

 Beləliklə, fikir ayrılığı yaradan məsələ odur ki, demokratik dövlətlərin sayının 

artması  və  fəaliyyət dairələrinin genişlənməsi onların bütün  suveren dövlət haqlarının 

(BMT Nizamnaməsinə uyğun olaraq) qorunması yolu ilə gedəcək, yoxsa beynəlxalq 

qurumların bu işi tamamilə öz əlinə alması ilə müşahidə olunacaq. Şərti olaraq 

“kosmopolit demokratiya” adlandırılan belə prosesdə demokratiyanın həm normalarının 

hazırlanması, həm də bütün dövlətlərin  ərazisində bu normaların tətbiqinə  nəzarət 

edilməsi beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarına həvalə edilir ki, bu 

da ənənəvi “dövlət-millət” hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. 

Qloballaşma prosesi dövlətlər arasından iqtisadi, siyasi, sosial, maliyyə, 

informasiya  sədlərinin silinməsini, universal qanunvericilik və dövlətlərarası 

münasibətlər sisteminin yaranmasını stimullaşdırdığı kimi, əlbəttə, demokratiya və 

demokratikləşmə sahəsində  də universal dəyərlərin formalaşması  və  tətbiqini 

sürətləndirir. Son on ildə dünyada demokratik dövlətlərin sayının sürətlə  artması  və 




 

148


beynəlxalq münasibətlər sistemində onların dairəsinin və nüfuzunun genişlənməsi artıq 

bir tendensiya kimi müşahidə olunur.  

 

6. MÜASİR DÜNYA SİYASƏTİ  VƏ BEYNƏLXALQ TƏŞKİLATLAR  

 

Müasir dünyada beynəlxalq münasibətlər sisteminin ənənəvi aktorları hesab 

olunan milli dövlətlərlə yanaşı, beynəlxalq təşkilatların rolu da getdikcə genişlənir. 

Hazırda beynəlxalq təşkilatlar mürəkkəb bir sistem təşkil edərək  dövlətlərarası 

münasibətlərdə, xüsusən dünyada gedən siyasi proseslərdə özünəməxsus rol 

oynayırlar. Onların beynəlxalq həyata mühüm və həlledici təsir göstərməsi müxtəlif tarixi 

mərhələlərdən keçərək, müasir dövrdə bu münasibətlərin institutlaşmasında, 

dövlətlərarası qarşılıqlı  əlaqələrin və  əməkdaşlığın yaranmasında ciddi faktora 

çevrilmişdir.  

Beynəlxalq təşkilatlar müasir dünyada baş verən ictimai-siyasi, iqtisadi  və 

mədəni proseslərdə, dövlətlərarası münasibətlərin inkişafı  və möhkəmlənməsində 

mühüm rol oynayırlar. Onların yaranması tarixi gerçəkliyin tələblərindən irəli gəlir və 

beynəlxalq səviyyədə qlobal məsələlərin, dövlətlərarası münasibətlərin tənzimlənməsinə 

əsaslı şəkildə təsir göstərir.   

Bu təşkilatların  yaranması tarixi eramızdan  əvvəlki dövrə gedib çıxır. B.e.ə. 

IV əsrdə  qədim Yunanıstanda  şəhər-dövlətlər arasında yaranan birlikləri, tayfalar və 

şəhərlər arasında təşəkkül tapan dini-siyasi ittifaqları müasir beynəlxalq təşkilatların ilk 

sələfləri hesab etmək olar.  

Orta  əsrlərdə Hanzey Ticarət Birliyi, XIX  əsrin  əvvəllərində Almaniya Vergilər 

İttifaqı kimi qurumlar dövlətlərarası vergi münasibətlərini tənzimləmək məqsədi ilə 

yaradılmışdır. 1815-ci ildə Reyn şəhərində  təsis olunan Gəmiçiliyə Dair Mərkəzi 

Komissiya ilk hökumətlərarası beynəlxalq təşkilata çevrildi. Artıq XIX əsrin II yarısından 

etibarən beynəlxalq təşkilatlar dövlətlərarası münasibətlər sistemində  tədricən aparıcı 

yer tutmağa başladılar. Birinci dünya müharibəsindən (1914-1918) sonra Millətlər Liqası 

(1921), BMT (1945)  kimi qurumların meydana gəlməsi isə XX əsrin I yarısında 

beynəlxalq birliklərin artıq təşkilati və siyasi baxımdan təkmilləşməsinin göstəricisi oldu.   

Beynəlxalq münasibətlərin tənzimlənməsində  Beynəlxalq Hökumətlərarası 



Təşkilatların (BHAT)  təsiri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu təşkilatların 

beynəlxalq münasibətlər sistemində rolunu araşdıran və  məsələ ilə bağlı müxtəlif 

mövqelərdən çıxış edən siyasi cərəyanlar vardır. Məsələn,  siyasi realizm cərəyanının 



 

149


nümayəndələri hesab edir ki, beynəlxalq təşkilatlar ona üzv olan dövlətlərin siyasi və 

iqtisadi maraqlarını əks etdirsə də,  onların xarici siyasət kursunun dəyişməsinə səbəb 

ola biləcək təsirə malik deyillər.  Transmillətçilik məktəbinin nümayəndələri isə BHAT-ın 

xarici siyasət sahəsinə yeni keyfiyyət gətirdiyini  bildirərək, onların qlobal problemlərin  

həllinə  də mühüm təsir göstərdiyini qeyd edir. Liberal institusionalizm cərəyanının 

tərəfdarları isə BHAT-ın onlara üzv olan dövlətlərin maraqlarını  əks etdirdiyini və bu 

sahədəki qarşılıqlı münasibətləri tənzimlədiyini qeyd edir. 

 Beynəlxalq Qeyri-Hökumət Təşkilatları  (BQHT)  uzunmüddətli inkişaf yolu 

keçmişlər. Hələ XIX əsrdən  etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsi tipli  humanitar 

təşkilatların yaranması  və  beynəlxalq münasibətlər sahəsinə təsiri özünü göstərməyə 

başlamışdır. XX əsrdə isə BQHT-lər beynəlxalq münasibətlərdə tədricən iştirak etməyə 

və dövlətlərarası  əməkdaşlığın formalaşmasına, bəşəriyyəti narahat edən  qlobal 

problemlərin həllinə  təsir göstərməyə başlayır. Ümumiyyətlə, XX əsrdə BQHT-lər 

xarakterindən asılı olmayaraq istər sayca, istərsə  də strukturlaşma baxımından böyük 

inkişaf yolu keçmişlər.  

Beynəlxalq təşkilatların  təsnifatı,  bir qayda olaraq üç prinsip üzrə aparılır: 1) 

üzvlük prinsipləri (üzvlərin statusuna görə); 2) coğrafi prinsiplər (fəaliyyət məkanı üzrə); 

3) funksional prinsip (funksiyasına görə).  

Birinci qrupa üzvlük prinsipləri üzrə  Beynəlxalq Hökumətlərarası  Təşkilatlar 

(BHAT) və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları (BQHT) daxildirlər. Bu təşkilatlar eyni 

zamanda ikinci təsnifata da daxil olaraq,  fəaliyyət göstərdikləri məkana görə beynəlxalq 

(bütün dünya miqyasında fəaliyyət göstərən), regional (konkret bir regionda fəaliyyət 

göstərən), subregional (bir neçə regionda fəaliyyət göstərən) və s. qruplara ayrılırlar. 

Bunlardan, məsələn,  milli hökumətlərin təmsil olunduğu və dövlətlərarası müqavilələrin 

nəticəsində meydana gələn BMT, Dünya Bankı, NATO, Avropa İttifaqı, Avropa Şurası, 

MDB kimi təşkilatlar BHAT-lara, konkret şəxslərin və yaxud ictimai birliklərin yaratdığı 

Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Amnistiya 

Təşkilatı, Beynəlxalq Siyasi Elmlər Assosiasiyası  və s. kimi qurumlar isə BQHT-lərə  

aiddirlər.    

Eyni zamanda, dünyada Beynəlxalq  Əmək Təşkilatı kimi birliklər də vardır ki, 

onları birmənalı  şəkildə hökumətlərarası  və yaxud qeyri-hökumət beynəlxalq 

təşkilatlarından hansınasa aid etmək mümkün deyil.  Yaxud  yüzdən çox ölkənin polis 

təşkilatının təmsil olunmasına və cinayətkarlara qarşı beynəlxalq səviyyədə mübarizə 

aparmaq məqsədilə yaradılmasına baxmayaraq, Beynəlxalq Kriminal Polis Təşkilatı 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə