Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə57/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   53   54   55   56   57   58   59   60   ...   229

 

144


əsas xarakterik xüsusiyyətlərindən biri onun qlobal miqyaslı olmasındadır.  Hazırda 

dünyanın bir neçə ölkəsi  (bəzi müsəlman dövlətləri,  Şimali Koreya və Kuba kimi 

kommunist anklavları) istisna olmaqla,  əksər dövlətlərdə bu və ya digər  formada 

demokratikləşmə prosesləri gedir.  Düzdür, müasir dünyada demokratikləşmənin 

müəyyən standart tələbləri və ölçüləri mövcud olsa da, hər bir ölkənin  özünəməxsus 

milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və  mədəni inkişaf xüsusiyyətləri, qeyri-

bərabər başlanğıc imkanları  və s. özəllikləri nəzərə alınarsa, onların demokratik 

inkişafını    və onun sürətini vahid bir standart üzrə qiymətləndirmək düzgün olmazdı. 

Belə ölkələrdə demokratik transformasiyalar  məxsusi sxem və daxili 

 

qanunauyğunluqlara  müvafiq olaraq daha çox qlobal demokratikləşmə kimi deyil, milli 



çərçivədə həyata keçirilir.  

Əslində bu gün dünyada demokratikləşmənin  əsas himayədarı hesab olunan 

ABŞ və Avropa da ölkələri eyni vaxtda, eyni şəraitdə və vahid standartlara uyğun olaraq 

demokratiyaya transformasiya  etmək fikrindən uzaqdırlar. Odur ki, onların  Şərqi 

Avropaya, keçmiş SSRİ respublikalarına, Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika 

ölkələrinə,  İslam və  ərəb dünyasına yönəlmiş demokratik transformasiya proqramları 

tamamilə bir-birindən  fərqlənir. Lakin buna baxmayaraq, bütün bu proqramları vahid bir 

sistem, prinsip və standart birləşdirir  - dövlət idarəçiliyinin demokratikləşməsi, insan və 

vətəndaş hüquqlarının  təmin edilməsi, vətəndaş  cəmiyyəti və siyasi plüralizmin 

bərqərar olması. Bu prinsiplərin reallaşması, bəzi tədqiqatçıların düşündüyü kimi, “nə 

vaxtsa dünya dövlətlərinin universal və vahid bir demokratiya modelinə gətirəcəyi fikri”  

hələlik illüziyadan başqa bir şey deyil.  

Məlum olduğu kimi, dünyada mövcud olan idarəçilik sistemlərinin, rejimlərinin yüz 

illərlə davam edən tarixi, əhali arasında normaya çevrilmiş özünəməxsus dəyərləri, hər 

bir xalqın adət-ənənəsinə söykənən  xüsusiyyətləri mövcuddur. Demokratik inkişaf da 

həmin ölkələrin hər birində birbaşa “transmilli xüsusiyyət” və standartlarla deyil,  

özünəməxsus formada həyata keçirilir. Bəzilərində diktatura rejimlərinin liberallaşması  

(yuxarının təşəbbüsü ilə  mətbuat və informasiya üzərində senzuranın yumşaldılması, 

qeyri-hökumət təşkilatları  və  vətəndaş  cəmiyyəti təşəbbüslərinə meydan verilməsi

siyasi məhbus və siyasi qaçqınların bağışlanması, gəlirlərin bölüşdürülməsi  prosesinin 

şəffaflaşdırılması, siyasi müxalifətin fəaliyyətinə dözüm nümayiş etdirmək və s.) 

şəklində  həyata keçirilir.  Digərlərində isə bu proses demokratik  institutlaşmanın 

yaradılması və onun standartlarına əməl edilməsi şəklində (hakimiyyətə gəlmək istəyən 



 

145


opponentlərə siyasi  mübarizə üçün şəraitin yaradılması, hakimiyyət bölgüsünün, 

qanunların aliliyinin, azad seçkilərin təmin edilməsi və s.) reallaşır. 

Transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq 

neçə illərdir liberallaşma prosesi həyata keçirilib və ictimai fikir, ölkə  əhalisinin çoxu 

demokratik institutlaşma işinə hazırdır. Yəni leqal, legitim hakimiyyət və müxalifət 

münasibətləri, udanın və uduzanın haqlarının qorunması  və s. məsələlər ictimaiyyətin 

əsas tələbi olub.  

Dünya politoloqları hazırda yer üzündə gedən demokratikləşmə prosesinin 

obyektiv qanunauyğun və qlobal xarakter kəsb etməsi,  müasir dünya siyasətinin, 

beynəlxalq münasibətlər sisteminin əsas aparıcı tendensiyasına çevrilməsi fikrində 

yekdildirlər. 

Demokratikləşmə dalğasının müasir dünyada  vüsət almasına və ictimai rəğbət 

qazanmasına təsir edən faktorlar sırasına: 

- xarici faktorlar – demokratik quruluşların və demokratik dəyərlərin insanların 

istək və arzularına cavab verməsi, onların sivil birgəyaşayışını təmin etməsi, vətəndaş-

dövlət  münasibətlərini tənzimləyən  ən optimal normaya çevrilməsi haqqında bütün 

dünyada geniş şəkildə həyata keçirilən təbliğat

- son illər demokratik  dəyər daşıyıcısı olan dövlətlərin digər quruluşlu və rejimli 

dövlətlərə nisbətən  iqtisadi, siyasi, humanitar, sosial və mədəni inkişaf sahəsində daha 

çox müvəffəqiyyət qazanması  və bu faktın dünya ictimaiyyəti arasında geniş  təbliğ 

olunması; 

- demokratiya daşıyıcısı olan institutların, hökumətlərarası  və qeyri-hökumət 

təşkilatlarının, kütləvi informasiya  vasitələrinin demokratik inkişafı stimullaşdırması 

sahəsində  geniş fəaliyyəti və onların  vahid mərkəzdən (ABŞ və Avropa ölkələri) idarə 

olunması; 

- avtoritar və qeyri-demokratik rejimlərin özünü doğrultmaması  və onların 

əleyhinə bütün dünyada aparılan geniş transmilli təbliğatı və s. aid edirlər. 

Bundan başqa,  dünyanın ən inkişaf etmiş dövlətlərinin siyasi, iqtisadi, sosial və 

mənəvi  inkişaf modellərinin bir çox geridə qalmış ölkələrin daxili inkişaf problemlərinin  

aradan qaldırılması sahəsində “özünü doğrultmuş model” kimi tətbiq olunması dünyada 

insanların seçiminə  və  fəaliyyətinə müsbət təsir göstərmişdir. Bu da müvafiq olaraq 

daxili problemlərini həll edə bilməyən ölkələrin ictimaiyyətinin və elitasının öz 

hökumətlərinə demokratik modernləşmə tələbini stimullaşdırmışdır. 



 

146


Ən  əsası isə,  müasir  beynəlxalq münasibətlərin  və ayrı-ayrı ölkələrin bu 

sistemdəki yerinin müəyyən edilməsi  bilavasitə onların daxili idarəçilik prinsipləri, 

demokratikləşməyə münasibəti ilə müəyyən olunduğundan, xarici faktorların bu prosesə 

təsiri xüsusi əhəmiyyətə malikdir. Yeni dünya nizamının formalaşdığı müasir beynəlxalq 

münasibətlər sisteminin əsas xarakterik xüsusiyyətlərindən birini məhz bu faktor təşkil 

edir.  


Əlbəttə, dünya politoloqları transmilli demokratikləşməyə təsir baxımından xarici 

və daxili faktorların rolu məsələsində vahid bir rəyə gələ bilmirlər.  Çünki konkret zaman, 

məkan və şəraitdən asılı olaraq bu faktorlardan biri aparıcı, digəri köməkçi  (və yaxud 

əksinə) rolunda çıxış edir. Məsələn, 1953, 1956, 1968-ci illərdə Almaniya Demokratik 

Respublikası, Macarıstan və Çexoslovakiyada rejimlərin transformasiyasının qarşısının 

alınması daha çox xarici faktor kimi çıxış etmişdirsə, 1987-1991-ci illərdə SSRİ-nin 

özündə gedən transformasiya daxili faktorların rolunu qabarıq  şəkildə nümayiş 

etdirmişdir.  Yaxud ikinci dünya müharibəsindən sonra Almaniya, İtaliya, Yaponiya, 

Şərqi Avropa ölkələrində qurulan rejimlər, onların inkişaf yönümləri bilavasitə xarici 

faktorların təsiri altında baş vermişdir.  

Hər bir ölkədə demokratikləşməyə  təsir edən amillər müxtəlif formada təzahür 

edir. Bunların sırasında  ən geniş  yayılmışları birbaşa məcburetmə (xarici), inandırma 

(həm xarici təbliğat yolu ilə, həm də daxildə ictimaiyyətlə, ayrı-ayrı insan qrupları ilə iş 

aparmaqla) və stimullaşdırma (daxili və xarici) formaları hesab olunur. 

Demokratikləşmə  həm bütün sahələrdə eyni zamanda (dövlətin siyasi, iqtisadi, 

sosial və s. sahələrində radikal və yaxud tədricən transformasiya ilə), həm də ayrı-ayrı 

sahələrdə ardıcıl olaraq (əvvəl, məsələn,  iqtisadi sahə, sonra digərləri) həyata keçirilə 

bilər.  Əlbəttə, bu proseslərin həyata keçirildiyi ölkənin, regionun xüsusiyyəti, həmin 

bölgədə  reallaşan yerli və transmilli layihələrin səviyyəsi, geostrateji vəziyyət, qlobal 

iqtisadi proseslər, informasiya texnologiyaları  və başqa faktorlardan asılı olaraq 

demokratikləşmənin həm səviyyəsi (əhatə dairəsi), həm də sürəti müəyyənləşir.  

Müasir qloballaşma, dövlətlərarası və dövlətüstu qarşılıqlı asılılığın və əlaqələrin 

mürəkkəb vəziyyəti dünyada vüsət alan  demokratikləşmə prosesinə  də ciddi təsir 

göstərərək,  onun transmilli xarakter almasına səbəb olmuşdur. Xarakterinə  və  əhatə 

dairəsinə gör,  demokratikləşmə  hər bir ölkənin  daxili  işi və seçimi kimi görünsə  də, 

bütövlükdə  bu proses beynəlxalq  və transmilli səviyyədə  öz təsdiqini tapmalı, 

demokratikləşən  ölkənin dünyanın  demokratik iqtisadi, siyasi, hüquqi və sosial 

dairəsinə inteqrasiyası  üçün beynəlxalq dairələrin qeyri-rəsmi sanksiyası    alınmalıdır. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə