Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə53/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   49   50   51   52   53   54   55   56   ...   229

 

135


miqdarını) və intensivlik dərəcəsini (inteqrasiyaya cəlb olunmuş sahələrin miqdarı  və 

dərinliyi)  qarşılıqlı razılıq əsasında müəyyənləşdirirlər.  

Dövlətlərarası iqtisadi, siyasi, mədəni və ictimai əlaqələrin tarixi yüz illərlə ölçülsə 

də, inteqrasiya prosesləri dünyada əsasən XX əsrin ikinci yarısından başlanır. Bu 

prosesin ilk təşəbbüskarı  Qərbi Avropa dövlətləri olmuşlar. Öz daxili əməkdaşlıqlarını 

intensivləşdirən və dövlətlərarası  əlaqələrini genişləndirən  bir neçə ölkə yavaş-yavaş  

hökumətlərarası  qurumlar yaradır və qarşılıqlı  fəaliyyətlərini  əlaqələndirirlər. Avropa 

İttifaqının yaranması  və getdikcə    öz  tərkibini genişləndirməsi, üzv dövlətlərin bəzi 

funksiyalarını öz üzərinə götürməsi bunun əyani sübutu hesab oluna bilər. 

İnteqrasiya prosesi öz inkişafında bir neçə  mərhələdən keçir. Avropa İttifaqının 

təcrübəsi göstərir ki, bu proses əvvəlcə iqtisadi sahədən başlanır, ölkələrin iqtisadi 

fəaliyyətini birləşdirir,  sonra isə onların daxili və xarici siyasətini, müdafiə  və 

təhlükəsizlik məsələlərinin ümumi mərkəzdən idarə olunmasını əhatə edir.  

İnteqrasiyanın ilkin mərhələsində Avropa İttifaqı ölkələri öz aralarında azad 

iqtisadi ticarət zonası yaradır, ticarət yolundakı gömrük maneələrini aradan qaldırır.  

Bunun ardınca gömrük ittifaqı yaradaraq dövlətlərin ərazisində bir-biri üçün vahid tarif, 

vergi sistemi təsis edir, ittifaq üzvlərinin xarici aləmlə iqtisadi və ticarət əlaqələrini vahid 

siyasət və tarif əsasında aparır.  İnteqrasiyanın üçüncü mərhələsində eyni addımlar  

artıq təkcə ticarət üçün deyil, kapital qoyuluşu və işçi qüvvələrinin hərəkətinə də tətbiq 

edilir, birlik ölkələrində istehsalın milli sərhədlərdən xilas edilməsi baş verir. Bu 

mərhələdə artıq iqtisadi varlıq və  fəaliyyət milli-dövlət mənsubiyyətindən ittifaq 

mənsubiyyətinə transformasiya olunur. İnteqrasiyanın dördüncü mərhələsi  ölkələrarası 

əlaqələrin daha da dərinləşməsi nəticəsində üzv ölkələrin vahid iqtisadi, valyuta-maliyyə 

siyasəti yeritməsini, sosial-iqtisadi həyatın tənzimlənməsi üçün vahid hökumətlərarası 

orqanların yaradılmasını  şərtləndirir.  İnteqrasiyanın son və  ən yüksək mərhələsi siyasi 

inteqrasiya hesab olunur ki,  bu da üzv ölkələr üçün vahid dövlətüstü siyasi institutların, 

idarəetmə orqanlarının yaranmasını təmin edir.   

Beləliklə, bir vaxtlar öz milli maraqlarını, iqtisadi, siyasi və  mənəvi inkişaf 

mənafelərini təmin etmək üçün bir-biri ilə rəqabət aparan ölkələr inteqrasiya nəticəsində 

vahid bir iqtisadi, siyasi və  mənəvi birlik tərkibində birləşərək xarici aləmlə ünsiyyətə 

girir.  Ölkələr arasındakı iqtisadi, mədəni, siyasi fərqlər aradan qalxır, milli sərhəd və 

sədlər,  milli mənsubiyyət öz əhəmiyyətini itirir. Hazırda öz tərkibində 25 dövləti 

birləşdirən Avropa İttifaqı dünyada vahid siyasət nümayiş etdirərək “Avropa İttifaqı 

dövləti” funksiyasını icra edir. İttifaq tərkibində milli dövlət strukturları    və institutları  




 

136


vahid prinsip və normalarla fəaliyyət göstərir ki, bu siyasət də mərkəzi hökumətlərarası 

orqanlar tərəfindən müəyyən olunur. 

Avropa  İttifaqı  tərkibində    həyata keçirilən inteqrasiya regional xarakter daşıyır. 

Bu ölkələrin eyni regionda yerləşməsi, hər birinin sabit iqtisadi, siyasi və mədəni inkişafa 

malik olması, siyasi struktur və idarəçilik sisteminin  oxşarlığı inteqrasiyanın 

müvəffəqiyyətini təmin etmişdir. Ümumiyyətlə, son 50-60 ildə  Qərbi Avropa ölkələrinin 

siyasi, iqtisadi və mədəni inkişafında oxşar proseslərin  cərəyan etməsi, tarixi və sosial 

inkişaf modellərinin eyniliyi, iqtisadi, hərbi və təhlükəsizlik  maraqların üst-üstə düşməsi 

regional inteqrasiyanı qaçılmaz edirdi.  

Bundan başqa,  inteqrasiya üçün coğrafi yaxınlığın və  əməkdaşlıq təcrübəsinin 

mövcudluğunu, ictimai rəyin müsbət olmasını, dövlət idarəçilik sisteminin oxşarlığı, 

yaxud eyniliyini və sairə şərtləri də vacib hesab edirlər.  

İnteqrasiya prosesinin həm mənfi, həm də müsbət cəhətləri var. İnteqrasiyanın  

subyekti olan dövlətlərin, regionların və digər vahidlərin maraqları bəzən kəsişir, bəzən 

birinin mənafeləri tam təmin olunduğu halda, digərininki müəyyən qədər pozulur. Bir 

subyekt inteqrasiya prosesində sosial-iqtisadi cəhətdən daha çox itirir, başqa birisi isə 

daha çox  qazanır. Eyni yanaşma  inteqrasiyaya daxil olan ölkələrin konkret insanlarına, 

insan qruplarına da aiddir. 

İnteqrasiyanın ən mənfi tərəfi prosesə daxil olan  subyektlərin mədəni və mənəvi 

dəyərlərinin pozulmasında özünü göstərir.  Hər bir dövlət qurulduğu andan əsasən 

konkret bir milləti (xalqı), milli-mənəvi varlığı, adət-ənənəyə malik olan toplumu təmsil 

edir.  Bu xalqların dili, dini, mədəniyyəti yüz illərlə formalaşıb, özünəməxsus fərqli 

çalarlar qazanıb. Dərinləşmiş  inteqrasiya şəraitində  mədəniyyətlərin qarşılıqlı 

zənginləşməsi prosesi getsə də, bütövlükdə daha zəif, daha dayanıqsız olanları aradan 

çıxır və özünün varlığını itirir. Bəzi tədqiqatçılar hesab edir ki, inteqrsiya yalnız eyni 

sivilizasiyaya (eyni dini mənsubiyyət nəzərdə tutulur) malik olan dövlətlər arasında 

getməlidir.  Avropa Birliyinin nümunəsində  inteqrasiyanı “xristian ölkələrinin klubu” kimi 

təqdim edən belə  tədqiqatçılar, məsələn, Türkiyənin bu birlikdən kənarda qalmasını 

məhz sivilizasiya fərqi ilə izah edirlər.  İnteqrasiyanın sivilizasiya yaxınlığı prinsipi ilə 

izah olunmasının nümunəsi  Şimali Amerika ölkələrinin Azad Ticarət Birliyi  (NAFTA), 

Cənub-Şərqi Asiya Dövlətləri  Assosiasiyası (ASEAN), İslam ölkələrinin  İqtisadi 

Əməkdaşlıq Təşkilatı (İƏT) timsalında da özünü göstərir.  

 Göründüyü kimi,  hər bir inteqrasiya mərkəzi müvafiq olaraq  sivilizasiya  

yaxınlığı olan dövlət və xalqlar arasında  formalaşıb.  Düzdür, Avropa Birliyi ölkələri 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə