Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə61/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   57   58   59   60   61   62   63   64   ...   229

 

156


quruluşa malikdir.  OPEK-in ali orqanı olan Konfrans, eləcə  də  İdarəetmə  Şurası, 

İqtisadi Komissiya və Katiblik dünya bazarında neftin qlobal enerji mənbəyi kimi 

əhəmiyyətini qoruyub saxlamağa çalışır.  

Müasir beynəlxalq münasibətlər sistemində  iştirak edən regional qurumların bir 

qismi çoxfunksiyalı ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərir. Bunlardan: Avropada 

Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı    (ATƏT) 1973-cü ildə sosialist və kapitalist 

sistemini təmsil edən Avropa ölkələri arasında  diplomatik qurum kimi formalaşaraq 

beynəlxalq münasibətlər sistemində aparıcı mövqelərdən birini tutmağa başlamışdır.  

Bu təşkilat uzun müddət  Avropada Təhlükəsizlik və  Əməkdaşlıq üzrə Müşavirə 



(ATƏM) adlandırılan birliyin əsasında meydana gəlmişdir. Göründüyü kimi,  ATƏM-də 

təmsilçilik heterogen xarakter daşımışdır, yəni bu təşkilatın üzv dövlətləri siyasi 

münasibətlərin xarakteri baxımından bir-birindən fərqlənmiş, onların bir qismi NATO-nu, 

digərləri isə Varşava Müqaviləsini təmsil etmişlər.  

1975-ci ildə qəbul olunan Helsinki Yekun Aktı ATƏM-in həyatında mühüm hadisə 

olmuşdur.  Aktın beynəlxalq  əhəmiyyəti ondan ibarət idi ki, orada dövlətlərarası 

münasibətlərin inkişafını  nəzərdə tutan prinsiplər, həmçinin müxtəlif sahələr üzrə 

əməkdaşlıq məsələləri öz əksini tapdı.  ATƏM Helsinki Yekun Aktının, eləcə də  1986-cı 

ildə Stokholmda və 1990-cı ildə Vyanada qəbul edilmiş  sənədlərin tələblərinə müvafiq 

olaraq Avropada  silahlı qüvvələrin məhdudlaşdırılması  məsələsində yaxından iştirak 

etdi.  Təşkilatın bu sahədəki fəaliyyəti Avropada sabitliyin möhkəmləndirilməsinə xidmət 

edir və beynəlxalq birlik tərəfindən dəstəklənirdi. ATƏM-in atdığı addımlar ümumavropa 

əməkdaşlığının inkişafına böyük təkan verdi. Ən başlıcası,  dünyada “soyuq 

müharibə”nin qurtarmasında ATƏM-in mühüm xidmətləri oldu.  

ATƏT-in fəaliyyəti onun ali orqanı olan və iki ildə bir dəfə keçirilən Dövlət və 

Hökumət Başçılarının Sammiti, xarici işlər nazirlərinin təmsil olunduğu Nazirlər  Şurası 

tərəfindən tənzimlənir. ATƏT müxtəlif qərarların qəbulu zamanı konsensusa əsaslanır. 

ATƏT-in sədri qurumun ümumi fəaliyyətinə  nəzarət edir və onu həyata keçirir. Sədrlik 

vəzifəsinə növbə ilə ildə bir dəfə üzv dövlətlərin xarici işlər nazirləri seçilir. Təşkilata 

rəhbərlik edən əsas şəxs Nazirlər Şurasının üç il müddətinə seçdiyi Baş katibdir.  

ATƏT-in fəaliyyətində Avropa ölkələrinin ictimai-siyasi həyatında demokratik 

dəyərlərin və prinsiplərin üstünlüyünün təmin edilməsi, soyuq müharibədən sonrakı 

dövrdə müstəqillik  əldə etmiş ölkələrdə hüquqi dövlət və  vətəndaş  cəmiyyətinin 

inkişafına nail olunması  və s. məsələlər ön planda dayanır. ATƏT-in Demokratik 

İnstitutlar və İnsan Hüquqları Bürosu, Kütləvi İnformasiya Vasitələri üzrə Nümayəndəliyi, 



 

157


Təhlükəsizlik Sahəsində  Əməkdaşlığa Dair Forum kimi təsisatları yuxarıda göstərilən 

məsələlərin həlli ilə bilavasitə  məşğul olur.  Eyni zamanda,   təşkilatın diqqət 

mərkəzində dini, etnik münaqişələr və onların aradan qaldırılması yolları da mühüm yer 

tutur. Bu cür məsələlər Nazirlər  Şurasının dəstəyi ilə yaradılmış Münaqişələrin aradan 

qaldırılması üzrə  Mərkəzdə araşdırılır və üzv dövlətlər tərəfindən  müvafiq tövsiyələr 

verilir. Mərkəzdə Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı  və s. 

münaqişələr  də  dəfələrlə müzakirə edilmiş  və bununla bağlı  bəyanatlar qəbul 

edilmişdir.  

Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in rəhbərliyi  ilə 

xüsusi  Minsk qrupu yaradılmışdır. ATƏT-in Budapeşt sammiti BMT Təhlükəsizlik 

Şurasının müvafiq qətnamələrini əsas götürüb, hərbi münaqişənin dayandırılması, sülh 

əldə etdikdən sonra çoxmillətli sülhyaratma qüvvələrinin yaradılması  və  ərazidə 

yerləşdirilməsi haqqında qərar qəbul etmişdir.  Həmçinin bu qüvvələrin 

formalaşdırılması, tərkibi və operativ fəaliyyəti üçün plan hazırlamaq qərara alınmışdır. 

Hazırda ATƏT Mərkəzi,  Cənubi və  Şərqi Avropa, Qafqaz regionu və  Mərkəzi Asiya 

ölkələrində böyük fəaliyyət proqramları yerinə yetirir. Ötən dövr ərzində ATƏT-in bu 

ölkələrin beynəlxalq, siyasi həyatında özünəməxsus yeri olmuşdur.  

Regional çoxfunksiyalı  təşkilatlar sırasında mühüm yer tutan qurumlardan biri 



NATO  hesab olunur. 1949-cu ilin aprelində ABŞ-da 12 dövlət tərəfindən yaradılan 

Şimali Atlantika Müqaviləsi Təşkilatı ilk olaraq  ABŞ, Kanada, Böyük Britaniya, Fransa, 

Belçika, Niderland, Lüksemburq, İslandiya, Danimarka, Norveç, Portuqaliya və İtaliyanı, 

sonralar isə Yunanıstan, Türkiyə, AFR, İspaniya kimi ölkələri birləşdirmişdir. Soyuq 

müharibədən sonra NATO-ya keçmiş sosialist düşərgəsindən olan Polşa, Çexiya və 

Macarıstan kimi dövlətlər də qoşuldular. Hazırda 26 dövlət bu təşkilatın üzvüdür.  

Preambula və 14 maddədən ibarət olan Şimali Atlantika Müqaviləsində NATO-

nun  məqsəd və  vəzifələri öz əksini tapır. Təşkilatın ali siyasi orqanı  Şimali Atlantika 

Şurasıdır. Nizamnaməyə görə, hər iki ildən bir üzv dövlətlərin xarici işlər nazirləri 

səviyyəsində Şuranın sessiyasının keçirilməsi nəzərdə tutulur. Bəzən sessiyanın işində 

müdafiə nazirləri də  iştirak edir. Şura beynəlxalq aləmdə baş verən hadisələri daim 

diqqət mərkəzində saxlayır, ümumiyyətlə, təşkilatın fəaliyyət istiqamətlərini 

müəyyənləşdirir.   

Alyansın hərbi təşkilatına rəhbərliyi Birləşmiş Hərbi Komandanlıq həyata keçirir. 

Komandanlıq hərbi münaqişələr zamanı kollektiv müdafiə  məqsədi ilə üzv dövlətlərin 

silahlı qüvvələrini səfərbərliyə alır və  hərbi birləşmələr arasında koordinasiya yaradır. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə